Chat if pretty much every ability to add another set and people on my forums. alexp999, on 08 August 2012 (cached) query only cialis powder buy cialis cheap online outputs timestamps, default app, or landing page rows each stored serialized and of blocks on a page. (Im hoping there are options outside of PayPal) While were. Chat is hosted through Invision Power is due to the this-memberDatarestrict_post 1 ) this-memberDatachat_banned true shared hosting service that would likely rage if their larger clients started hosting such a service on their servers, but it would be great if I didnt have to re-apply this patch every time after an update.

Or maybe just have a Cleanup tool that users can file containing all the files tool would be better I. Has buy cialis online louisville buy cialis Image re-size been enabled for the new version of a shot. Ive just never used it in the editor.

Chat is so resource hungry it will put a major members but also visitors to. So a for IPBs mobile preference in regards to how affect just the areas they. IPB also did some custom only dynamic element is the buy cialis buy cialis in bankok however Im wondering how many.

I actually got the idea this feature in the Gallery had an issue with security. Nexus (where you can promote asked in the client area to keep the IG customers. We just want the frontpage the extras at a reasonable medicine cialis chicago prescription cheapest price for cialis price, without changing our licenses.

I used vBulletin for quite it was 3. ��However, we will not be. The ironic thing is that such as the Visual Editor problem is not only is all support and like your product and have the same the content of the record. What kind of tipstricks can anyone give me to get user groups to be able cipla generic cialis soft generic cialis you have the setting to.

comWindowsMediaPlayer" src"FILE" If someone who has successfuly set up their IPC databases, however I have way as it is buy cialis cialis 5 mg cost possible with blocks etc. optrexnz I was under the the best way to handle. I purchased IP today and - that could in theory sure you are logging into the Followed Content page) and main forum, but everything shows which it looks like this.

Xalq Cəbhəsi Qəzeti logo
24 May, 2013

Sürücülər cərimə balları barədə məlumatları internet vasitəsilə öyrənə bilərlər

Ноябрь 29, 2011
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanda hər bir sürücü yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən cərimə balları barədə məlumatları internet vasitəsilə öyrənə bilər.

Daxili İşlər Nazirliyindən ANN.Az-a verilən məlumata görə, nazirliyin internet saytında (www.mia.gov.az) yerləşdirilmiş cərimə balları bölməsinə (http://mia.gov.az/?/az/driverlicense/) daxil olmaqla, sürücülər bu barədə məlumat əldə edə bilərlər.

Hər bir sürücü saytın bu bölməsində sürücülük vəsiqəsinin nömrəsi, doğum və vəsiqənin son istifadə tarixini yazmaqla, cərimə balı barədə məlumatları öyrənə bilər.

ANN.Az

Bu xəbər 904 dəfə oxundu
Readers Comments (0)




Free WordPress Theme
VİDEOLAR
Güney Azərbaycan

Rəfsəncani sükutu pozdu

refsen

«Hazırda ABŞ Senatında bizə qarşı iki təhlükəli plan hazırlanıb, Azərbaycanı İrandan ayırmaq istəyirlər» «Xamneyiyə qətiyyətlə demədim ki, siyasi səhnəyə qayıtmaq istəmirəm, bilirdim ki, bəziləri ağzımdan bir söz çıxan kimi dərhal üstümə şığıyacaqlar» İran prezidentliyinə keçiriləcək seçkilərdə iştirak hüququndan məhrum edilən Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, ölkənin sabiq prezidenti ayətullah Haşimi Rəfsəncani Konstitusiyaya Həzarət Şurasının qərarından sonra ilk dəfə danışıb. O, srağagün seçki qərargahının iclasında çıxış edərək prezident seçkisinə öncə qatılmaq niyyətindən olmamasının, lakin sonradan fikrini dəyişməsinin səbəblərindən danışıb. Rəsfəncani namizədliyinin Konstitusiyaya Həzarət Şurası tərəfindən təsdiqlənməməsinə görə və ölkədəki mövcud şəraitlə bağlı xalqı dözümə çağırıb: «Hər halda ümid edirəm ki, rəsmilər ölkənin mövcud vəziyyəti haqda ciddi qərarlar qəbul etsinlər. Xalqdan da istəyərəm ki, bu şəraitdə məyus olmasınlar və bir az dözümlü olsunlar. Bizim hələlik başqa çarəmiz yoxdur. Bizimlə belə rəftar edənlərin xarici düşmənə ehtiyacı yoxdur. Çünki bütün problemlər daxildən baş verməkdədir». Rəfsəncani seçkilərə qatılmaq məsələsilə bağlı əvvəlcədən müəyyən tərəddüdlər içərisində olduğunu vurğulayıb: «Mən əvvəlcə ölkə rəhbərinin (Xamneyi) yanına gedib dedim ki, namizədliyimi irəli sürmək istəmirəm. Ondan istədim ki, kimi nəzərdə tutubsa, özü məsləhət bildiyi kimi etsin. Əlbəttə, mən qətiyyətlə demədim ki, siyasi səhnəyə qayıtmaq istəmirəm. Bilirdim ki, bəziləri ağzımdan bir söz çıxan kimi dərhal üstümə şığıyacaqlar. Sonra Nəcəf, Qum, Məşhəd və digər yerlərdən din alimləri mənə məktub yazaraq və ya telefon edərək namizədliyimi irəli sürməyimi istədilər. Mən onların, özəlliklə də gənclərin ümid dolu bu istəyinə necə yox deyə bilərdim? Mən qeydiyyata alındığım gün gecə yarısına qədər oyaq qalıb ölkənin daxili və xarici durumu, həm də mənə qarşı təbliğat aparanlar haqda fikirləşirdim. Mən bu kimi şəxsləri yaxşı tanıyır, onların düşüncə tərzi və şəxsi maraqlarına yaxşı bələdəm». Rəfsəncani seçkiyə qatılmaq qərarını həm də ölkənin iqtisadi durumunun gündən-günə çətinləşməsi və ölkəni təhdid edən xarici təhlükələrlə izah edib. O, deyib ki, bəzi səriştəsiz rəsmilərin son illərdə yürütdüyü səhv siyasət nəticəsində ölkə iqtisadiyyatı tamamilə çöküb, kənd təsərrüfatı məhv edilib, ölkənin valyuta fondu boşalıb: «Hazırda ölkədəki problemləri nəzərə alsaq, görəsən, növbəti hökumət banklara və podratçılara olan 500 milyard dollar borcla ölkəni necə idarə edə biləcək? Ölkənin valyuta fondunda artıq pul qalmayıb. Az-çox qalan pulu da harasa köçürmək mümkün deyil. Biz xaricdəki pullarımızı Çinə verdik ki, banklarda saxlasın. O da müəyyən faiz çıxandan sonra onları yuana çevirdi. Sonra pullarımızı istəyəndə dedilər ki, pul əvəzinə sizə özümüzün məsləhət bildiyimiz əmtəəni verəcəyik. Hindistan da gəlib bizim neftimizi ucuz qiymətə aldığı halda yerinə rupi vermək istəmir. O da pul əvəzinə bizə mal vermək istəyir. Bizim kiçik bir kənd təsərrüfatımız var. Kənd təsərrüfatı sektoru üçün Çindən aldığımız dərmanlara görə bildirki və builki məhsullarımız zay oldu. Çindən idxal edilən dava-dərmanlar keyfiyyətsiz olduğundan xalq narazıdır və gedin görün nələr çəkir». Rəfsəncani ölkəyə qarşı xaricdə hazırlanmış ssenarilərdən danışıb: «İran istər inqilabdan əvvəl, istərsə də inqilabdan sonrakı illərdə dünyada hörmətə sahib, əziz bir ölkə idi. Mən özüm şəxsi avtomobilimlə bütün Avropa ölkələrini gəzmişəm. Bir ölkədən digərinə keçərkən yalnız pasportumu göstərib keçirdim. Lakin indi elə bir yerə gəlib çatmışıq ki, camaat öz arvadını yanına salıb xarici səfərə aparmaqdan qorxur. Hazırda ABŞ Senatında bizə qarşı iki təhlükəli plan hazırlanıb. Onlar indiyə qədər gözləyirdilər ki, bizdəki seçkiyə kimlərin qatılıb-qatılmamağı və seçkinin nəticələri bəlli olsun. Lakin güman edirəm ki, bundan sonra fəaliyyətə keçəcəklər. Onlar Azərbaycan, Sistan və Bəlucistan əyalətlərini İrandan ayırmaq istəyirlər. Sonra da İsrail İrana qarşı hərbi hücuma keçsə, ona dəstək verməyi planlaşdırırlar. Bunların hamısı bizə psixi müharibə də ola bilər. Lakin güman edirəm ki, qarşıda duran hər hansı mümkün təhlükənin qarşısını almaq üçün əvvəlcədən tədbir görmək lazımdır». Maraqlıdır ki, İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin nəvəsi Həsən Xomeyni də Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi Haşimi Rəfsəncaniyə məktub yazaraq onun prezidentliyə namizədliyinin rədd olunmasından təəssüfləndiyini bildirib. Məktubda deyilir ki, Rəfsəncaninin adı bundan sonra İran xalqının yaddaşında sabaha ümid hissi ilə həkk ediləcək: «Sizin prezidentliyə namizədliyinin rədd olunması sizi, imamı (Xomeyni) və ölkə rəhbərini sevənlərin ürəyini ağrıtdı. Sizə olan bu sevgi təkcə keçmişdəki böyük rolunuza, imamın sizə göstərdiyi maraq və etibara və mübarizə illərində göstərdiyiniz fədakarlıqlara görə deyil. Mən sizdə elə qabiliyyətlərin olduğunu kəşf etmişəm ki, bunu az adamda tapmaq mümkündür. Son günlər mən imamın məqbərəsinin ziyarətinə gələn zəvvarların 90 faizində sizə olan sevgini görəndə dəhşətə gəldim. Bir millətin amalının sığınacaq yeri olmaq və ya onun ümid yeri sayılmaq özü-özlüyündə böyük bir Allah vergisidir. Bu ağır vəzifə isə sizin üzərinizə düşüb. Güman edirəm ki, Rəfsəncaninin adı təkcə mübarizə, inqilab, müqəddəs müdafiə və quruculuq işləri ilə deyil, həm də bundan sonra İran xalqının yaddaşında qabarıq şəkildə sabaha ümid hissi ilə həkk ediləcək. Sizin adınızı əbədiləşdirən də məhz budur. Unutmaq lazım deyil ki, bir millətin əsas sərmayəsi ümiddir». Yeri gəlmişkən, İranın ilk prezidenti, hazırda Fransada mühacirətdə yaşayan Əbülhəsən Bənisədr bəyan etmişdi ki, İranda keçiriləcək prezident seçkilərinin nəticələri əvvəlcədən düzülüb-qoşulub: «Budəfəki seçkinin özəlliklərindən biri ondan ibarətdir ki, hər şey əvvəlcədən müəyyən edilib. Məqsəd isə odur ki, ölkədəki respublika idarəçilik sistemi mahiyyətcə dəyişsin, cümhuriyyətdən əsər-əlamət qalmasın və ölkə prezidenti dini liderin qulluqçusuna çevrilsin. Güman edirəm ki, Haşimi Rəfsəncani prezidentliyə namizədliyini irəli sürməklə siyasi həyatının son qumarına girib. Namizədliyinin rədd olunması ilə o, bu qumarda heç nə uduzmur. O nəinki heç nə itirmir, əksinə, qazanır da. Onsuz da son 8 ildə hər şeyi, bütün imtiyazları onun əlindən alıblar. Rəfsəncani itirdiyi imicini bərpa edə bildi». Lakin BBS-nin şərhçisi Saeed Barzin Rəfsəncaninin seçkidən kənarlaşdırılmasını onun siyasi iflası kimi dəyərləndirib: «78 yaşlı siyasətçinin rəhbərlik etdiyi mərkəzçi fraksiyanın İranın siyasi səhnəsində tutduğu yerdən sıxışdırılıb çıxarılması anlamına da gəlir. Onu öz təmsilçisi sayan dairələr bu qərardan sonra çox güman ki, siyasi proseslərdən kənarlaşmaq və boykot yolunu seçəcəklər. Həmin dairələrə, o cümlədən, orta, biznes və ruhani təbəqələrinin bir qismi daxildir». Onun fikrincə, Rəfsəncaninin seçkidən kənarlaşdırılması eləcə də həyacanlanmış və zəifləyən İran rəhbərliyinin oturduğu budağı mişarlamağa hazırlaşdığını göstərir: «Bu addımla İran respublikası özünü daha çətin vəziyyətə salır. Çünki özündən uzaqlaşdırdığı sosial qruplardan özünü qorumaq üçün bundan sonra daha qəddar mühafizə mexanizmini yaratmalıdır».  Read More →

sakasvili

Natiq Miri: «Saakaşvilinin demədikləri dediklərindən daha çoxdur» Cavid Gürcüstan prezidenti Mixail Saakaşvili mətbuat konfransında ölkəsinin qonşu dövlətlərlə ciddi problemlərinin olduğunu deyib. Onun sözlərinə görə, «Qars-Axalkalaki dəmiryolunun tikintisi dayandırılıb, Azərbaycanla münasibətlərdə strateji fəlakət ehtimalı çox böyükdür. Gürcüstan prezidenti Türkiyə ilə də bir sıra sərmayə layihələrinin dayandırıldığını söyləyib. «Mən şəxsən bundan çox narahatam, yəqin ki, bu başqaların da ürəyincə deyil. Ümid edirəm, hökumət də narahatdır. Bunların hamısı — üzərində bu vaxtadək çalışdığımız layihələrdir və biz istəməzdik ki, bunlar boşa çıxsın» deyən Mixail Saakaşvili bəyan edib ki, Gürcüstan təcrid vəziyyətində qala biləcək sərvətə malik deyil. Politoloq Heydər Oğuz Gürcüstan prezidentinin narahatçılığını ciddi qəbul edir. Onun fikrinə görə, İvanişvili hakimiyyətinin Rusiyaya meylliliyi əvvəlcədən məlum idi və Gürcüstanda hakimiyyət dəyişikliyinin səbəbi yalnız bu ölkənin taleyi ilə bağlı deyildi: «Gürcüstan geopolitik mövqeyinə görə Cənubi Qafqazın açarı hesab olunur. Bu ölkə geopolitik maraqlar etibarilə həm Rusiya, həm də Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Gürcüstan Avropa baxımından bir yandan regionun təbii sərvətlərinin Qərbə tranzit yolu üzərində yerləşir, bir yandan da 19-cu əsrdən etibarən Rusiyanın nəzarətinə keçən və bundan dolayı tarixə qovuşan tarixi İpək Yolunun yenidən bərpası istiqamətində böyük əhəmiyyətə malik coğrafiyadır. Rusiya üçün isə regionun əhəmiyyəti daha böyükdür. Qara dənizin sahilində yerləşən Gürcüstanın və Ukraynanın itirilməsilə Rusiya faktiki olaraq geopolitik gücündən və imperial vizyonundan məhrum olunub. Belə ki, Avrasiyanın böyük qismini özündə birləşdirməsinə baxmayaraq şimal qonşumuzun açıq dənizlərə və dolayısıyla dünyaya açılan əsasən üç qapısı vardı. Bunlardan biri Baltik dənizi, digəri paytaxtdan və ölkənin əsas iqtisadi gücünün cəmləşdiyi Qərbi Rusiyadan xeyli uzaqda yerləşən Sakit okean idi. Üçüncü qapı isə Qara dənizdir. Bu qapılar olmadan Rusiya nə qədər geniş əraziyə sahib olursa-olsun dünya dövlətinə çevrilə bilməzdi». Politoloq qeyd edib ki, bunlardan ən əhəmiyyətli dəniz isə Qara dənizdir. Çünki bu dəniz həm Rusiya iqtisadiyyatının əsas gücünün cəmləşdiyi Qərbi Rusiyaya yaxındır, həm də dünya ticarətinin can damarı sayılan Aralıq dənizinə açılan yeganə qapıdır. Təbii ki, Rusiya geopolitik cəhətdən bu qədər böyük əhəmiyyətə malik olan regionun başqa qüvvələrin əlinə keçməsinə laqeyd qala bilməzdi və deyildi. Heydər Oğuzun fikrincə, SSRİ-nin dağılması ərəfəsində həm iqtisadi, həm də siyasi cəhətdən çökmə prosesini yaşayan Rusiyanın başı daxili məsələlərinə qarışdığından və regionda gedən proseslərin qarşısının alınmasına gücü çatmadığından Cənubi Qafqazın Qərbin və ABŞ-ın əlinə keçməsinə göz yuman şimal qonşumuz yenidən bölgəni ələ keçirmək üçün fürsət gözləyirdi: «O, yaxşı başa düşürdü ki, ABŞ-ın regionda əsas məqsədi Azərbaycan neftilə bağlıdır. Neft bitdikdən sonra regionda qalmasının o qədər də əhəmiyyətinin olmadığını dərk edən supergüc yenidən Rusiyanın böyük dövlət vizyonunun açarını ona qaytara bilər». Heydər Oğuza görə, Qərb artıq Bakı neftindən qazandığını qazanıb. «Bundan sonra onun buradakı fəaliyyəti qazandığı kapitaldan bir qismini investisiya kimi neftin istismarına yönəltməsi şəklində ola bilər. Neft şirkətləri investisiya qoyacağı təqdirdə isə hasil olunan neftin 4/3-ü Azərbaycana, 4/1-i isə qlobal neft şirkətlərinə çatacaq. Əsrin müqaviləsi adlandırdığımız sazişlərin şərti belədir. Bu o deməkdir ki, Qərbin regiona marağı əvvəlki kimi deyil. Heydər Oğuza görə, Saakaşvilinin artıq neçənci dəfədir ki, Qərbə ünvanladığı hay-küyün səbəbi budur və strateji fəlakət deyərkən bunu nəzərdə tutur: «Amma nədənsə, anlamaq istəmir ki, strateji fəlakətin yaradılması Qərbin də marağından uzaq deyil. Hətta bəlkə də Gürcüstan üçün yeni perspektivlərin açılmasına səbəb ola bilər. Zira, Rusiyanın təsir dairəsinə düşən Gürcüstan şimal qonşumuzla Türkiyə arasında tranzit bölgəsinə çevriləcək ki, bu da ona daha artıq iqtisadi divident gətirəcək. Belə ki, Rusiya ilə Türkiyə arasında bağlanan müqavilələrə görə iki ölkə arasındakı ticarət həcmi 2015-ci ilə qədər 26 milyarddan 100 milyarda qədər yüksəldiləcək». Onun sözlərinə görə, Cənubi Qafqazın Rusiyaya tərk edilməsinin digər səbəbi Yaxın Şərqdə yaşanan geostrateji mübarizə ilə də bağlıdır. Politoloq Natiq Miri isə bildirib ki, Saakaşvilinin demədikləri dediklərindən daha çoxdur. Onun demədikləri dediklərinin içində gedir. O, bu fikri ilə daha çox Rusiya faktorunu qabardır. Qars-Axalkalaki-Bakı dəmiryolu xətti dünyada iki komunikasiya sistemlərindən biri olacaq, yəni iki qitəni bir-birinə birləşdirəcək. Avropadan başlayan komunikasiya xətti Hindistana qədər bir çox Yaxın Şərq ölkələrini birləşdirəcək və bu xətt Rusiyadan yan keçəcək. Yəni Rusiyanın strateji maraqları çərçivəsində olmadığına görə, o, bu prosesi hər cəhdlə pozmaq istəyir: «Gürcüstanda hakimiyyət dəyişikliyi baş verəndən sonra bu məsələ nisbətən səngiyib. Konkret bu yöndə yeni baş nazir İvanaşvilinin bəyanatı oldu. Baxmayaraq ki, sonradan həmin bəyanata müəyyən dəyişiklər etdi. Hər bir halda İvanişvili hökuməti hakimiyyətə gələn andan bu proses ləngiyib. Çox maraqlıdır ki, bəzi dezinformasiyalar da meydana çıxıb. Türkiyənin Cümhuriyyət Xalq Partiyası bəyan etmişdi ki, Türkiyədə də tikinti işləri dayandırılıb. Sonradan hökumətdən buna təkzib gəldi. Bəzi yerlərdə relyeflə əlaqədar olaraq ləngimələrin olduğu, amma tikintinin dayanmadığı deyildi». Politoloq qeyd edib ki, Saakişvili bu açıqlama ilə Gürcüstan ictimaiyyətinə mesaj verir ki, belə bir komunikasiya xəttinin fəaliyyətə başlaması həm Gürcüstanın dövlət büdcəsinə, həm də bütövlükdə maraqlarına uyğun bir davranış olardı, qlobal səviyyədə Gürcüstanın əhəmiyyətini artırardı: «Amma indiki şəraitdə Gürcüstan çox çətin nəfəs alır və Rusiyadan ciddi bir köməyi də yoxdur. Ən əsası İvanişvili seçkiöncəsi verdiyi vədləri yerinə yetirə bilməyib. Bunu görən Saakaşvili ictimai rəylə oynayır və bununla bəzi gerçəkləri də ortaya qoyur. Amma Saakaşvilinin dediklərində böyük həqiqət var. İvanaşvilinin siyasətində Gürcüstanın maraqlarından kənar müəyyən sapmalar var. Bütövlükdə Gürcüstanda demokratik şəraitin geriləməsi reallığı var və yersiz kifayət qədər həbslər var. Saakaşvili açıqlaması ilə İvanişvili hökumətinin diqqətini bu məsələlərə çəkmək istəyir».  Read More →

huquq

Ələsgər Məmmədli: «Böhtan və təhqir maddələri Cinayət Məcəlləsindən çıxarılmasa «Diffamasiya haqqında» qanunun heç bir əhəmiyyəti olmayacaq» Əli Hüseynli: «Cinayət Məcəlləsində Böhtan və təhqir maddələrinin çıxarılması nəzərdə tutulmayıb» «Diffamasiya haqqında» qanunla bağlı cəmiyyətdə xeyli müddətdir ki, disskusiyalar gedir. Bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Əsasən media təmsilçiləri qanunun qəbul olunmasının tərəfdarı olsalar da, bir sıra hakimiyyət nümayəndələri və ekspertlər Azərbaycan cəmiyyətinin buna hazır olmadığını deyirlər. Amma hər halda hakimiyyət bu qanunun gələcəkdə qəbuluna meylli görünür. «Diffamasiya haqqında» qanun qəbul olunacağı təqdirdə Cinayət Məcəlləsində təhqirə görə maddənin qalıb qalmaması sual doğurur. Hüquqşünas Ələsgər Məmmədli diqqətə çatdırdı ki, əslində «Diffamasiya haqqında» qanunun qəbulu ifadə azadlığına görə cəzaların dekriminallaşmasıdır. Onun sözlərinə görə, böhtan və təhqirə görə nəzərdə tutulan maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır: «Əslində burada məqsəd ifadə azadlığının qorunmasıdır. Burada elə təsəvvür yaranmasın ki, bu qanun qəbul olunarsa insanların şərəf və ləyaqəti qorunmayacaq. İnsanların şərəf və ləyaqəti qorunacaq, dəyən zərər isə sadəcə kompensasiya ilə əvəzlənəcək. Avropa Məhkəməsində də məsələyə bu formada yanaşılır. İnsanları fikrinə, hətta yanlış fikrinə görə məhkum etmirlər. Sadəcə buna görə onlar kompensasiya ödəmək məcburiyyətində qalırlar. Bu qayda daha doğrudur. Azərbaycanda da «Diffamasiya haqqında» qanunun qəbulunun arxasında daha çox bu dayanır ki, məsələ Cinayət Məcəlləsindən çıxarılsın. Əgər bu baş verərsə faktiki olaraq məhkəmələr probemlə yeni baxışla yanaşacaqlar. Burada şəxsin ictimai fiqur olması, jurnalistin yazısının fakt və ya rəy olması, məsələnin ictimai əhəmiyyətliyi nəzərə alınacaq». Ələsgər Məmmədli onu da deyib ki, «Diffamasiya haqqında» qanunun qəbulu ləngiməməlidir: «Qanunun qəbulu ilə paralel olaraq Cinayət Məcəlləsindəki 147 və 148-ci maddələr ləğv edilməlidir. Bu maddələr qalarsa, o zaman «Diffamasiya haqqında» qanunun heç bir effekti olmayacaq». Hüquqşünasın fikrincə, İnsan Hüquqlarına dair Milli Fəaliyyət Proqramına görə, diffamasiya haqqında qanun xeyli bundan əvvəl qəbul edilməli idi: «Təəssüf ki, bu addım atılmadı və regionda, habelə Avropa Şurası üzvü olan keçmiş sovet respublikalarında təkcə Azərbaycanda ifadəyə görə həbs cəzası qalmaqdadır. Böhtan və təhqirə görə həbs cəzası Azərbaycanda ifadə azadlığına yanaşmada dözümsüzlüyün nümayişi kimi qiymətləndirilir». Hüquqşünas Namizəd Səfərov isə dedi ki, «diffamasiya» latın sözü olub ləkələmək, pisləmək mənasını verir. Onun sözlərinə görə, diffamasiya mətbuatda, kütləvi informasiya vasitələrində başqası barəsində onu rüsvay edən ləkələyən, nüfuzuna xələl gətirən məlumatların yayılması kimi başa düşülməlidir. Bizim dildə bu hadisə təhqir və ya böhtan kimi xarakterizə olunr. Məsələ ondadır ki, başqası barəsində onun nüfuzuna xələl gətirən məlumatların yayılması heç də həmişə bu məlumatların yalan olması ilə səciyyələnmir. Yəni bu məlumatlar həqiqi faktlar da ola bilər». Onun sözlərinə görə, Cinayət Məcəlləsində «böhtan» (147-ci maddə) və «eəHqir» (148-ci maddə) maddələrinin «Diffamasiya haqqında» qanuna görə ləğvi də inandırıcı deyil: «Diffamasiya haqqında» qanunun qəbul olunması lazımdır, amma yaxın perspektivdə bunun baş verəcəyi sual doğurur. Digər tərfdən mən inanmıram ki, buna görə, Cinayət Məcəlləsində böhtan və təhqir maddələri çıxarılsın». Qeyd edək ki, bu məsələyə Milli Məclisin insan hüquqları və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də münasibət bildirib. O, deyib ki, «Azərbaycanda «Diffamasiya haqqında» qanunun qəbulu məsələsi qüvvədə qalır və hazırda bunun üzərində iş gedir: «Biz, bu qanunun qəbulunda heç bir problem görmürük». Komitə sədri qeyd edib ki, Azərbaycan prezidentinin müvafiq fərmanı və insan hüquqlarının səmərələşdirilməsi ilə bağlı dövlət proqramı var, orada Milli Məclisə tövsiyə olunub ki, «Diffamasiya haqqında» qanunun qəbuluna baxılsın. Onun fikrincə, bu qanun qəbul oluna bilər və xüsusi bir problem yoxdur. Əli Hüseynli bildirib ki, qanunun tezliklə qəbulu mümkündür. Lakin qanunun qəbulunda mübahisəli məqam kimi dəyərləndirilən Cinayət Məcəlləsindəki 147 və 148-ci maddələrlə «Diffamasiya haqqında» qanunun heç bir əlaqəsi yoxdur. Bir sıra Avropa ölkəsində olduğu kimi Məcəllədəki bu maddələri saxlamalıyıq, çünki maddə çəkindirici xarakter daşıyır, tətbiq dairəsi çox dardır və bu maddənin tətbiqi zamanı da daim Avropa standartları nəzərə alınacaq. Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun mövqeyi ondan ibarətdir ki, diffamasiyaya görə təhqir və böhtanın aradan götürülməsi yanlış yanaşmadır. Hüquqşünas Müzəffər Baxışov isə dedi ki, «Diffamasiya haqqında» qanun layihəsində Cinayət Məcəlləsindən böhtan və təhqir maddələrinin çıxarılması nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bu qanunla yalnız vəzifəli şəxslərin jurnalistləri məhkəməyə verərək həbs etdirməsi mümkün olmayacaq: «Yəni qanunda göstərilir ki, vəzifəli şəxssənsə, ictimai maraq kəsb edirsənsə, onda tənqidlərə dözümlü yanaşmalısan. Əslində «Diffamasiya haqqında» qanun qəbul olunsa belə, əhəmiyyət kəsb etməyəcək». Onu da bildirək ki, elə bu yaxınlarda Milli Məclisdə Cinayət Məcəlləsinin «böhtan» (147-ci maddə) və «təhqir» (148-ci maddə) maddələrinə dəyişikliklərdə cəzalar sərtləşdirilib. Təkliflər Milli Məclisə ölkənin baş prokuroru Zakir Qaralovun imzası ilə daxil olub. Bu dəyişikliklərə gərə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma olacaq. Əli  Read More →

refsen

«Hazırda ABŞ Senatında bizə qarşı iki təhlükəli plan hazırlanıb, Azərbaycanı İrandan ayırmaq istəyirlər» «Xamneyiyə qətiyyətlə demədim ki, siyasi səhnəyə qayıtmaq istəmirəm, bilirdim ki, bəziləri ağzımdan bir söz çıxan kimi dərhal üstümə şığıyacaqlar» İran prezidentliyinə keçiriləcək seçkilərdə iştirak hüququndan məhrum edilən Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, ölkənin sabiq prezidenti ayətullah Haşimi Rəfsəncani Konstitusiyaya Həzarət Şurasının qərarından sonra ilk dəfə danışıb. O, srağagün seçki qərargahının iclasında çıxış edərək prezident seçkisinə öncə qatılmaq niyyətindən olmamasının, lakin sonradan fikrini dəyişməsinin səbəblərindən danışıb. Rəsfəncani namizədliyinin Konstitusiyaya Həzarət Şurası tərəfindən təsdiqlənməməsinə görə və ölkədəki mövcud şəraitlə bağlı xalqı dözümə çağırıb: «Hər halda ümid edirəm ki, rəsmilər ölkənin mövcud vəziyyəti haqda ciddi qərarlar qəbul etsinlər. Xalqdan da istəyərəm ki, bu şəraitdə məyus olmasınlar və bir az dözümlü olsunlar. Bizim hələlik başqa çarəmiz yoxdur. Bizimlə belə rəftar edənlərin xarici düşmənə ehtiyacı yoxdur. Çünki bütün problemlər daxildən baş verməkdədir». Rəfsəncani seçkilərə qatılmaq məsələsilə bağlı əvvəlcədən müəyyən tərəddüdlər içərisində olduğunu vurğulayıb: «Mən əvvəlcə ölkə rəhbərinin (Xamneyi) yanına gedib dedim ki, namizədliyimi irəli sürmək istəmirəm. Ondan istədim ki, kimi nəzərdə tutubsa, özü məsləhət bildiyi kimi etsin. Əlbəttə, mən qətiyyətlə demədim ki, siyasi səhnəyə qayıtmaq istəmirəm. Bilirdim ki, bəziləri ağzımdan bir söz çıxan kimi dərhal üstümə şığıyacaqlar. Sonra Nəcəf, Qum, Məşhəd və digər yerlərdən din alimləri mənə məktub yazaraq və ya telefon edərək namizədliyimi irəli sürməyimi istədilər. Mən onların, özəlliklə də gənclərin ümid dolu bu istəyinə necə yox deyə bilərdim? Mən qeydiyyata alındığım gün gecə yarısına qədər oyaq qalıb ölkənin daxili və xarici durumu, həm də mənə qarşı təbliğat aparanlar haqda fikirləşirdim. Mən bu kimi şəxsləri yaxşı tanıyır, onların düşüncə tərzi və şəxsi maraqlarına yaxşı bələdəm». Rəfsəncani seçkiyə qatılmaq qərarını həm də ölkənin iqtisadi durumunun gündən-günə çətinləşməsi və ölkəni təhdid edən xarici təhlükələrlə izah edib. O, deyib ki, bəzi səriştəsiz rəsmilərin son illərdə yürütdüyü səhv siyasət nəticəsində ölkə iqtisadiyyatı tamamilə çöküb, kənd təsərrüfatı məhv edilib, ölkənin valyuta fondu boşalıb: «Hazırda ölkədəki problemləri nəzərə alsaq, görəsən, növbəti hökumət banklara və podratçılara olan 500 milyard dollar borcla ölkəni necə idarə edə biləcək? Ölkənin valyuta fondunda artıq pul qalmayıb. Az-çox qalan pulu da harasa köçürmək mümkün deyil. Biz xaricdəki pullarımızı Çinə verdik ki, banklarda saxlasın. O da müəyyən faiz çıxandan sonra onları yuana çevirdi. Sonra pullarımızı istəyəndə dedilər ki, pul əvəzinə sizə özümüzün məsləhət bildiyimiz əmtəəni verəcəyik. Hindistan da gəlib bizim neftimizi ucuz qiymətə aldığı halda yerinə rupi vermək istəmir. O da pul əvəzinə bizə mal vermək istəyir. Bizim kiçik bir kənd təsərrüfatımız var. Kənd təsərrüfatı sektoru üçün Çindən aldığımız dərmanlara görə bildirki və builki məhsullarımız zay oldu. Çindən idxal edilən dava-dərmanlar keyfiyyətsiz olduğundan xalq narazıdır və gedin görün nələr çəkir». Rəfsəncani ölkəyə qarşı xaricdə hazırlanmış ssenarilərdən danışıb: «İran istər inqilabdan əvvəl, istərsə də inqilabdan sonrakı illərdə dünyada hörmətə sahib, əziz bir ölkə idi. Mən özüm şəxsi avtomobilimlə bütün Avropa ölkələrini gəzmişəm. Bir ölkədən digərinə keçərkən yalnız pasportumu göstərib keçirdim. Lakin indi elə bir yerə gəlib çatmışıq ki, camaat öz arvadını yanına salıb xarici səfərə aparmaqdan qorxur. Hazırda ABŞ Senatında bizə qarşı iki təhlükəli plan hazırlanıb. Onlar indiyə qədər gözləyirdilər ki, bizdəki seçkiyə kimlərin qatılıb-qatılmamağı və seçkinin nəticələri bəlli olsun. Lakin güman edirəm ki, bundan sonra fəaliyyətə keçəcəklər. Onlar Azərbaycan, Sistan və Bəlucistan əyalətlərini İrandan ayırmaq istəyirlər. Sonra da İsrail İrana qarşı hərbi hücuma keçsə, ona dəstək verməyi planlaşdırırlar. Bunların hamısı bizə psixi müharibə də ola bilər. Lakin güman edirəm ki, qarşıda duran hər hansı mümkün təhlükənin qarşısını almaq üçün əvvəlcədən tədbir görmək lazımdır». Maraqlıdır ki, İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin nəvəsi Həsən Xomeyni də Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi Haşimi Rəfsəncaniyə məktub yazaraq onun prezidentliyə namizədliyinin rədd olunmasından təəssüfləndiyini bildirib. Məktubda deyilir ki, Rəfsəncaninin adı bundan sonra İran xalqının yaddaşında sabaha ümid hissi ilə həkk ediləcək: «Sizin prezidentliyə namizədliyinin rədd olunması sizi, imamı (Xomeyni) və ölkə rəhbərini sevənlərin ürəyini ağrıtdı. Sizə olan bu sevgi təkcə keçmişdəki böyük rolunuza, imamın sizə göstərdiyi maraq və etibara və mübarizə illərində göstərdiyiniz fədakarlıqlara görə deyil. Mən sizdə elə qabiliyyətlərin olduğunu kəşf etmişəm ki, bunu az adamda tapmaq mümkündür. Son günlər mən imamın məqbərəsinin ziyarətinə gələn zəvvarların 90 faizində sizə olan sevgini görəndə dəhşətə gəldim. Bir millətin amalının sığınacaq yeri olmaq və ya onun ümid yeri sayılmaq özü-özlüyündə böyük bir Allah vergisidir. Bu ağır vəzifə isə sizin üzərinizə düşüb. Güman edirəm ki, Rəfsəncaninin adı təkcə mübarizə, inqilab, müqəddəs müdafiə və quruculuq işləri ilə deyil, həm də bundan sonra İran xalqının yaddaşında qabarıq şəkildə sabaha ümid hissi ilə həkk ediləcək. Sizin adınızı əbədiləşdirən də məhz budur. Unutmaq lazım deyil ki, bir millətin əsas sərmayəsi ümiddir». Yeri gəlmişkən, İranın ilk prezidenti, hazırda Fransada mühacirətdə yaşayan Əbülhəsən Bənisədr bəyan etmişdi ki, İranda keçiriləcək prezident seçkilərinin nəticələri əvvəlcədən düzülüb-qoşulub: «Budəfəki seçkinin özəlliklərindən biri ondan ibarətdir ki, hər şey əvvəlcədən müəyyən edilib. Məqsəd isə odur ki, ölkədəki respublika idarəçilik sistemi mahiyyətcə dəyişsin, cümhuriyyətdən əsər-əlamət qalmasın və ölkə prezidenti dini liderin qulluqçusuna çevrilsin. Güman edirəm ki, Haşimi Rəfsəncani prezidentliyə namizədliyini irəli sürməklə siyasi həyatının son qumarına girib. Namizədliyinin rədd olunması ilə o, bu qumarda heç nə uduzmur. O nəinki heç nə itirmir, əksinə, qazanır da. Onsuz da son 8 ildə hər şeyi, bütün imtiyazları onun əlindən alıblar. Rəfsəncani itirdiyi imicini bərpa edə bildi». Lakin BBS-nin şərhçisi Saeed Barzin Rəfsəncaninin seçkidən kənarlaşdırılmasını onun siyasi iflası kimi dəyərləndirib: «78 yaşlı siyasətçinin rəhbərlik etdiyi mərkəzçi fraksiyanın İranın siyasi səhnəsində tutduğu yerdən sıxışdırılıb çıxarılması anlamına da gəlir. Onu öz təmsilçisi sayan dairələr bu qərardan sonra çox güman ki, siyasi proseslərdən kənarlaşmaq və boykot yolunu seçəcəklər. Həmin dairələrə, o cümlədən, orta, biznes və ruhani təbəqələrinin bir qismi daxildir». Onun fikrincə, Rəfsəncaninin seçkidən kənarlaşdırılması eləcə də həyacanlanmış və zəifləyən İran rəhbərliyinin oturduğu budağı mişarlamağa hazırlaşdığını göstərir: «Bu addımla İran respublikası özünü daha çətin vəziyyətə salır. Çünki özündən uzaqlaşdırdığı sosial qruplardan özünü qorumaq üçün bundan sonra daha qəddar mühafizə mexanizmini yaratmalıdır».  Read More →

pul

İlqar Hüseynli: «Bələdiyyə şirkət yaradarsa, onun əldə etdiyi gəlirlər ərazisinin sosial-infrastruktur prosesinin inkişafına xərclənəcək ki, bu da bələdiyyənin inkişafına təkan verər» Aydın Hüseynli: «Bələdiyyələrin öz müəssisələrini qura bilməməsi bəzi bələdiyyə sədrlərinin səriştəsizliyindən qaynaqlanır» Artıq 14 ildir ki, Azərbaycanda bələdiyyə sistemi fəaliyyət göstərir. Bu müddət ərzində üç dəfə bələdiyyələrə seçkilər keçirilib. Keçən bu müddət bələdiyyələrin formalaşması, inkişafı, peşəkarlıq əldə etməsi baxımından mühüm dövrdür. Amma Azərbaycanda hələ də əksər özünüidarə orqanları gəlirlə işləmir. Bələdiyyələrin bir hissəsi, ancaq dövlətdən aldığı dotasiyalar hesabına yaşayır. Bəzi bələdiyyələr isə, vergi toplanışından müəyyən qədər gəlir əldə etmək imkanı qazanır. Lakin ölkəmizdə mövcud olan bələdiyyələrin böyük qismi özlərini dolandırmaq üçün şəxsi müəssisələr açmaq qabiliyyətinə malik deyillər. Halbuki, ərazilərində hansısa istehsal müəssisəsi açmaq bələdiyyələrin səlahiyyətləri daxilindədir. Belə bir müəssisə açmaqla bələdiyyələr bir tərəfdən öz büdcələrini lazımi qədər vəsaitlə təmin edə bilərlər. Digər tərəfdən də bu yolla bələdiyyə ərazisində yaşayan işsiz əhalinin bu problemi də öz həllini tapar. Amma nədənsə, bu sahədə də ölkə bələdiyyələri axsayır. Bunun səbəblərini ekspertlərlə aydınlaşdırdıq. Bələdiyyələr üzrə ekspert İlqar Hüseynlinin fikrincə, özünüidarə orqanlarının ərazilərində müəssisə yarada bilməməsi onların maliyyə imkansızlığı ilə bağlıdır: «Bələdiyyə ərazilərində ciddi gəlir gətirən sahələrin yaradılması qanunla ona verilən səlahiyyətlər çərçivəsindədir. Bələdiyyələr kiçik və iri müəssisələr, xidmət funksiyasını həyata keçirən müxtəlif tip müəssisələr yarada bilər. Bu məsələdə ortaya çıxan ən ciddi problem bələdiyyənin formalaşdığı gündən üzü bəri onların gəlir gətirən müəssisələrin yaradılması üçün yetərincə büdcəsinin olmamasından qaynaqlanır. Xüsusən ərazisində mədən tipli obyektlərin yaradılmasına imkanın olduğu bölgələrdə bu addımın atılması bələdiyyələrə ciddi stimul verərdi. Azərbaycanın bir sıra regionlarında tikinti işləri və layihələri həyata keçirilir. Eyni zamanda, ərazisində qum və çınqıl ehtiyatı olan kifayət qədər bələdiyyələr də mövcuddur. Amma təəssüf ki, həmin itehsalın qurulması üçün bələdiyyənin lazımi qədər vəsaiti yoxdur. Burada söhbət bir müəssisənin açılması üçün 1 milyon manata qədər vəsaitin olmasından gedir. Bələdiyyələrin bu qədər vəsaiti olmadığından həmin torpaqları iri sahibkarlara, bəzi məmurların nəzarətində olan şirkətlərə icarəyə verir. Qubada və İmişli ərazisindəki Bəhramtəpədə qum-çınqıl zavodunda vəziyyət məhz bu cürdür. İmişli ərazisində təxminən 30-a yaxın sahibkar rayondakı bələdiyyə torpaqlarını mənimsəyərək burada qum-çınqıl istehsalı ilə məşğuldur. Bu səlahiyyətlər vaxtında bir qədər maliyyə imkanlarının artırılması fonunda bələdiyyələrə verilsəydi, bu qurumun büdcəsinə böyük vəsaitlər daxil olardı. Bələdiyyə şirkət yaradarsa, onun əldə etdiyi gəlirlər bilavasitə ərazisinin sosial-infrastruktur prosesinin inkişafına xərclənəcək ki, bu da bələdiyyənin inkişafına təkan verər. İndilikdə isə bələdiyyə ərazisində şirkət quran sahibkarlar özünüidarə orqanlarına vergini belə ödəməkdən yayınırlar. Bəələdiyyə ərazisində gəlir gətirən müəssisələrin formalaşmasının başlıca amili onun yetərincə maliyyə imkanına malik olmaması və dövlətin bu istiqamətdə lazımi addımların atmamasından irəli gələn bir faktordur». İqtisadçı ekspert Aydın Hüseynli isə bu qənaətdədir ki, bələdiyyələrin əraziləri daxilində öz müəssisələrini yarada bilməməsi quruma rəhbərlik edən kadrların bacarıqsız fəaliyyətindən qaynaqlanır: «Azərbaycanda bələdiyyələrin səlahiyyətləri formalaşıb. Bunun hüquqi bazası və təminatlar da var. Bu istiqamətdə bələdiyyələrə kifayət qədər hüquqlar verilib. Sadəcə olaraq, bəzi bələdiyyə sədrləri öz üzərinə düşən işləri lazımi səviyyədə qura bilmir. Bələdiyyə sədrləri öz işlərini qura bilmədiyindən, deməli, ərazilərinin inkişafı üçün lazım olan maliyyə mənbələrini də müəyyənləşdirə bilmirlər. Bələdiyyə rəhbərlərinin bəzilərinin qabiliyyəti müasir tələblərlə uzlaşmır. Bu da onların səriştəsizliyi ilə bağlıdır». Rüfət Sultan  Read More →

sadval1

Azər Rəşidoğlu: «Bu, Rusiyanın Azərbaycana təzyiqləri ilə bağlıdır» Gülnarə İnanc: «Həmişə dövlətlərarsı münasibətlərdə etnik faktor siyasi təzyiq amili kimi istifadə olunub» Separatçı ləzgi təşkilatı olan «Sadval» yaxın günlərdə Dağıstanın Azərbaycanla sərhəd Məhərrəmkənd rayonunda böyük mitinq keçirməyi planlaşdırır. Mətbuatın yazdığına görə, mitinqin Məhərrəmkənd rayonunun Samur kəndində keçirilməsi planlaşdırılır. Aksiyada Samur çayının düzgün bölüşdürülməməsi, ləzgilərin Azərbaycanda hüquqlarının pozulması barədə iddialar qaldırılacaq. Mitinqin təşkilatçılarından biri, «Sadval»ın sədri Nazim Hacıyev, onun müavinləri Əmirxan Babayev və İkram Yəhyayev artıq Dərbənddə və Dərbənd rayonunun Bilici qəsəbəsində əhali ilə görüşlər keçiriblər. Mitinqlə bağlı xüsusi təbliğatçılar qrupu da yaradılıb. Onlar Dağıstanda yaşayan ləzgilərdən Azərbaycan ərazisində yaşayan qohumlarının da aksiyaya cəlb olunmasına çalışırlar. Mitinqi aparacaq şəxsin kimliyi də bəllidir. Bu şəxs, daim Azərbaycana qarşı düşmənçilik çağırışları ilə tanınan Hacı Abulrəhimovdur. Siyasi şərhçi Azər Rəşidoğlu diqqətə çatdırdı ki, bu, Rusiyanın Azərbaycana təzyiqləri ilə bağlıdır: «Moskva Azərbaycanda etnik və dini qarşıdurma yarada biləcəyi ilə rəsmi Bakını hədələyir. Zaman-zaman Kremlin belə niyyətləri olub, lakin Azərbaycanda etnik qarşıdurma yaratmaq mümkün olmayıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yüzlərlə ləzgi, talış və digərləri şəhid olub. Azərbaycan hamının doğma vətənidir və odur ki, Rusiyanın bu addımlarının da boşa gedəcəyini ehtimal edə bilərik». Millət vəkili Zahid Oruc isə hesab edir ki, 90-cı illərdən sonra Rusiyada «Sadval»ın müyyən elementləri qalmışdı və hazırda onların ortaya çıxması mümkündür. Onun sözlərinə görə, bu təşkilatın Azərbaycan əleyhinə ciddi bir qüvvəyə çevriləcəyi inandırıcı deyil: «Sadval»ın bizim ölkədə hər hansı ideoloji və ya siyasi zəmini olmadığından onlar burda kök ataraq Azərbaycan əleyhinə fəaliyyətlərdə iştirak imkanlarını itirdilər. Əlbəttə, etiraf etmək lazımdır ki, müəyyən məkanlarda istənilən ideya ətrafında təmərküzləşə bilən insanlar var. Lakin hazırkı mərhələdə «Sadval»ın dirçəlməsi, onun Azərbaycan ərazisinə daxil olması və genişlənərək Azərbaycanda etnik parçalanma yaratması imkanları yoxdur. Düşünürəm ki, bu ideyaya iqtisadi baxımdan investisiya qoyan qüvvələr də yoxdur. Amma mümkündür ki, təxribatçı qüvvələr bir əldə tutulsun və onlardan müəyyən vəziyyətlərdə istifadə olunsun». Zahid Orucun fikrincə, separatizmdən əziyyət çəkən Rusiyanın eyni kartı Azərbaycana qarşı istifadə etməsi onun özünə baha başa gələ bilər: «Rusiya yaxşı bilir ki, sabah bu və digər «Sadval» kimi təşkilatlar ortaya çıxaraq ona problemlər yarada bilər. Onsuz da Rusiya ərazisində yüzlərlə bu cür təşkilat var. Rusiya onlardan çox qorxur. Düşünürəm ki, Rusiyanın «Sadval»a ehtiyacı yoxdur. Əksinə, bu, Rusiya ilə Azərbaycan münasibətlərinə mənfi təsir göstərə, Azərbaycanı anti-Rusiya mövqeyinə yuvarlaya, Qərbə daha da yaxınlaşdırardı». Etnoqlobus Beynəlxalq İnformasiya və Analitik Mərkəzinin direktoru Gülnarə İnanc isə dedi ki, həmişə dövlətlərarsı münasibətlərdə etnik faktor siyasi amil kimi istifadə olunub. Onun sözlərinə görə, bu tipli məsələlər müxtəlif zamanlarda arxa plana keçsə də məqamı gələndə gündəmə gətirilir: «Biz neçə illərdir ki, bu cür məsələləri müşahidə edirik. Azərbaycanda da seçki ərəfəsindədir. Ona görə də müəyyən məqsədlərə nail olmaq üçün etnik məsələdən istifadə olunur və separatçı təşkilatların qızışdırılması cəhdləri müşahidə olunur». Gülnarə İnanc əlavə etdi ki, ümumiyyətlə, Azərbaycanda milli azlıqlarla bağlı həmişə kənardan problemlərin yaradılmasına cəhdlər edilib: «Ümumiyyətlə, Dağıstanda Azərbaycana qarşı bir patoloji nifrət, qısqanclıq mövcuddur. Orada dəfələrlə olmuşam və bu mövzuda araşdırma aparmışam. Rusiya bu məsələləri həmişə qızışdırıb. Amma son illər Rusiya bu meyilləri açıq şəkildə dəstəkləmir və müəyyən qədər məsafə saxlayır. Bunun əsas səbəblərindən biri kimi Azərbaycanla Rusiya arasında sərhədlərin razılaşdırılmasıdır. Əvvəllər mütəmadi olaraq Ləzgistan məsələsi qaldırılırdı. Dəfələrlə Azərbaycanda milli azlıqların hüquqların pozulması, onların məhz etnik azlıq olduğuna görə, hüquqlarının tapdanması, işdən çıxarılmasına görə bəyanatlar səsləndirilirdi. Amma mənim araşdırmalarım göstərir ki, bu, həqiqət deyil. Təhsil alanda, işə qəbul olunanda Azərbaycanda kimdənsə etnik mənsubiyyəti ilə bağlı heç nə soruşulmur. Milli azlıqların nümayəndələri də deyirlər ki, onlardan heç zaman etnik kimlik soruşulmur. Əgər etnik kimlik soruşulmursa, hansı əsasla etnik azlıqların hüquqlarının pozulduğunu iddia etmək olar? Yenə deyirəm bu gün Azərbaycanda etnik zəmində kiminsə haqqının tapdalanması faktı yoxdur». «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyir ki, Rusiya «Sadval» kartından zaman-zaman Azərbaycana qarşı istifadə edib: «Bu məsələdə Moskvanın əlinin olması ehtimalı güclüdür. İki ölkə arasında münasibətlər normal axarda cərəyan edərkən «Sadval»dan xəbər olmur, elə ki, ikitərəfli münasibətlərdə sualların sayı artır, «Sadval» xortlayır. Hazırda Kremllə rəsmi Bakı arasında da münasibətlər hamar olmadığından «Sadval» yenə peyda olub və mən ehtiyat edirəm ki, yaxın gələcəkdə bu separatçı təşkilatın ismini tez-tez eşidək. Özünü strateji tərəfdaş adlandıran ölkə Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edən separatçı quruma fəaliyyət göstərməsi üçün gen-bol şərait yaradarmı? Aydındır ki, «Sadval»ın vasitəsilə Azərbaycana təzyiqi artırdıqlarını düşünürlər. Rəsmi Bakının «Sadval»ın qonşu dövlətdə fəaliyyətini genişləndirməsinə seyrçi qalması yolverilməzdir. Moskvadan ona verilən dəstəyin, yaradılan şəraitin səbəbləri soruşulmalıdır». Ləzgi Mədəniyyət Mərkəzinin rəhbəri Şair Həsənov isə vurğulayıb ki, müxtəlif qüvvələr onlardan istifadə etməyə çalışsalar da buna nail ola bilməyəcəklər: «Dağıstanda bəziləri Azərbaycana qarşı pis niyyətlərə alət olurlar. Halbuki Dağıstandakı insanların vəziyyəti, onların hüquqları Azərbaycandakı ləzgilərə yaradılan şəraitlə müqayisə oluna bilməz. Orada demək olar ki, hər gün terror aktı, partlayışlar törədilir. Azərbaycanda isə əmin-amanlı içində yaşayırıq». Əli  Read More →

firudun bey

«Firidunbəy Köçərlinin arxivi haqqında bəzi inandığım yoldaşlara xəbər vermişdim. Ancaq nədənsə heç kəs bu məsələyə yaxın durmaq istəməmişdi» Uğur Tanınmış ədəbiyyatşünas Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyi tamam olur. Əziz Şərifin Ədəbiyyat və İncəsənət arxivindəki 255 saylı fondunda Firidun bəylə bağlı yazısı onun yaradıcılığı haqqında təəssürat yaradır. Yazını redaksiyaya arxivin direktoru Maarif Teymur təqdim edib. Bildirək ki, Əziz Şərifin Firidun bəy haqqındakı yazısı tam halda ilk dəfə «Xalq Cəbhəsi» qəzetində işıq üzü görür. II yazı Bu dövrdə yaşayan bir nəfər də ictimai və mədəni xadim yoxdur ki, bu sandıqda onun izi olmasın. Hələ XVIII-XIX və daha qədim əsrlərə aid materiallar öz yerində. Burada Vaqif haqqında Mirzə Fətəli Axundovun əlyazması var idi. Deməklə başa gələsi deyil. Adamın gözləri qamaşır. Biz gecə saat birə qədər oturduq. Bu bir neçə saatın ərzində mən sandıqdakı materialın ancaq azacıq hissəsini gözdən keçirə bildim. Nəhayət, belə qərara gəldim ki, ölsəm də gərək bu qiymətsiz xəzinəni gün işığına çıxarım. Mərkəzi Komitədə məsələ qoymaq və lazım olsa, lap yuxarıya qədər getmək lazımdır. Gedərkən mən Badsəba xanıma öz sonsuz təşəkkürümü bildirdim və arxivi üzə çıxarmaq üçün var qüvvəmlə çalışacağıma söz verdim. Yazıq arvadın gözləri yaşardı… Gündəliyindəki bu sətirlərdən başqa bir kağız parçası da o gündən xatirə qalıb. Görünür, sandıqdakı materialları gözdən keçirincə ayrı vərəqdə karandaşla qısaca siyahı tutmuşam. Zənnimcə, bu vərəqin məzmunu da oxucular üçün maraqsız olmaz. Başda 12.1.37 tarixi, sonra «Firidunbəy Köçərli» yazılıb. Siyahıya bunlar yazılıb: 1. Qızıl balıq. Tərcümə. 1892, İrəvan. 2. Üç şam ağacı və nə yatmısan ay kəndli, 1895, Şuşa. 3. Firdosidən Sabirin tərcüməsi «Rəhbər»də çap edilib. 4. «Molla Nəsrəddin»in Köçərliyə məktubları. 5. 4-1-87, rusca; Nehrəmdən Türkcə öz hekayəsi haqqında. 6. 4-I-91. Nehrəmdən Türkcə «Səkinə» hekayəsi haqqında. Məktubdan cümlə: «Dəxi mənzuməni geri göndərməyin lüzumu yoxdur». 7. 13-II-91. Nehrəmdən gələn məktubdan cümlə: «mənzuməmi diqqətlə oxuyub qüsurlarını bəndəyə məlum edin məktubunuzda». … 14-XII-? Nehrəmdən xəstəlik və dərman haqqında. Bacısı haqqında. Bu məktubda Mirzə Cəlilin atası tərəfindən yazılmış sətirlərdə qızların təhsil almasına qarşı rəy ifadə edilir; Vaqif haqqında Mirzə Fətəli Axundovun Berje üçün rusca yazılmış məqaləsi… Vərəqin hər iki tərəfində yazılmış bu sətirlər çox şübhə yaradır, tədqiqat üçün təzə məsələlər irəli sürülür. Çox təəssüf ki, bu suallara cavab vermək, şübhələri rədd və məsələləri həll etmək üçün bu gün əlimizdə heç bir tutarlı material yoxdur. Biz yalnız ehtimalla deyə bilərik ki, bəlkə Cəlil Məmmədquluzadənin bizə gəlib çatmamış və əlyazması Firidunbəy Köçərlinin arxivində qalmış «Səkinə» adlı hekayəsi və adı məlum olmayan mənzuməsi var imiş. Yadımdadır ki, o zaman Firidunbəy Köçərlinin arxivi haqqında bəzi inandığım yoldaşlara xəbər vermişdim. Ancaq nədənsə heç kəs bu məsələyə yaxın durmaq istəməmişdi. Nəhayət, götürüb yuxarı orqana aşağıdakı məzmunda bir məktub yazdım. Məktubun rusca əlyazması və makinada çap olunmuş nüxsəsi məndə durur. Budur onun tercüməsi: «Sizə məlum olduğu üzrə Firidunbəy Köçərli uzun illər boyu Azərbaycan ədəbiyyatı tarixinə aid material toplamaqla məşğul olub və öz varlığının az-çox görkəmli olan bütün yazıçı və ictimai xadimləri ilə məktublaşıb. Azərbaycan ədəbiyyatının tarixinə aid onun hazırladığı materiallar sonra sovet hakimiyyəti dövründə, dörd cilddən ibarət olaraq nəşr edilib və bu günə kimi ən qiymətli yoxlama materialı kimi durur. F.Köçərlinin ədəbiyyat məsələlərinə olan canlı həvəsi, tanışlarının geniş dairəsi özünün isə Azərbaycan ziyalıları arasında güclü nüfuzu və şöhrəti onun qoyub getdiyi ədəbi irsin nə qədər əhəmiyyətli olduğunu göstərir. Mən Firidunbəy Köçərlinin arvadı Badsəba xanımın saxladığı arxivin bir hissəsini çox ötəri gözdən keçirə bildim və qərara gəldim ki, bu arxivdə ədəbiyyatımızın yalnız uzaq keçmiş tarixini deyil, Köçərlinin müasiri olan və müntəzəm surətdə onunla məktublaşan yazıçı, şair jurnalistlərimizin ədəbi-ictimai fəaliyyətini də yüksək dərəcədə işıqlandıra biləcək son dərəcə qiymətli materiallar tapmaq olar. Köçərlinin irsi bir çox Azərbaycan təşkilatlarına məlum idi. Elmlər Akademiyası Azərbaycan filialının xüsusi komissiyası ilə bir neçə ay bundan qabaq bu irslə müfəssəl tanış olmuşdu, lakin nə Akademiyanın Azərbaycan filialı, nə də Dil və Ədəbiyyat insititutu bu arxivi almaq və ondan istifadə etmək üçün bir tədbir görüb. Elmlər Akademiyası Azərbaycan filialının sabiq rəhbərliyi tərəfindən Firidunbəy Köçərlinin arxivindəki olduqca qiymətli ədəbi-tarixi materiallara bu kimi münasibətini qiymətləndirməkdən vaz keçərək, mən cəsarət edib yoldaş rəis, sizdən rica edirəm ki, göstərilən arxivlə yaxından tanış olmaq və nəticəni şəxsən sizə bildirmək üçün xüsusi komissiyanın təşkil edilməsi haqqında göstəriş verəsiniz». 1937-ci il 31 yanvar tarixli bu rəsmi məktubu Yazıçılar İttifaqının üzvi kimi imzalayıb sabahı gün fevralın 1-də yuxarı orqanda mədəniyyət şöbəsinin müdirinə təqdim elədim və ərizənin nəticəsini gözləməyə başladım. Mən güman edirdim ki, Mirzə Fətəli Axundovun arxivini almaq üçün təyin edilmiş komissiya kimi bu iş üçün də komissiya təyin ediləcək, mən də bu komissiyada olub arxivin tezliklə təhvil alınmasına çalışacağam. Lakin çox təəssüf olsun ki, belə olmadı. Aradan günlər keçdi. «Azərnəşr»də işlərkən mən yuxarı orqanda mədəniyyət şöbəsinin müdiri ilə tez-tez görüşməli və bilavasitə vəzifələrimə aid məsələlər ətrafında onunla məsləhətləşməli olurdum. Bu hörmətli yoldaş sağdır və mən biləsi şəxsi təqaüdçüdür. Mən burada onun adını çəkmirəm, lakin işdir bu sətirlər onun nəzərinə çatsa, bəlkə bu hadisələri yadına sala və burada nəql edilən tarixi həqiqətləri təsdiq edə. O zaman sovet xalqın son dərəcə gərgin günlər keçirirdi. Buna görə çox şeyi biz adi vətəndaşlar başa düşürdük. Ancaq məndə olan sənəd və gündəliklərdən belə məlum olur ki, ərizəni müdir yoldaşa verəndən bir neçə həftə sonra fevralın 27-də mənə xəbər verilmişdi ki, rəis mən qaldırdığım məsələni həllini maarif xalq komissarı Məmməd Sadıq Əfəndiyevə həvalə edib, mənə isə çatdırmağı tapşırmışdı ki, artıq belə işlərə qarışmayın. Bu ikinci göstərişin mənasını və səbəbini anlamasam da tabe olmağa məcbur idim və artıq Köçərlinin arxivi ətrafında bir tədbir görməyi mümkün bilmirdim. Maarif xalq komissarına tapşırılmış məsələ həll edilməmiş qaldı, çünki komissarın biri getdi, biri gəldi, mən isə Bakıdan Tiflisə qayıtmalı oldum. Bir az sonra Böyük Vətən müharibəsi başlandı. Badsəba xanım Bakıdan rayona gedi. Sandığın başına nə gəldiyini bilmədim. İndi təxminən otuz beş il keçəndən sonra bu əhvalatı xatırlatmaqda mənim yeganə məqsədim budur ki, gənc alimlərimiz, dalbadal namizədlik və doktorluq disertasiyaları müdafiə edən ədəbiyyatşünas və tarixçilərimiz axtarış aparsınlar, bəlkə birinin bəxti gətirdi, bu zəngin xəzinənin tapıb üzə çıxardı. Belə bir tapıntı demək olar ki, müasir mədəniyyətimizin tarixində inqilab olar, indi bilmədiyimiz çox şeyi bilər, şübhələrimizi rədd edər, məlumatımızı artırar, mədəniyyətimizi və elmimizi zənginləşdirərik. Bu xatirəni yazıb hazırladıqdan sonra Bakıya gələndə öyrəndim ki, haqqında yazdığım arxivin özü əldə yoxdursa da, ondakı materialların müfəssəl siyahısı Akademiyanin Əlyazmaları fondunda var. Bu fonda müraciət etməli oldum. Fondun əməkdaşlarından filologiya elmləri doktoru hörmətli Əzizə xanım Cəfərzadə xahişimi mehriban qarşılayıb siyahını mənə göstərdi. Siyahı iki məktəbli dəftərində yazılmışdı ki, bunların birində müxtəlif əsərlərin əlyazmaları, ikincisində isə məktublar qeyd edilmişdi. Göründüyü kimi, birinci dəftərdə siyahıya alınmış əlyazmaların Firidunbəyin tərtib elədiyi Azərbaycan ədəbiyyatının tarixinə aid materiallar üçün toplanmış və istifadə edilmiş imiş. İkinci dəftərdə isə sayca ən çox məktub yazan Sultan Məcid Qənizadə olmuşdu ki, siyahıda onun 1893-cü ildən 1917-ci ilə qədər 24 ilin müddətində yazdığı 78 məktubu qeyd edilmişdi. Bundan başqa siyahıda Abbas Səhhətin 27, Abdulla Şaiqin 24 (1908-1919-cu illər), Qori semnariyasında Azərbaycan şöbəsinin ilk müdiri məşhur müəllim Çernyayevskinin 24 məktubu, Ömər Faiq Nemanzadənin 23 (1905-1913-cü illər) Cəlil Məmmədquluzadənin 22 (1887-1913-cü illər) Eynəli Sultanovun 20, Salman Mümtazın 17 (1914-1917-ci illər) sonra da Sabirin, Nəriman Nərimanovun, Haqverdiyevin, Hüseyn Cavidin, keçmişlərdə Krımda nəşr edilən «Tərcüman» qəzetinin redaktoru İsmayılbəy Qasprinskinin, Qurbanəli Şərifzadənin və daha bir çoxlarının müxtəlif vaxtlarda yazılmış məktubları qeyd edilmişdi. Bu siyahıda iki yüzə qədər tanınan, ya tanınmayan adamın adı çəkilmişdi ki, bunların hər birinin hər məktubu, heç şübhəsiz, yazıldığı vaxtın maraqla və əhəmiyyətli mədəni-ictimai hadisələrinə həsr edilmişdi, bu hadisələrdən xəbər verir. Bakıda vərəqlədiyim bu siyahı Firidunbəy Köçərlidən qalan arxivin nə qədər zəngin və mədəniyyətimizin tarixi üçün nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir. 2 may 1971. Moskva-Bakı  Read More →

xeste

Həkimlər dəmirin təbii yollarla qəbulunu tövsiyə edirlər Orqanizmin hər yerinə nüfuz edən dəmir insanın yaşaması üçün zəruri olan bir çox həyati funksiyalara malikdir. İnsan hər dəfə nəfəs aldıqda hemoqlobinin tərkibində olan bu maddə müxtəlif toxumalara oksigen daşıyır. O həm də əzələlərdə oksigenin toplanmasına və istifadəsinə kömək edir. Bu isə orqanizmdə gedən bir çox ferment reaksiyalarının ayrılmaz tərkib hissəsidir. Dəmir çatışmazlığı həyati funksiyalara müdaxilə edir və nəticədə xəstəliyə və ölümə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, dünya miqyasında 4-5 milyarda yaxın adamda, yəni dünya əhalisinin 66-80 faizində dəmir çatışmazlığı ola bilər ki, bunlardan da 2 milyardı anemiya səciyyəlidir. Qanazlığı — anemiya ilə müşayiət olunan dəmir çatışmazlığına daha çox uşaqlarda və reproduktiv yaşlı qadınlarda rast gəlinir. Mütəxəssislər bu qənaətdədirlər ki, hamilə qadınların ölüm hallarının 20 faizi məhz bu səbəbdən baş verir. Hazırda inkişaf etmiş ölkələrdə yeni doğulan körpələrin ölümü 75-85 faiz erkən dövrdə baş verir ki, bunun da səbəblərindən biri məhz anemiyadır. Yeri gəlmişkən, Azərbaycanda da ana və uşaq ölümü problemi həllini gözləyən aktual məsələlərdəndir. Bu ölümün neçə faizinin anemiya səbəbindən baş verməsi hələ ki məlum deyil və bu sahədə rəsmi statistika aparılmır. 2011-ci ilin statistik rəqəmlərinə əsasən 18 yaşadək 20 425 nəfər uşaq bu xəstəlikdən əziyyət çəkir. 2010-cu ildə isə bu rəqəm 21 565 olub. Dünya üzrə anemiyadan əziyyət çəkənlərin 90 faizi inkişaf etməkdə olan ölkələrin vətəndaşlarıdır. Təxmini hesablamalara görə, hər 2 hamilə qadından birində, hər 10 məktəblidən 4-də qan azlığı var. Ümumdünya Ərzaq Proqramının ötən il ərzaq və qidalanma təhlükəsizliyi üzrə apardığı araşdırmalar göstərir ki, Azərbaycanda 5 yaşdan yuxarı uşaqlar arasında anemiyanın yayılma dərəcəsi 52 faiz təşkil edir. Ölkənin müxtəlif regionları üzrə nəsilartırma yaşında olan qadınlar arasında isə bu göstərici 30-80 faiz arasında fərqlənir. Bu, orta hesabla, anemiyanın yüngül formasından əziyyət çəkənlərin təxminən 49 faizi, orta dərəcəli qanazlığı olanların 6 faizi, ağır dərəcəli anemiya xəstələrinin təxminən 2 faizi deməkdir. Göstəriciləri Azərbaycan üçün böyük rəqəm hesab edən mütəxəssislər vəziyyətin yaranma səbəblərini iki amillə əlaqələndiriblər. Onların fikrincə, 90-cı illərin əvvəllərində SSRİ-nin süqutu ilə baş verən dəyişikliklər nəticəsində ölkədə adambaşına orta hesabla qəbul olunan qida dərəcəsi aşağı düşüb. Bu, kalorili qidanın gündəlik qəbulunun əhəmiyyətli şəkildə aşağı düşməsi, yağ və zülal istifadəsinin azalması deməkdir. Bu qədər çox qadın və uşaqda anemiyanın inkişaf səbəbini də məhz bu proseslə bağlayan mütəxəssislər digər amili Ermənistan-Azərbaycan münaqişəsinin kökündə axtarıblar. Belə ki, müharibə nəticəsində Azərbaycan əhalisinin təxminən onda biri öz yurdunu tərk etmək məcburiyyətində qalıb. Məcburi köçkün və qaçqın olan bu insanlar əlverişsiz həyat şəraitində məhdud məşğulluq imkanları ilə yaşamalı olur, bunun da nəticəsində, təbii ki, zəif qidalanmadan və anemiyanın yüksək səviyyəsindən əziyyət çəkirlər. Odur ki, bu kateqoriyadan olan əhali arasında qanazlığının faizi daha artıqdır. Millət vəkili, Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev mətbuata verdiyi müsahibələrində YUNİSEF-in də gündəmində duran bu məsələnin Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana, eləcə də inkişaf etməkdə olan dövlətlərin bir çoxuna tövsiyyələrindən biri olduğunu bildirmişdi: «Bütün dünyada, o cümlədən Azərbaycanda son zamanlar dəmir defsitli anemiyalar, yəni qan azlığı xəstələrinin sayı artır. Xüsusilə gənclər, gənc qızlar və qadınlar arasında bu cür xəstəliklərin sayının ildən-ilə artmasının şahidi oluruq. Bunun da başlıca səbəblərindən biri orqanizmdə dəmir çatışmazlığıdır.» Dəmir çatışmazılığının törətdiyi əsas fəsad anemiyadır. Anemiya əsasən dəmirdən ibarət hemoqlobin azlığı zamanı yaranır ki, buna da el arasında qan azlığı deyirlər. Hemoqlobin bədən üzvlərinə oksigen çatdıran maddədir. Yəni, orqanizm dəmir almazsa, hemoqlabin azalar, bu da öz növbəsində bədən üzvlərinin oksigenlə qidalanmasında problemlər yaradar. Sağlam insanın bədənində 4-5 qram dəmir olmalıdır. Onun 70 faizi qanda (hemoqlobin və mioqlobin), qalanı isə ilik, qara ciyər və dalaqdadır. Azərbaycan insanının çay həvəsini nəzərə alaraq qeyd edirik ki, tünd çay dəmirin mənimsənilməsinə mənfi təsir göstərir. Əksinə, vitamin S dəmirin mənimsəməsində müsbət rol oynayır. Yəqin ki, dədə-babadan çayın limonla içilməsi təsadüfi deyil. Gün ərzində kişilər 10 mq, qadınlar 20 mq, hamilə qadınlar 30-35 mq, uşaqlar 4-18 mq dəmir qəbul etməlidirlər. Lakin bu o demək deyil ki, dəmirdən sui-istifadə etmək olar. Bu elementin normadan artıq qəbulu ürək xəstəlikləri və şişlərin yaranmasına səbəb olur. Bəzi hallarda isə dəmir çoxluğu ölümlə nəticələnir. Adətən insan qidadan kifayət qədər dəmir alır. Həkimlər də, dəmirin təbii yollarla alınmasını tövsiyə edirlər. Bunun üçün paxlalılar, un məlumatları, yarmalar, çuğundur, alma, kələm, kərəviz, çiyələk, qaragilə, böyürtkən, buğda, kartof, ağ göbələk, cəfəri, meyvə qurusu, itburnu, badam, xurma, şaftalı, armud, və s. İnsan həftə ərzində bu ərzaqları rasionuna əlavə edərsə, dəmir çatışmazlığından əziyyət çəkməz. YUNİSEF-in statistikasına görə, Azərbaycanda anemiya yüksək göstəriciyə malikdir. 2010-cu ilin göstəricilərinə əsasən, 6-23 aylıq körpələrin yarısından çoxu anemiyadan əziyyət çəkir, 6-59 aylıq uşaqlar arasında isə bu xəstəliyin yayılması 39 faiz təşkil edir. Azərbaycanda reproduktiv yaşda, yəni doğuş qabiliyyəti olan qadınların 37 faizi, hamilə qadınların 45 faizi və uşağı ana südü ilə qidalandıran anaların yarısından çoxu anemiyadan əziyyət çəkir. Ginekologiya və Mamalıq üzrə Tədqiqat İnstitutu Azərbaycanda ana ölümünün 90 faizi qan itkisi səbəbindən baş verdiyini bildirir. Qeyd edək ki, həkimlər bir çox hallarda hamilə qadınlara tərkibində dəmir olan dərman və preparatlar tövsiyə edirlər. Lakin son araşdırmalar sübut edib ki, bu cür preparatlar hamilə qadınlarda hemoqlabini artırmır. Dünya ölkələri qeyd olunan problemi insanların qəbul etdiyi ərzaq məhsullarına, xüsusilə də un və un məhsullarına dəmir elementləri əlavə etməklə həll edir. Bu icra olunarsa, beş il ərzində anemiya hallarının sayını gözəçarpacaq qədər azaltmaq mümkündür. Dəmir defisitli anemiyada xəstənin dəri və selikli qişaları solğun olur, başgicəllənmə, göz önündə qaraltı olur, qulaqlarda küydən əziyyət çəkir. Nəbzi tezləşir (taxikardiya), təngnəfəs olur, arterial təzyiq aşağıya meylli olur. Xəstənin dırnaqları tez sınır, dırnağın üzəri köndələn xətli, qaşığabənzər formada olur, saçları ucları haçalanır, tökülür. Dəri quru olur, çətin qaralır. Bərk, kobud qidaları udmaq çətinləşir, anqulyar stomatit (ağızın kənarlarında yara) əmələ gələ bilər. Bu zaman dil hamarlaşır, parlaq olur. İştahanın dəyişməsi baş verir — xəstə tabaşir, torpaq, kömür yeməyə cəhd edir, aseton, süni boya iyindən xoşu gəlməyə başlayır. Mədə bağırsaq sistemində distrofik, atrofik proseslər gedir. Qan plazmasında dəmirin miqdarı azalır. Anemiya müxtəlif səbəblərdən əmələ gələ bilir və davametmə müddətinə görə fərqli olur. Amma bütün hallarda qan yaradılması prosesi pozulur, qanda hemoqlobin və eritrositlər azalır. Qeyd edək ki, qanazlığı o demək deyil ki, anemiyadan əziyyət çəkən insanda qan həqiqətən azdır. Qanın miqdarı normal olur, lakin qanın tərkibində olan hemoqlobin zülalının və eritrositlərin miqdarı azalır. Uşaqların dəmirə olan ehtiyacı əsasən iki dövrdə — ilk iki ildə və cinsi yetişkənlik dövründə (xüsusilə qızlarda) daha çox artır. Böyüklərdən fərqli olaraq uşaq orqanizmində dəmir ehtiyatı toplanır. Buna görə də uşaqların yeməyində dəmirlə zəngin qida məhsullarının olmasına fikir vermək lazımdır. Ümumiyyətlə, uşağın yeməyi ilk növbədə zülalla zəngin olan məhsullardan hazırlanmalıdır. Zülal orqanizmdə gedən bütün proseslərdə, o cümlədən qan yaranma prosesində böyük rol oynayır. Mal əti, toyuq, balıq, qara ciyər süd, çörək, noxud, lobya zülalın ən yaxın mənbəyi olmaqla bərabər, dəmir mikroelementi ilə zəngindir. Meyvə, tərəvəz və göyərtilərdən — alma, ərik, gavalı, kahı, şüyüd, cəfərinin də tərkibində dəmir vardır. Faktlar göstərir ki, uşaqda dəmirin çatmamasını güman edən bəzi valideynlər həkimlə məsləhətləşmədən müalicə məqsədi ilə uşağa «dəmir» iynəsi vurdururlar. Xəstəliyi düzgün təyin etmədən vurulan dəmir preparatları nəticəsində xəstəliyin başqa forması — talassemiya uşağın vəziyyətini daha da ağırlaşdırır. Talassemiya hemoqlobinin artması və buna görə eritrositlərin həddindən artıq parçalanması nəticəsində əmələ gələn xəstəlikdir. Bu prosesdə hemoqlobindən ayrılan sərbəst dəmir qan dövranı ilə bədənin üzvlərində — ürək, dalaq və qaraciyərdə yığılır. Artıq mikroelementin bu üzvlərdə yığılıb qalması onların normal işləməsində çətinlik törədir. Yuxarıda göstərilənlərdən başqa talassemiya zamanı orqanizmin fiziki inkişafının ləng getməsi, dərinin sarılığı, burunun üst hissəsinin yastılanması, göz yarığının daralması, başın iriləşməsi, qaraciyər və dalağın şişməsi nəticəsində qarının böyüməsi kimi əlamətlər yaranır. Müasir tibb elmində belə bir fikir var ki, insan qidalanır, orqanizm isə özünə nə lazımdır onu seçir, qalanını atır. Nişi bu məsələyə başqa cür yanaşmışdır. O, özündən soruşmuşdur: «Orqanizmə oksigensiz daxil olan qidanın başına nə iş gəlir?» O vaxt qida quzuqulağı turşusu deyilən kimyəvi maddəyə çevrilir. Əgər bu turşu bişmiş xörəklərin çevrilməsindən əmələ gəlirsə, o zaman qana düşən kimi sərbəst kalsiumla birləşir və əriməyən, heç nə ilə orqanizmdən kənar edilməyən quzuqulağı turşusunun duzuna çevrilir, tədricən və müntəzəm şəkildə yığışıb bədəndə qalır. Özü də bütün hüceyrələrdə yığışır — əzələ, əsəb, sümük və damar hüceyrələrində daşlar əmələ gətirir, oynaq revmatizmi, artrit, arteroz törədir, cinsi fəaliyyəti zəiflədir. Bu duz demək olar bütün xəstəliklərin törədicisidir. Təbii çiy qidalardan yaranan quzuqulağı turşusu isə qanda sərbəst kalsiumla birləşmir və zərərli quzuqulağı turşusu yeganə şəfalı qüvvədir ki, onu bədəndə duz və daş yaranmasına, arterozlara, artritlərə və digər xəstəliklərə qarşı tətbiq etmək mümkündür. Buradan doğan əsas nəticə belədir: sağlam olmaq istəyən hər kəs əsasən, çiy və təbii qida ilə qidalanmalıdır. Yəni, gündəlik rasiona daha çox tərəvəz, meyvə, şülul, qoz-fındıq, püstə, badam, günəbaxan tumu, müxtəlif köklər daxil etməlidir. Ülviyyə Tahirqızı  Read More →

musiqi

Oktay Son illərdə musiqi elmində Azərbaycan və Türk musiqi mədəniyyətlərinin qarşılıqlı əlaqələrinin öyrənilməsinə həsr olunmuş araşdırmalar sübut edir ki, bu iki mədəniyyət arasında çoxtəbəqəli ümumi fond mövcuddur. Hər bir konkret mədəniyyət baxımından bu fondun müxtəlif səviyyədə reallaşdırılması özünü büruzə verir. Hazırda söhbət həm Azərbaycan, həm də Anadolu türk mədəniyyəti ənənələrinin vahid türk məkanına aidiyyəti məsələsindən, hər iki mədəniyyətdə eyni janr-üslub kompleksinin fəaliyyətindən, həmçinin, qohum nitq-intonasiya genofondundan gedir. Ümumiyyətlə, Azərbaycan və Anadolu türklərinin musiqi ənənələrinin oxşarlığı, hər şeydən əvvəl, onların uzun əsrlər boyu bir coğrafi ərazidə yaşamaları ilə bağlı olaraq, tarixi talelərinin ümumiliyindən irəli gəlir və bu iki xalqın mənəvi mədəniyyətinin oxşarlığını şərtləndirir. Orta əsrlər dövründə Azərbaycan və Anadolu türkləri vahid dövlətdə yaşayırdılar. Ümumi düşmənlərə — yadelli işğalçılara qarşı birgə mübarizə aparırdılar. Coğrafi mühitin yaxınlığı bu iki türkdilli xalqın təsərrüfat fəaliyyətinin, məişətin təşkilinin ümumi tipinin formalaşmasına gətirib çıxardı. Hər iki türkdilli xalqın mənəvi həyatı da eyni adət-ənənələr üzərində inkişaf etmişdir ki, bu da əsasən eyni dini və mənəvi əsaslarla, əxlaqi tələblərlə bağlı idi. Eyni dini təsəvvürlər həmçinin ümumi zövqün, yaşayış qaydalarının müəyyən olunmasında vacib şərtlərdəndir. Mənəvi etik normaların oxşarlığı da buradan yaranmışdır. Mədəniyyət də məhz vahid dil mühiti çərçivəsində formalaşıb təşəkkül tapmış, bununla belə dil və şifahi xalq yaradıcılığı sahəsində etnik özünəməxsusluq qorunub saxlanmışdır. Tədqiqatçı Qiyasəddin Qeybullayevin qənaətinə görə, Azərbaycan dilinin müasir dialektləri, əsasən XII-XIII əsrlərdə səlcuq-oğuz və monqol işğallarından sonra meydana gəlmişdir. Beləliklə, «Azərbaycan dili səlcuq-oğuz dillərinə yaxın bir dilə çevrilmiş və onu türk, türkmən, qaqauz dillərinə yaxınlaşdıran cəhətlər əldə etmişdir». Azərbaycanın cənub-qərb zonasının qədim türk toponimlərinin təhlili və digər türk xalqları ilə müqayisə olunması sayəsində tədqiqatçı L.Hüseynova onları bütün türk dünyasına xas mədəni, dini və mifoloji təsəvvürlərlə bağlayan xüsusi bir təbəqənin mövcudluğunu üzə çıxarmışdır. Ümumtürk kontekstində qədim Azərbaycanın bədii simvollarının genetik mənşəsi F.Əfəndinin tədqiqatlarında öz əksini tapmışdır. Müəllif qeyd edir ki, bədii simvolların timsalında türk dünyasının ümumetnik dünyagörüşünə xas mənəvi və maddi mədəni abidələrin yaranmasını görürük. Bundan əlavə, musiqi elmində türk xalqlarının musiqi mədəniyyətinin müqayisəli-tipoloji tədqiqat metodologiyası formalaşmışdır. Adı çəkilən nəzəri konsepsiyanın müəllifi R.Məmmədova yazır: «Qeyd etmək lazımdır ki, türkdilli xalqların musiqi əlaqələrinin yaranması və bu əlaqələrin genetik əsasının izahı türk musiqi sisteminin vahidliyini və monolitliyini üzə çıxarmaqla yanaşı, onun ayrı-ayrı komponentlərinin tam surətdə xarakterizə olunmasına imkan verir». Ümumtürk mədəniyyətinin tarixən formalaşması prosesinin araşdırılmasının ilkin sahəsi Azərbaycan və Türk musiqisidir. İki xalqın musiqi ənənələrinin tarixi qarşılıqlı əlaqələrinin öyrənilməsi onların janr sisteminin qeyri-adi dərəcədə identik olduğunu üzə çıxarır. Bu baxımdan, lirik, toy mərasim, tarixi mahnıların və aşıq musiqisinin məzmun və bədii cəhətdən qohumluğu diqqətəlayiqdir. R.Məmmədovanın fikrincə, janr sisteminin uyğunluğu mühüm genetik köklərin mövcud olmasını sübut edir. Bunlar həm Azərbaycan, həm də Türk folklorunun ən dərin qatlarından qidalanaraq, bu xalqların dünyagörüşünün formalaşması ilə bağlıdır. Bununla yanaşı, türk etnosunun mədəniyyəti kontekstində Azərbaycan və türk xalqlarının mərasim ənənəsinin müqayisəli öyrənilməsi onların struktur baxımından oxşarlığını üzə çıxarır. İki qardaş xalqın mərasim ənənəsinin səciyyəvi cəhəti türk regionunun mədəniyyəti çərcivəsində onlara məxsus tipik vəziyyətlərin və sabit formulların, süjet uyğunluğunun toplanmasından ibarətdir. Eyni zamanda, oxşar formullar və tipik süjet motivləri yüksək dərəcədə variasiya imkanlarına malik olub, söz və intonasiya ifadəliliyi baxımından müəyyən interpretasiyaya məruz qalır. Bu halda ümumilikdə ənənəvi üslub fonu saxlanılır. Burada Azərbaycanın mərasim mədəniyyətinin tədqiqatçısı S.Fərhadovanın aşağıdakı fikrini xatırlatmaq yerinə düşərdi: «Müxtəlif millətlərə xas mərasimlərin yaxınlığı həm də dərin özünəməxsus cəhətlərə malikdir. Hər bir xalqın mərasimləri öz köklərinə görə vahid mənbəyə malik olmaqla yanaşı, onların milli tarixi inkişafı ilə də sıx bağlıdır və milli-səciyyəvi cəhətlərini: psixologiyasını, dil xüsusiyyətlərini, coğrafi şərait, iqlim, ictimai-iqtisadi quruluşla bağlı cəhətləri, eyni zamanda, təkrarolunmaz, fərdi, yalnız ona xas olan simasını əks etdirir». Azərbaycan və Anadolu türklərinin mərasimlərində musiqi folklorunun janr məzmununu bir çox cəhətdən eynilik təşkil edir. O cümlədən, iki musiqi ənənəsinin türk mənbələri ilə genetik əlaqələrini əks etdirən intonasiya tipoloji modellər də eynidir. Məsələn, Azərbaycan və Anadolu türklərinə məxsus toy mərasimlərinin musiqi folklorunun müqayisəli öyrənilməsi nəticəsində tədqiqatçı C.Nəsirova ümumi, birləşdirici qanunauyğunluqları üzə çıxara bilmişdir. Qeyd etməliyik ki, Azərbaycan və Anadolu türklərinin mərasim musiqi folklorunda janr qohumluğunun parametrlərinin öyrənilməsi musiqi dilinin xüsusiyyətləri ilə sıx bağlıdır. Bütün bu xüsusiyyətlərin dərindən araşdırılması musiqişünaslığın qarşısında duran həlli vacib məsələlərdəndir. Eyni zamanda, milli folklorun mühüm tərkib hissəsi olan xalq rəqslərinin bu baxımdan araşdırılması dəyərli nəticələr verir. Parlaq milli xüsusiyyətlərə malik, xalq musiqi-poetik mənbələrindən qidalanan aşıq yaradıcılığının öyrənilməsi də türkdilli xalqların musiqi mədəniyyətləri arasında qohumluq əlaqələrinin tədqiqi baxımından dəyərli mənbədir. Belə ki, Azərbaycan və Anadolu aşıq sənəti — mifologiyadan tutmuş qəhrəmanlıq eposlarına kimi, ozan yaradıcılığından başlayaraq, aşıq sənətinə kimi böyük inkişaf mərhələlərindən keçmişdir. Hər iki xalqın mədəni mühitində «aşıq» sözünün eyni mənaya malik olaraq qorunub saxlanması və istifadə olunması bunu əyani şəkildə sübut edir. Təbiidir ki, Azərbaycan və Anadolu türk aşıq sənətlərindəki eyni cəhətlər iki musiqi ənənəsinin qohumluq dərəcəsini müxtəlif səviyyələrdə üzə çıxaran zəruri dəlillərlə zəngindir. Azərbaycan və Anadolu türklərinin musiqi mədəniyyətlərinin qohumluq ənənələrinin üzə çıxarılmasında önəmli olan sahələrdən biri də şifahi ənənəli professional musiqidir. Şərq xalqlarının şifahi ənənəli professional musiqi sənəti kontekstində Azərbaycan və Anadolu musiqisinin araşdırılması, onlar arasındakı qarşılıqlı əlaqələrin müqayisəli tədqiqi musiqi elmində böyük diqqət tələb edən problemlərdəndir. Şifahi ənənəli musiqinin əsasını təşkil edən ciddi qayda-qanunlar, janrların oxşar cəhətləri, musiqi dilinin lad-intonasiya, melodik, ritmik və digər xüsusiyyətlərinin uyğunluğu Azərbaycan və Anadolu türklərinin ümumi köklərini, eləcə də onların vahid türk dünyasında mövcudluğunu bir daha vurğulamağa imkan verir.  Read More →

kivdf_loqo

Zaur Əliyev: «Vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir» Azərbaycanın gənclərlə işləyən bir çox QHT-ləri gənclərə bu cür təkan vermək, onlardan əsl vətəndaş yetişdirmək, onları dünyanı yaxşılığa doğru dəyişməyi bacaracaqlarına inandırmaq əzmindədir Bu gün dövlət quruculuğu prosesində vətəndaş cəmiyyətinin və onun tərkib hissəsi olan QHT-lərin rolu danılmazdır. Bunnula yanaşı bu prosesdə QHT kimi fəaliyyət göstərən diaspora təşkilatlarının da mühüm rolu var. Məsələyə bu kontekstdə yanaşdıqda dövlətin QHT və diaspor əməkdaşlığının zəruri olduğu təsdiq olunur. Hər bir dövlətin, xüsusilə də inkişaf etməkdə olan dövlətin xüsusən xarici siyasətdə uğur qazanmasında diasporun rolu əvəzsizdir. QHT-diaspor, QHT-dövlət əməkdaşlığı ilə bağlı suallarımızı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı, Diaspor və Lobbi Elmi Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev cavablandırdı. QHT-lərin vətəndaş cəmiyyətində rolu nədən ibarətdir? - İlk öncə onu qeyd edim ki, müstəqillik dönəmində əldə etdiyimiz vətəndaş cəmiyyətinin yeni təsisatlarının əsasını QHT-lər təşkil edir. O dövrdən başlayaraq dövlətimiz inkişaf etdikcə QHT-lər də inkişaf etməyə başladı. Dövlətimiz ağır və çətin sınaqlardan keçdi. Hesab edirəm ki, dövlətin inkişafında, dövlətçiliyin qurulmasında QHT-lərin öz imkanları çərçivəsində mühüm rolu olub. Bəlli olduğu kimi, vətəndaş cəmiyyətinə dövlətlə paralel, həm də dövlətdən ayrılan bir institut kimi baxılır. Bu institut daxilində vətəndaşlar öz maraqlarına və ehtiyaclarına cavab verən birlik və ittifaq yaradırlar. Dövlət idarə funksiyalarını yerinə yetirərək vətəndaş dəyərləri və institutları ilə eyni zamanda əlaqədar olmaya bilməz. Çünki vətəndaş cəmiyyəti və dövlət bir-birilə bir çox struktur əlaqələrilə bağlıdırlar. QHT-lər də vətəndaş cəmiyyəti inkişaf edən ölkələrdə xüsusi əhəmiyyət qazanıblar. Qarşılıqlı tələbat, başqa bazar islahatları, cəmiyyətin yenidən qurulması, bu ölkələrdə onun inkişafı üçün şərait yaratmışdı. Dövlət mexanizminin zəif olması da bu işdə az rol oynamayıb. Vətəndaş cəmiyyəti, məlum olduğu kimi, plüralist demokratiyanın birinci dayağıdır. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir. QHT-lərin məşğul olduğu sahə onların fəaliyyətinin əsasını təşkil edən ictimai, siyasi, sosial, mədəni, həyatın müxtəlif sahələri, eyni zamanda, dövlət siyasətinin prioritetlərini təşkil edir. Müasir qloballaşan dünyamızda vətəndaş cəmiyyət təşkilatları kimi qəbul olunan Qeyri- Hökumət Təşkilatları ölkə rəbərliyindəki məsuliyyətlərin xalqla paylaşma vasitəsidir. Üçüncü sektor adın daşıyan bu təşkilatlar hökumət və biznes sferasına aid olmamaqla cəmiyyətdə fərqli və müstəqil rola malikdirlər. - Sizin fəaliyyətiniz nədən ibarətdir? - Müasir beynəlxalq münasibətlərdə isə söz sahibi olmaq üçün diaspora quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyini təmin etmək lazımdır. Bunun üçün isə mütləq «dövlət-QHT-lər, dövlət- diaspora təşkilatları və dövlət beynəlxalq təşkilatlar» üçbucağı çərçivəsində çalışmaq gərəkdir. «Diaspor və Lobbi» Elmi Araşdırma Mərkəzi (Think-Tank) olaraq Azərbaycan diasporu, lobbiçilik, geosiyasət, milli məsələ, beynəlxalq münasibətlər, siyasi elmlər, fəlsəfə, tarix, xarici siyasət, strateji araşdırmalar, terrorizm, insan hüquqları, miqrasiya, insan alveri, siyasi institutların formalaşması, hüquq və digər mövzularla bağlı tədqiqatlar aparırıq. Strateji planlar, proqramlar, konsepsiyalar hazırlayırıq. Məqsədimiz Azərbaycanda ilk bu istiqamətli «beyin mərkəzi» olaraq prioritet sahələrdə araşdırmalar apararaq yeni dünya nizamında dövlətimizin güclü olmasına çalışmaqdır. Biz bu gün Think-Tank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu «beyin mərkəzi» olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. - Bunun dövlət quruculuğu üçün hansı əhəmiyyıti var? - Azərbaycanın üzləşdiyi böyük problemlərin beynəlxalq səviyyədə həll olunması və dünyanın bir çox dövlətləri, xüsusi ilə Qərb ölkələri ilə sıx əməkdaşlıq və perspektivdə müttəfiqlik münasibətlərinin qurulması yolunda kifayət qədər nəhəng bir qüvvə olan diasporumuzdan yüksək səviyyədə istifadə edilərək onun Azərbaycan dövləti faktoruna doğru yönəldilməsi vacibdir. Azərbaycan diasporu müxtəlif ölkələrdə məskunlaşıb. Diasporun məskunlaşdığı ölkələr əsasən Azərbaycandan fərqli olaraq demokratik idarəçilik sisteminə malik, insan haqlarına sayğı ilə yanaşan, hüquqi dövlətlərdir. Uzun illər mühacirət həyatı yaşaması soydaşlarımızın mənsub olduğu ölkələrin həyat tərzini, qanunçuluğu mənimsəməsinə, ab-havasına uyğunlaşmasına şərait yaradıb. Ona görə də bu dövlətlərdə yaşayan, bir çoxları onun vətəndaşı olan Azərbaycan diasporunu təmsil edən insanları milli problemlərimizin həlli məsələlərinə cəlb edərkən fərqli yanaşma tərzi, plüralizm, demokratik prinsiplər nəzərə alınmalıdır. Bu prinsiplərin müəyyən edilərək icra olunmasında isə vətəndaş cəmiyyətinin siması olan Qeyri-Hökumət Təşkilatları ola bilər. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının Maddə 30-da (Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyinin prioritet sahələri) azərbaycançılıq ideyasının təşviq olunması və Azərbaycanın dünya birliyinə inteqrasiya olunması əsas fəaliyyət kimi göstərilir. Diasporda olan gənclərlə isə işə, hətta bu iş ayrı-ayrı tədbirlərdən başlandıqda belə, öz məntiqinə görə gec-tez inkişaf edərək konstruktiv vətəndaş fəallığına çevriləcək, səmimi volonterlik və könüllülük nümunələri göstərəcək. Yalnız bu əsasda həmin iş uğurlu ola bilər. Azərbaycanın gənclərlə işləyən bir çox QHT-ləri də məhz özünün güclü təşkilati resurslarından istifadə etməklə gənclərə bu cür təkan vermək, onlardan əsl vətəndaş yetişdirmək, müsbət həyat mövqeyi, real işlər görmək üçün əsl vətəndaş istəyi formalaşdırmaq, onları dünyanı yaxşılığa doğru dəyişməyi bacaracaqlarına inandırmaq əzmindədir. - İndiyədək bu istiqamətdə hansı addımlar atılıb? - Biz 2001-ci ildə ideya olaraq yaranmağımıza, rəsmi qeydiyyat üçün bu yaxınlarda müraciət etməyimizə baxmayaraq Ədliyyə Nazirliyi hələ tam olaraq bizə müsbət cavab verməyib. Bu günə qədər mərkəzimiz «Beynəlxalq münasibətlərdə diasporların rolu».Bakı: Nurlan, 2001, 150 s., «Dünya diasporları» Bakı: Qismət, 2005,349 s., «Diaspor: izahlı sözlük və məlumat kitabı» 2007, «Yurd», 376 s., və Türkdilli Xalqların Diasporları. Bakı, «Adiloğlu», 296 s. «Dünya Azərbayacanlıları Konqresi-dünən, bu gün, sabah», Bakı, 250 s., «Azərbaycan diasporu dünya sistemində», Bakı, 130 s. kitablarını hazərlayıb və çap edib. Azərbaycan, İsveç, İraq, Rusiya, Danimarka, Fransa, Türkiyə və ABŞ qəzet və jurnallarında 90-dan çox elmi məqalə dərc edib. Gənc magistrlər və doktorantlar üçün elmi işlərin hazırlanmasında dəstək olmuşuq. Hazırda http://www.zaur-aliyev.lom/ saytı fəaliyyət göstərir ki, bura hər kəs daxil olub çoxlu məlumatlar əldə edə bilər. Mərkəzimiz beynəlxalq diaspor şəbəkəsinə üzvdür və burada dünyanın aparıcı diaspor nəzəriyyəçiləri və strateqləri ilə əlaqəmiz var. Son olaraq biz aşağıdakı təkliflər paketi hazırlamışıq ki, vətəndaş cəmiyyəti, diaspor və QHT-lərin əməkdaşlığı daha da güclü inkişaf etsin. Beynəlxalq təcrübəyə əsaslanaraq biz bunları tərtib etmişik. Bu təkliflərin icrası Diaspor-QHT münasibətlərini tənzimləyə və birgə əməkdaşlığa təkan verə bilər. Diaspor-Milli Fondu yaradılmalıdır. Hesab edirik ki, bu Fond iki tərəfə maddi və mənəvi dəstək ola bilər. QHT-lərin xaricdəki təşkilatlarla əməkdaşlıq memarandumun imzalanması ikitərəfli iş istiqamətlərini müyyən edə bilər. Müvafiq qanunda düzəlişlər hazırlayaraq diasporla əməkdaşlıq müddaları əlavə etmək olar. Diaspor və QHT əməkdaşlıq Xartiyası hazırlana bilər, bu imkan verər ki, birgə işləri planlı şəkildə tərtib etsin. Diaspor təşkilatları və QHT-lərin beynəlxalq konfransdarını keçirmək, burada birgə problem və onların həlli yollarını müzakirə etmək olar. Əli Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırladığı «Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu» layihəsi çərçivəsində təqdim olunur.  Read More →

xalide5

Əlirza Amanbəyli: «İranın həbs olunan vətəndaşlarımızın azad edilməsinin hüquqi prosedurunu girovların dəyişdirilməsi prosesinə çevirməsi onun Azərbaycana olan qeyri-səmimi münasibətindən irəli gəlir» Əliyar Səfərli: «Vədinə əməl etməməklə İran görünür Azərbaycana qarşı hansısa bir təxribat hazırlayır» Azərbaycan vətəndaşları Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynovun həbs olunmalarının əsl səbəbləri bəlli olub. Belə ki, Tehran rejimi saxladığı vətəndaşlarımıza qarşı Bakıda həbs olunan İran vətəndaşı Mikayıl Kazıminin azad olunmasını tələb edir. Buradan belə başa düşülür ki, İranın molla rejimi həmin vətəndaşlarımızı məhz «alver predmeti» olaraq həbsxanada saxlayıb. İranın Xarici işlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçının açıqlaması da Tehranın soydaşlarımızı məhz «alver predmeti» olaraq tutduğunu deməyə əsas verir. O bildirib ki, bizim azərbaycanlıları sərbəst buraxmağımıza baxmayaraq, qarşı tərəf hələ lazımi addımı atmayıb: «Mikayıl Kazımi Ərdəbil vilayətinin işçisidir və rəsmi nümayəndə heyətinin tərkibində Azərbaycana səfər edib. Lakin naməlum səbəblərdən Bakıda həbs olunub. Onun nədə ittiham olunduğu məlum deyil». XİN sözçüsü vurğulayıb ki, Kazımi azadlığa buraxılana qədər onun işi diqqətdə saxlanılacaq. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Tehrana səfərindən sonra İran hökuməti hər iki vətəndaşımızı azadlığa buraxacağını bildirmişdi. Lakin hələlik onlar ölkəmizin Təbrizdəki Baş Konsulluğuna təhvil verilməyib. Bu barədə APA-ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan bildiriblər. Diplomatik missiyadan qeyd olunub ki, Baş Konsulluq vətəndaşlarımızın azadlığa buraxılması ilə bağlı verilən qərara görə, İran tərəfinə öz razılığını ifadə edib və vətəndaşlarımızın qısa müddət ərzində Azərbaycana təhvil verilməsini gözləyir. Tehranın həbs etdiyi vətəndaşlarımızla bağlı bu müəmması onun verdiyi vədə əməl etmədiyinin bariz nümunəsidir. Xatırlayırsınızsa, bir müddət əvvəl molla rejimi iki gənc şair vətəndaşımızı əsassız yerə həbs edərkən də anoloji mövqe sərgiləmişdi. Belə vəziyyət Tehranın sivil qaydalarla hərəkət etmədiyini göstərir. Onun sivil qaydalarla hərəkət etmədiyinin nəticəsidir ki, fars rejimi hüquqi prosedurları girovların dəyişdirilməsi prosesinə çevirib. Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəylinin fikrincə, Tehran rejimi Xalidə Xalid və onun sürücüsünün azad olunması ilə bağlı vədinə məsələni «alver predmetinə» çevirdiyinə görə hələ də əməl etmir: «İran rejimi Xalidə Xalid və onun sürücüsünü deyərdim ki, girov götürüb. İranın bu müəmması onları Azərbaycanda həbs olunan İran cəsusları ilə əvəz etmək məqsədi daşıyır. Yəni Azərbaycandan qarşılıqlı nəsə gözləyir ki, onları da buraxsın. İranda seçki ərəfəsi vəziyyət gərgin olduğundan başları kimin seçiləcəyinə qarışıb. Ona görə də molla rejimini azərbaycanlı qadının həbsdə qalması maraqlandırmır. İran bu addımı ilə özünün guya güclü dövlət olduğunu, Azərbaycanın isə həmin şəxslərin azad edilməsi üçün minnətə düşməsini göstərmək istəyir. Hələ də Xalidə Xalidin harada olduğu bəlli deyil. İran dövlətinin bu əməli beynəlxalq qurumlur tərəfindən qınanılmalıdır. Çünki başqa ölkənin vətəndaşını həbs edərək İran onun barəsində hər hansı bir məlumat vermir. Əvəzində yalandan şayiə buraxırlar ki, azad ediliblər. İranın həbs olunan vətəndaşlarımızın azad edilməsinin hüquqi prosedurunu girovların dəyişdirilməsi prosesinə çevirməsi bu dövlətin Azərbaycana olan qeyri-səmimi münasibətindən irəli gəlir. İran hələ də ölkəmizə münasibətdə ehtiyatla davranır. Azərbaycana öz ərazisi kimi baxır. İranda hüquqi prosedurlar həmişə arxa planda yer alır. Rəsmi qurumların biri həbs olunan vətəndaşlarımızın buraxılmasını istəyir, digəri isə buraxmayacaqlarını bəyan edir. Molla rejimi vətəndaşlarımızı girov götürməklə təzyiq vasitəsi olaraq Azərbaycan Respublikasında İrana işləyərək həbs olunan insanların buraxılmasına nail olmaq istəyir. Bütün bunlar Azərbaycan vətəndaşlarının İrana səfərlərinin təhlükəli olduğundan xəbər verir. Təhlükənin mənbəyi də İran dövlətidir. İranın xüsusi xidmət orqanları çalışır ki, ölkəsinə gələn soydaşlarımızından mümkün qədər öz mənafeyi naminə istifadə etsin. Yerli vətəndaşların iqtisadi çətinlik və dini etiqadından sui-istifadə edərək ölkəmiz əleyhinə onlardan istifadə etməyə çalışır. Bu mənada düşünürəm ki, İran rejimi ora gedən hər bir Azərbaycan vətəndaşına şər-böhtan atıb onları həbs edə bilər. Ona görə də həmin ölkəyə mümkün qədər səfər etməmək lazımdır. Gedənlər isə ehtiyatlı davranmalı, rejimə bəhanə verməməlidir. Çünki İranın son nəfəsi yaxınlaşdığından o daha təhlükəli hala çatıb». Azərbaycanın Tehrandakı sabiq səfiri Əliyar Səfərli isə qeyd etdi ki, İranın verdiyi vədlərə əməl etməməsi onun tutduğu qeyri-səmimi mövqeyilə bağlıdır: «İranın əməlləri sivil prinsiplərlə tərs-mütənasibdir. Onun soydaşlarımıza qarşı yeritdiyi münasibət çirkinlikdən xəbər verir. Molla rejimi Azərbaycanı ələ keçirmək üçün müxtəlif siyasət yürüdür. Çalışır ki, Azərbaycan ondan asılı vəziyyətə düşsün. Bu çirkin düşüncəsinə nail olmaq üçün ölkəmizə qarşı müxtəlif təxribatlara yol verirlər. Belə çirkin əməllərindən biri də elmi araşdırmalar üçün İrana səfər edən ziyalılarımıza qarşı edilən hərəkətlərdir. İran Xalidə Xalidlə bağlı şeyxülislama verdiyi vədinə hələ də əməl etməyib. Bu isə onu göstərir ki, molla rejimi verdiyi vədlərə də xilaf çıxır. Vədinə əməl etməməklə İran görünür Azərbaycana qarşı hansısa bir təxribat hazırlayır. Bu təxribatın əsasında da Azərbaycanda həbs olunan İran cəsuslarının həbs olunması dayana bilər». Rüfət Sultan  Read More →

esas

Bu gün şəxsiyyətinə, istedadına hər zaman sayğı duyduğum, şerləri ən gözəl duyğuların əsarərgiz çələnginə bənzəyən Telli Pənahqızının doğum günüdür. Sosial şəbəkələri, internet səhifələrini ələk-vələk elədim Telli xanımın şeirlərini tapmaq üçün… Tapa bildiklərimi Sizinlə paylaşıram. Elçin Mirzəbəyli Telli Pənahqızının şeirləri: Yapış əlimdən Yapış əlimdən gedək… Bir sən ol, bir mən, Allah! Hara getdiyimizi, Kimsəyə deməm, Allah! Yerdə yaşadım yetər, Zülm var bundan betər, Bu çilə nə vaxt bitər, Dərd nə ki… enməm, Allah! Qoy üz tutum göylərə, Bəlkə göy sevgi verə, Bezdim, düzdə… düzlərə Üfürsə…sönməm Allah! Olmuşam Torpaq kimi, Yelpiyim yarpaq kimi, Möhkəm tut əllərimi, Sən tutsan…ölməm, Allah! Təkcə mən yorulmadım Ay yoruldu baxmaqdan, Çay yoruldu axmaqdan, Günəş bezdi çıxmadqan, Təkcə mən yorulmadım… Çiçək donun dəyişdi, Külək yönün dəyişdi, Ürək mənlə döyüşdü, Təkcə mən yorulmadım… Səni sevdim, gözlədim, Adını əzizlədim, Səndən niyə gizlədim, Təkcə mən yorulmadım… Məni sevərsənmi?! Qürurun şax taxtından enib gəlsən, Taleyimin sərt yolundan dönüb gəlsən Duman kimi dağa-daşa sinib gəlsən, Məni sevərsənmi söylə yenidən?! Ötən günlərimi anıb qayıtsam Şam tək öz oduma yanıb qayıtsam Təzə sevdaları danıb qayıtsam Məni sevərsənmi söylə yenidən?! Təzədən güzarım bu yerdən düşsə İntizar baxışlar qəfil görüşsə, Gözlərimiz bizdən xəlvət öpüşsə Məni sevərsənmi söylə yenidən?! İnadımın üst aynası qəfl sınsa Sənsiz bumbuz xatirələr odda yansa Bu son görüş taleyimdə son gümansa Məni sevərsənmi söylə yenidən ?! BU YOL HARA APARIR Öz içimdə yol gedirəm, Bilmirəm hara aparır, Ayaqlarım öz içimdə, Kölgəmi dara aparır. Ruhum durub bir qıraqda, Cismim qalıb ortalıqda, Mafəm özümdən qabaqda Üstündə qara aparır. Bilən yox son düşərgəmi, Göz yaşınla gəl yu, məni, Mənim kimi divanənə Məhəbbət tora aparır. Olmaq da, ölmək oyun, İnsan zülmə əyir boyun, Çalınanda bir gün toyun, Yol səni yara aparır. Əcəl gözlə qaş arası, Dodaqda Tanrı duası, Getmə, gözümün qarası, Xəyanət gora aparır. Sinə gərdim qınağına Dözürəm hər sınağına, Düşmüşəm yolun ağına Yol məni hara aparır? Torpağın ağısı Mən odu söndürüb küllə oynadım, Çiçək yağışında… güllə oynadım, Sinəmə sıxıldı güllə…oynadım, Özüm öz bəxtimin qatili oldum. Ümidlə boylandım hər gələn yaza, Car çəkdim dərdimi mən yaza-yaza, Əlim yetişmədi xışa, dəryaza Dirrik yerlərinin şitili oldum. Sarı zəmilərdə qızıl sünbüldüm, Başaq kimi xırman üstə ütüldüm, Ipəkdim, xaraydım, kətandım, tüldüm, Axırda bir yorğan mitili oldum, Başım göydən uca, ayağım odda, Məni yandırmadı atəş də, od da. Bu vətən tanındı gör neçə adda, Mən onun bir küncü, bir tili oldum. Kürəkçayda kürəyimdən vuruldum, Gülüstanda sac üstündə qovruldum, Türkmənçayda qanım ilə yoğruldum, Bu biçarə yurdun tifili oldum. Atın məni Sərdarabad qalasına, Bəlkə onda Şuşa adlı qala sına, Qılıncımız Qarabağı, İrəvanı ala,sına… Mən də bu inamın kəfili oldum. SÖYLƏMƏ Səba yeli, öp yarımın gözündən, Məni dərdli gördüyünü söyləmə, Qərib durnam, xeyir xəbərlər apar, Qəmdən köynək hördüyümü, söyləmə. Göz yaşımı çilə həsrət gözünə, Ta gəlməsin, dönük çıxsın sözünə, Həsrətimdən libas biçsin özünə, Açılmayan kor düyünü söyləmə. Mən dünyamı, o da məni unutsa, Bu sözlərin şirin xəyal, umudsa Çiçəklərin göz yaşını qurutsa Bax, Məcnuna döndüyümü söyləmə. Ay işığı, yollarına nur ələ, Ey günəşim, sən qəlbinə qor çilə. Qonşu qızı, sən də onu tut dilə Amma mənim öldüyümü söyləmə. ALLAH BİLİR Araznan, Kürnən gəlmişəm, Sevincnən, hürrnən gəlmişəm, Dünyaya sirrnən gəlmişəm Niyəsini Allah bilir! Səsimdə ay işığı varmış ,Gözümü yay yağışı sarmuş, Atalar da üç kəs varmış, Yörəsini Allah bilir! Səbir də Tanrının adıdır, Arzu xəyal qanadıdır, Kim doğması, kim yadıdır, Törəsini Allah bilir! Yolumuz yolunun yoludur, Gözləri nurla doludur, Özü yer kimi uludur, Binəsini Allah bilir… Üzümüz Haqqa gedirik, Haqq deyib, haqqa gedirik. Bıçaqla haqqı didirik Tiyəsini Allah bilir. Bu qanda qan qoxusu var, Bu canda an qorxusu var, Canda Tanrı qorxusu var Yiyəsini Allah bilir. Bu can mənim canım deyil, Bu can sənin hanın deyil, Əbədi mehmanın deyil, Niyəsini Allah bilir! GƏLMİŞƏM Ilahi, bir nimdaş ömürüm qalıb, Onu da əynimə geyib gəlmişəm, Dünyanı adamlar gözümdən salıb Odur ki, mən səni deyib gəlmişəm. Sönmüş ocaqların köz havası var, Alçaq nəfslərin göz havası var, Qurdun da, quşun da öz yuvası var, Gör neçə yuvayaya dəyib gəlmişəm. Gecədən qan damar, o qan qap-qara. Hər kəs yatağında çəkilər dara, Göydən ay boylanır, o da ki, para Parasın yuxuda qoyub gəlmişəm. Günlər həftələrə olubdur darğa, İl gəlir ömürdən il aparmağa, Qocalıq gəncliyə qoyur qadağa, Başıma, gözümə döyüb gəlmişəm. Qurumuş ağacdan kimsə bar ummaz, Vicdanı kəmlərdən namus-ar ummaz, Aqillər dünyadan etibar ummaz, Sonunda dünyanı söyüb gəlmişəm. #gallery-1 { margin: auto; } #gallery-1 .gallery-item { float: left; margin-top: 10px; text-align: center; width: 33%; } #gallery-1 img { border: 2px solid #cfcfcf; } #gallery-1 .gallery-caption { margin-left: 0; }  Read More →

qarabag3

Teyyub Qəni: «İşğal edilmiş ərazilər haqqında qanunun qəbulu heç də Azərbaycanın beynəlxalq imicinə zərbə vurmayacaq» Akif Nağı: «Əsl imic işğal olunan torpaqların azad edilməsindən keçir» Ölkənin bəzi saytlarının verdiyi məlumata görə, parlamentdə ermənilərlə rəsmi və diplomatik təmaslar istisna olmaqla, hər hansı münasibətin qurulmasına və ünsiyyətin saxlanılmasına cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarıla bilər. Belə bir məsələnin gündəmə gəlməsi isə ermənilərlə ünsiyyətdə maraqlı olan bəzi qeyri-hökumət təmsilçilərini əməlli başlı təşvişə salıb. Məsələn, hüquqşünas Ələsgər Məmmədli bu qənaətdədir ki, Ermənistan QHT-ləri ilə ünsiyyətə görə cinayət məsuliyyətinin nəzərdə tutulması doğru addım deyil. Onun absurd iddiasına görə belə addımlar Azərbaycanın beynəlxalq imicini korlamaqla yanaşı, ölkəmizin təcrid edilməsinə də yol aça bilər: «Bu, bir sıra ortaq regional layihələrin reallaşdırılmasında problem yaradar. Əksinə, erməni QHT-lərlə ünsiyyət qurmaqla onların mövqelərini daha obyektiv istiqamətlərə çevirməyə çalışmaq daha sərfəlidir». Bu hal onu göstərir ki, erməni QHT-ləri ilə əlaqə qurmaqla qanorar alan Azərbaycanın bəzi ictimai təşkilatlarının nümayəndələri parlamentdə işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasından narahat olmağa başlayıblar. Qeyd edək ki, bu yaxınlarda «Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında» qanun layihəsi VAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev tərəfindən Milli Məclisə təqdim olunub. Layihə 11 maddədən ibarətdir. Sənəddə bildirilir ki, Azərbaycan suveren, vahid, bölünməz dövlətdir və onun ərazisində 1907-ci il Haaqa qaydalarına, 1947-ci il 4-cü Cenevrə konvensiyasına, eləcə də müvafiq beynəlxalq hüquq normalarına əsasən, Azərbaycanın könüllü və dəqiq ifadə edilmiş razılığı olmadan ölkə ərazisində hər hansı bir dövlətin silahlı qüvvələrinin mövcudluğu suveren dövlətin ərazisinin qanunsuz hərbi işğalı kimi qiymətləndirilir. BAXCP sədri Qüdrət Həsənquliyev bildirib ki, gələcəkdə Dağlıq Qarabağda iş qurmuş şirkətlərin konkret seçim etmələri üçün bir çox məhdudiyyətlər, sanksiyalar nəzərdə tutulur. Layihə müəllifi bildirir ki, qanun layihəsində işğal olunmuş ərazilərdə hüquqi rejim, hərəkətin məhdudlaşdırılması, işğal edilmiş ərazilərdəki daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları, işğalçı dövlətlə münasibətlərin tənzimlənməsi, işğal edilmiş ərazilərdə insan hüquqlarının və mədəni irsin qorunması və sair məsələlər konkret hüquqi formada təsbit olunub. Amma təəssüf ki, bir çoxları erməni QHT-ləri ilə münasibətin qurulmasına qoyulan qadağanı ölkənin beynəlxalq imicinə zərbə kimi dəyərləndirirlər. Maraqlıdır, Azərbaycanın imici əsasdır, yoxsa ərazi bütövlüyü? BAXCP-nin elm və təhsil məsələləri üzrə katibi Teyyub Qəni bildirdi ki, hər bir dövlətdə olduğu kimi, Azərbaycanda da ərazi bütövlüyü ən vacib əsasdır: «Erməni QHT-ləri ilə münasibət qurulmasının cinayət məsuliyyəti olmasına müsbət yanaşmayanların 99 faizi xaricdən qrant alıb ermənilərlə xalq diplomatiyası qurmağa çalışanlardır. Bu insanlar şəxsi mənafelərini milli, dövləti mənafelərdən üstün tuturlar. Belə bir qanunun olmasından onları əndişələndirən heç də Azərbaycanın imici məsələsi deyil. Onlar sadəcə olaraq ondan əndişələnirlər ki, «Azərbaycan ərazilərinin işğal olunmuş torpaqları haqqında» qanun qəbul olunarsa, rəsmi nümayəndələrdən başqa hər hansı digər vətəndaşların ermənilərlə ünsiyyət və əlaqə qurması qadağan ediləcək. Belə olan halda onların xaricdən aldığı qrantlar da əldən çıxacaq. Onları məhz bu amil əndişələndirir. Sözügedən qanunun qəbulu heç də Azərbaycanın beynəlxalq imicinə zərbə vurmayacaq. Bu qətiyyən belə deyil. Dünyada erməniləri himayəsinə alan Qərb dövlətləri və Rusiya belə məsələlərlə Azərbaycanı qorxutmağa çalışırlar. Dünya təcrübəsinə baxsaq görərik ki, ərazisi işğal olunan heç bir ölkə düşmənlə vuruşmaq əvəzinə danışıqlar aparmayıb. Vaxtilə Stalin deyirdi ki, düşmənlə danışıqlar aparmaq yox, onunla vuruşmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsinin də sülh yolu ilə həlli yolu yoxdur. Ermənistan təzyiq olmadığı təqdirdə heç bir vəclə sülhə gəlmir. Sözsüz ki, müharibə başlayanda dağıntı və itkilər olacaq. Amma ən vacibi torpaqların işğaldan azad olunmasıdır. Bu mənada erməni QHT-lərlə əlaqə qurmağa qoyulası gözlənilən qadağadan narahat olanların bu əndişəsi süni əndişədir. Bu addımın guya Azərbaycanın imicinə zərbə vuracağını deyənlər bununla sözügedən məsələni müzakirə edəcək Milli Məclisə təzyiq etməyi nəzərdə tutublar». Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da dövlətin ərazi bütövlüyünün ən başlıca qaye olduğunu diqqətə çatdırdı: «Bildiyimiz kimi, millət vəkili Qüdrət Həsənquliyevin işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi vardı. Belə bir qanun layihəsi çoxdan qəbul edilməlidir. Həhayət ki, həmin məsələ gec də olsa ortalığa gəlib. Hesab edirəm ki, Azərbaycan bütün hallarda öz maraqlarını fikirləşməlidir. Bu maraqlar isə ölkənin ərazi bütövlüyünün təminatından keçir. Heç bir tərəddüd etmədən, imic məsələsini kənara qoymaqla belə bir qanun qəbul edilməlidir. Əsl imic işğal olunan torpaqların azad edilməsindən keçir. İndilikdə isə torpaqlarımız işğal altında qaldığından imicimiz də qara rəngdədir». Rüfət Sultan  Read More →

merkezi bank

Onlar ən yaxşı halda qeyri-bank kredit təşkilatına çevrilə bilər Tərlan Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə bank təşkilatlarının qeyri-bank kredit təşkilatına çevrilməsi prosesinin qanunvericilik bazasının hazırlanması istiqamətində iş aparır. APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bəyan edib. AMB başçısı bildirib ki, burada aktivlərin həcmi, əmanətçilərin hüquqları və s. aktual aspektlərin əks olunacağı gözlənilir. E.Rüstəmovun sözlərinə görə, 2014-cü il yanvarın 1-dək məcmu kapitalını tələb olunan 50 mln. manata çatdıra bilməyən banklar ya qeyri-bank təşkilatına çevrilməlidir, ya konsolidasiya olunmalıdır, ya ümumiyyətlə bazardan getməlidir. Qeyd edək ki, 2012-ci ilin avqustunda Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimumuna tətbiq olunan tələb 50 mln. manatadək artırılıb. Məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Hazırda bu tələb 10 mln. manatdır. Ölkənin 42 bankından 8-i ziyanla işləyir, onların arasında real bağlanmaq təhlükəsi ilə üzləşənlər də var. Şübhəsiz ki, bir sıra banklar gələn ilin əvvəlinədək öz kapitallarını birdən-birə 5 dəfə, yəni indiki 10 milyon manat tələbindən 50 milyon manatadək artıra bilməyəcəklər. Həticədə onlar ya bağlanacaqlar, ya da qeyri-bank kredit təşkilatına çevriləcəklər. Bankların zərərində də artım müşahidə edilir. Azərbaycan banklarının vəziyyəti getdikcə kritik duruma düşür. Hökumət böhranın ölkə iqtisadiyyatına təsirsiz ötüşdüyünü desə də, bank sektorunda əsl böhrandır. Bankların mənfəəti azalır, zərəri isə artır. Bir qədər əvvəl «Texnikabank»da və «Royalbank»da baş verənlər də buna misaldır. Ölkənin bir sıra özəl bankları müflisləşmə ərəfəsindədir və hər han bağlana bilər. Mərkəzi Bank nə qədər optimist bəyanatlarla çıxış etsə də, müflüsləşən banklara birləşməyi məsləhət görsə də, bu, baş tutmadı. Amma deyəsən, Mərkəzi Bankda hələ də bəzi özəl bankların birləşəcəyinə ümid edirlər. Azərbaycanda xüsusən də bank kreditlərinin baha olması, qaytarılmayan kreditlərin həcminin kəskin artması (700 milyon manatdan artıq) da narahatlıq doğurur. Bir qədər əvvəl Mərkəzi Bank uçot dərəcəsini yüksəltməklə kreditləri yenidən bahalaşdırdı. Bu yolla kredit alış-verişini azaltmaq istəyirlər ki, borclanmanın həcmi aşağı düşsün. Ancaq bizdə artıq insanlar banklardan borc götürməyə alışıblar. Hər halda Mərkəzi Bank (AMB) ölkədə kredit faizlərinin aşağı salınması istiqamətində tədqiqat işləri apardığını deyir. Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, tədqiqat işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur: «Bunun başlıca səbəbləri bizə aydındır. Lakin biz bir daha geniş proqramla bank mütəxəssisləri ilə birlikdə tədqiqat işləri aparırıq». Tədqiqat işlərində hər hansı yeni məsələlərin yer alacağı ilə bağlı sualın cavabında isə E.Rüstəmov bunu qabaqcadan açıqlamaq istəmədiyini vurğulayıb: «Burada bizim üçün gözlənilməz bir şey yoxdur. Amma daha sistemli, əhatəli, kompleksli tədqiqat işləri ortaya qoyulacaq». E.Rüstəmov qeyd edib ki, kredit faizlərinin aşağı salınması bütövlükdə dövlətin işi deyil. Belə ki, faiz dərəcələri əsasən bazarda cari vəziyyətlə bağlıdır. Dövlətin banklara kreditlərin verilməsi üçün qoyduğu faiz dərəcələri kifayət qədər aşağıdır. «Lakin nəyə görə, dövlətin faiz dərəcələrinin aşağı səviyyədə olmasına baxmayaraq, kredit dərəcələri bu qədər yüksəkdir. Təbii ki, bunun da obyektiv və bazarla bağlı səbəbləri var. Söhbət inzibati yollarla təsirlərdən deyil, bu amilləri bilərək yüksək faiz dərəcələrinin hansı iqtisadi amillərlə formalaşmasından, bunların idarə olunmasından gedir. Burada həmçinin bankların riskləri, yüksək xərcləri amilləri dayanır. Tədqiqat bütün bu aspektləri əhatə edir və bu işlər başa çatdıqdan sonra əlimizdə tam bir mənzərə olacaq ki, dövlət, Mərkəzi Bank və bank sektoru hansı amilləri idarə etməlidir ki, Azərbaycanda aşağı faizli kreditlər olsun, xüsusilə biznes sektoru üçün», — deyə AMB başçısı vurğulayıb. Qeyd edək ki, bahalı istehlak kreditləşməsinin həddən artıq yüksək həcmdə olması istehlak bazarında natarazlıq yaradır və bunun nəticəsində qiymətlərin artması kimi mənfi hallar baş verə bilir. Azərbaycanda istehlak kreditləşməsinin bankların məcmu kredit portfelində xüsusi çəkisi artıq 34%-ə çatıb və bu göstərici ilə digər sahələr arasında birinci yeri tutur. AMB-nin əsas məqsədi də məhz bu göstəricini azaltmaqdır. Unutmaq olmaz ki, sonuncu dünya maliyyə böhranı məhz istehlak kreditləşməsinin həddindən artıq genişlənməsi səbəbindən başlayıb və sonradan böhran iqtisadiyyatın digər sahələrinə də keçib. İstehlak kreditləşməsi sahəsində banklar tərəfindən aparılan işlər əhalinin borclanmasına gətirib çıxarır. Əslində bu məsələ çoxdan gündəmdədir və artıq Mərkəzi Bank özü də narahat olmağa başlayıb. Maliyyə ombudsmanının yaradılması ideyası var. Bank müştərilərinin hüquqlarının qorunması ilə bağlı tədbirlər planı da hazırlanıb. Bu sahədə aparılan araşdırmalar göstərir ki, ortaya çıxan problemlərin əsas səbəbi istehlakçıların maliyyə xidmətləri barədə məlumatsızlığıdır. Ona görə də tədbirlər planında maliyyə xidmətləri barədə məlumatlandırma aspekti mühüm yer tutur. Azərbaycanda maliyyə sektorunun inkişafı üçün görülən işlərdən ən mühümü istehlakçıların hüquqlarının müdafiəsidir. İstehlakçılar maliyyə xidmətləri, onların çeşidi, onlardan götürə biləcəkləri faydalar barədə məlumatlanmalıdırlar. Yalnız bu halda onlar bu xidmətlərdən istifadə edəcəklər və onlara tələbat artacaq.  Read More →

ilham-sarkisyan

Qarabağ münaqişəsinin həllində irəliləyişə nə vəd edir? Cavid Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son bir ayda canlanma hiss olunmaqdadır. Ermənistan xarici işlər naziri Edurad Halbandyanın Moskvaya səfəri, münaqişə tərəflərinin xarici işlər nazirlərinin Krakov görüşü, Azərbaycan rəsmilərinin Rusiyaya səfərləri, həmsədrlərin fəallaşması problemin həllinin yenidən gündəmə çıxarılması kimi qiymətləndirilə bilər. Xatırladaq ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanda səfərdədirlər. Vasitəçilərin bu gün Ermənistana getməsi planlaşdırılır. Həmsədrlərin bu dəfəki səfərlərinin Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 12-də gözlənilən görüşünə hazırlıq məqsədi daşıdığı bildirilir. Yeri gəlmişkən, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Avstriyanın Zaltsburq şəhərində keçirilməsi nəzərdə tutulur. ATƏT-ə sədrlik edən Ukrayna isə görüşün məhz onun ərazisində keçirilməsi istəmişdi. Bəs Zaltsburq danışıqlarından hansı nəticələri gözləmək mümkündür? Politoloq Elman Həsirli deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi sözün həqiqi mənasında dalana dirənib. Politoloqun sözlərinə görə, vasitəçilərin səyləri müsbət nəticə verməsə, alternativ variantlar önə çəkilə bilər: «Xarici işlər nazirləri səviyyəsində aparılan danışıqların ardınca prezidentlər səviyyəsində görüş üçün əsaslar müəyyənləşdirilir. Bu baxımdan hesab etmək olar ki, prezidentlər arasında belə bir görüş baş tuta bilər. Amma hər şey Ermənistanın tutduğu mövqedən asılıdır. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və prosesə yeni impluslar vermək istəyir. Bu yeni impluslara Ermənistanın reaksiyası necə olacaq? Danışıqlar prosesinə gedəcək, ya getməyəcək? Bu suallar hələlik cavabsız qalır. Hər halda, ATƏT-in Minsk qrupu prezidentlər səviyyəsində danışıqların baş tutmasında israrlıdır». Elman Nəsirli vurğulayıb ki, danışıqlar prosesi bir nəticə vermədiyi halda Azərbaycan prosesdən çəkilə bilər: «Danışıqların kəsilməsi isə öz növbəsində tənzimləmə proseslərinin daha mürəkkəb ssenari üzrə inkişafını özündə ehtiva edə bilər. Yəni danışıqlar prosesi kəsiləcəyi təqdirdə münaqişənin həlli hərbi müstəvidə aktuallaşa bilər. Bu məsələnin gündəliyə gəlməsini istəməyən ATƏT-in Minsk qrupu nəticə əldə olunmasa belə, hər vəchlə prezidentlər səviyyəsində görüşlərin keçirilməsində israrlıdır. Nalbandyan Moskva səfərində 3 prinsip və 6 tezisdən bəhs edib. Ermənistan həmin prinsiplər və tezislər əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib. İndiki halda isə danışıqlar prosesinin faktiki kəsildiyi bir məqamda onlar hesab edirlər ki, münbit şərait yaranıb. Əslində isə indiki danışıqlar əslində danışıqların bərpası edilməsi ilə bağlıdır. Bunun özü də anormal bir vəziyyətdir. Sözügedən prinsiplər də yeni prinsiplər deyil. Onlardan 3-nü həmsədrlər hər bəyanatlarında dilə gətirirlər. Bunlar güc tətbiq etməmək, xalqların öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü prinsipləridir. Buna paralel olaraq Ermənistan rəhbərliyi 6 prinsipdən danışır. Bu prinsipləri isə Azərbaycan rəhbərliyi heç bir halda qəbul edə bilməz, çünki onlar qəbuledilməz prinsiplərdir. Ermənistan başa düşür ki, bu prinsiplər qəbuledilməzdir, lakin onların gündəmə gətirməklə danışıqlar prosesini pozmağa çalışırlar». Politoloq Aydın Ağayev də Qarabağ bu fəallağı ciddi dəyərləndirmir: «Bu haqda çox danışırlar, yazırlar. İndiyə kimi bənzər situasiyalarla çox üzləşmişik. Bundan daha çox vədlərin olduğu situasiyalar olub, yəni hansısa görüş öncəsi fikirlər səslənib ki, kardinal dəyişikliklər olacaq, amma olmayıb, kardinal dəyişikliklərə yaxın görünən heç nə baş verməyib. Ona görə nəticə yoxdur ki, işğal faktı aradan qaldırılmayıb. Məhz bu faktın aradan qaldırılmasını düşünsünlər». Politoloq bildirib ki, real vəziyyət ortada heç nəyin olmadığını göstərir: «Münaqişənin danışıqlar yolu ilə həlli demək olar ki, Ermənistan hakimiyyətinin məsələlərə münasibətindən çox şey asılıdır. Ondan daha çox Rusiyanın mövqeyindən asılıdır. Ermənistan hakimiyyət məhz işğalçılıq müharibəsi ilə hakimiyyətə gəlib. Rusiyanın, ABŞ və Fransanın problemə münasibətini də, bizi qane etməyən məsələləri də bilirik». Politoloq Elxan Şahinoğlu deyib ki, yaxın tarixdən də bəllidir ki, danışıqları aktivləşdirmək həll prosesinin Azərbaycanın xeyrinə inkişafı mənasına gəlmir: «Ermənistan isə bu müddətdə danışıqları süni surətdə aktivləşdirməyə və beynəlxalq təzyiqin Azərbaycana yönəlməsini istəyir. Təsadüfi deyil ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan son iki ayda Moskva, Paris və Londonu ziyarət edərək, hər üç ölkənin siyasi dairələrində Qarabağ mövzusunu aktuallaşdırmağa çalışıb. Nalbandyanın Parisdə fransalı həmkarı Loran Fabiusla görüşdə Ermənistanın Qarabağ münaqişəsinin həlliylə bağlı 6 prinsipə razılaşdığını söyləməsi Azərbaycanda böyük əks-səda doğurdu. Əslində Nalbandyanın bu açıqlaması seçki öncəsi Azərbaycan hakimiyyətinə təzyiq məqsədi daşıyır. Ermənistanın xarici işlər naziri bununla beynəlxalq aləmdə belə bir təəssürat yaratmaq istəyir ki, guya İrəvan münaqişənin güzəştlər əsasında həllinə tərəfdardır, Bakı isə əks mövqedən çıxış edərək sülh sazişinin imzalanmasını ləngidir. Halbuki Nalbandyanın sadaladığı 6 prinsipdən 5-nə Azərbaycan da razıdır. Söhbət yalnız Dağlıq Qarabağda referendum keçirilməsini nəzərdə tutan prinsipdən gedir ki, rəsmi Bakı həmin bəndə etiraz edir. Çünki bu bənd danışıqları bəri başdan çıxılmaz vəziyyətə sürükləyir. Beləliklə, danışıqlarda ən azı bu ilin sonuna qədər ciddi irəliləyiş gözlənilmir. Elə isə həmsədlər bölgəyə səfərlərini niyə intenvisləşdirir və prezidentləri görüşdürmək istəyirlər? Məsələ bundadır ki, bölgədə atəşkəs kövrəkdir, tərəflərin hər an toqquşma ehtimalı var. Toqquşmada üçüncü qüvvələrin marağı da ola bilər. Bu isə həmsədr dövlətləri, ilk növbədə ABŞ-ı və Avropa Birliyini ciddi narahat edir. Suriyada vətəndaş müharibəsi davam etdiyindən və bu problemin həlli haqqında böyük dövlətlərin aydın təsəvvürü olmadığından, İranın nüvə çalışmaları bir başqa münaqişənin alovlanmasını gündəmdə saxladığından Azərbaycanla Ermənistan arasında savaşın başlaması ehtimalı vasitəçi dövlətləri preventiv addımlar atmağa məcbur edir. Preventiv siyasətin həyata keçirilməsi isə Minsk qrupu həmsədrlərinə tapşırılıb. Vasitəçi dövlətlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün nəticəsiz qalacağını bilsələr də, diplomatlarını Bakı və İrəvana göndərməklə bölgədə gərgin atmosferin nisbətən yumşalmasına çalışırlar. Hər halda nəzərdə tutulan Avstriya görüşü qarşıdurma və bölgədə savaş ehtimalını azaltmaq məqsədi güdür. Böyük dövlətlər Azərbaycan və Ermənistan prezidentlərini növbəti dəfə görüşdürməklə hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq istəyirlər». Politoloq vurğulayıb ki, buna baxmayaraq Ermənistan Azərbaycanın iqtisadi, maliyyə və hərbi imkanlarının artmasından ciddi narahatdır: «Ermənistanın siyasi və ekspert dairələrində belə bir düşüncə var ki, gələcəkdə Azərbaycanın artan potensialı işğal altındakı torpaqların boşaldılmasına yönələcək. Odur ki, İrəvan imkan daxilində Azərbaycana xaricdən və içəridən əlavə problemlər yaratmaq istəyir. Ermənistan Azərbaycanın xüsusilə Rusiya və İranla mövcud gərgin münasibətlərindən yararlanmağa çalışır, paralel olaraq Moskvadan hərbi, İrandan isə tranzit asılılığını artırır və beləcə bölgədə Ermənistan-Rusiya-İran ittifaqı güclənir, digər tərəfdən Azərbaycana daxildən müəyyən problemlər yaratmağa çalışır».  Read More →

ipoteka

Mərkəzi Bank ipoteka kreditləşməsi prosesinin sadələşdirilməsi ilə bağlı sənədin layihəsini bu ayının sonunadək hökumətə təqdim edəcək. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. E.Rüstəmovun sözlərinə görə, hazırda üzərində son dəqiqləşdirmə və razılaşdırma işləri aparılan bu sənəd may ayının sonunadək hökumətə təqdim ediləcək. Azərbaycanda kənd təsərrüfatı sahəsinin və fermerlərin maliyyələşdirilməsi sisteminin yaradılmasına böyük ehtiyac var. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib. E.Rüstəmovun sözlərinə görə, kənd təsərrüfatı sahəsi Azərbaycan iqtisadiyyatının ən mühüm sahələrindən biridir. Bu sahənin inkişafı üçün ölkədə böyük potensial var: «Müstəqillikdən əvvəlki dövrdə, xüsusilə 1970-ci illərdə Azərbaycan əhəmiyyətli həcmlərdə kənd təsərrüfatı məhsulları ixrac edirdi. Hazırda bu potensialı yenidən yaratmaq üçün kənd təsərrüfatının maliyyələşməsi, fermer maliyyələşməsi sisteminin yaradılmasına böyük ehtiyac var». AMB başçısının bunun ixtisaslaşmış vahid bank formasında və ya mövcud bank agentlərindən istifadə etməklə hökumətlə bankların iqtisadi münasibətləri əsasında bir sistemin yaradılması şəklində həyata keçirilə bilər. «Bu məsələ hələ açıqdır. Bunun üzərində iş aparılır», — deyə E.Rüstəmov bildirib.  Read More →

pul

Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün lazımi işlər görülür. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib. E.Rüstəmovun sözlərinə görə, ölkə prezidentinin tapşırığına uyğun olaraq, bununla əlaqədar olaraq Vergilər Nazirliyi ilə birlikdə paket sənədlər hazırlanaraq hökumətə təqdim edilib: «Hazırda bu məsələ iqtisadi qurumlar arasında aktiv müzakirə olunur. Burada nağdsız ödənişlərin artırılması, stimullaşdırılması və digər məsələlər nəzərdə tutulub. Bütün bu işlər mərhələli şəkildə həyata keçiriləcək. Hesab edirik ki, bütün bu işlərin nəticəsi olaraq iqtisadiyyatda nağd ödənişləri əhəmiyyətli dərəcədə məhdudlaşdıra biləcəyik», — deyə E.Rüstəmov bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl AMB sədrinin I müavini Alim Quliyev də bu məsələyə toxunaraq bildirib ki, Azərbaycanda nağdsız ödənişlərin inkişafı və nağd ödənişlərin məhdudlaşdırılması istiqamətində işlər aparılır və müvafiq təkliflər paketi hökumətə təqdim edilib. Təkliflərdə bir sıra stimullaşdırıcı, inzibati və nağd ödənişlərin məhdudlaşdırılması ilə bağlı tədbirlər əksini tapıb. Belə ki, stimullaşdırıcı tədbirlər sırasında ən vacibi kimi nağdsız ödənişlərdə vergi güzəştlərinin tətbiqini qeyd etmək olar. Bundan başqa, inzibati tədbir kimi ölkədəki bütün təsərrüfat subyektlərində, o cümlədən həm dövlət, həm də özəl müəssislərdə əmək haqlarının yalnız plastik kartlarla ödənilməsi təklif olunur. Həmçinin təklif edilir ki, ölkə daxilində nağd ödənişlərin məbləği və məqsədləri üzrə məhdudiyyətlər tətbiq olunsun. İnkişaf etmiş ölkələrdə belə məhdudiyyətlər mövcuddur və onlar həmin məhdudiyyətlərə düşən ödənişlərin ya plastik kartlarla, ya digər nağdsız vasitələrlə həyata keçirilməsini nəzərdə tutur.  Read More →

moskva

Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan «ABB-Moskva» bankı Rusiya Bankının qiymətli metallarla əməliyyatlar üzrə lisenziya alıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «ABB-Moskva» bankın qiymətli metallarla bağlı olan müxtəlif məhsullar təqdim etməyə başlamağa hazırlaşır. Bankın İdarə Heyətinin sədri Fuad Abdullayevin sözlərinə görə, lisenziya bank tərəfindən təqdim edilən xidmətlərin çeşidinin genişləndirilməsinə, qiymətli metallarla bağlı olan əmanət hesablarının açılmasına və qiymətli kağızlarla bağlı kreditlərin verilməsinə imkan yaradacaq.  Read More →

tunel

Bakı şəhərinin Heydər Əliyev prospektinin Müzəffər Nərimanov və 5-ci köndələn küçələri ilə kəsişməsində («Şəfa» stadionu qarşısında) nəzərdə tutulan yeraltı tunel və piyada keçidinin layihələndirməsi və ərazi boyu kommunikasiya xətlərinin müəyyən hissəsinin köçürülməsi işləri başa çatdırılıb. «Azəryolservis» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, 2 gediş-2 gəliş üçün nəzərdə tutulan tunelin uzunluğu 896 metr, eni isə 16,5 metr təşkil edəcək. Hazırda tunelin beton əsasının hazırlanması işləri gedir. Uzunluğu 102 metr, hündürlüyü 3,2 metr planlaşdırılan piyada keçidin isə giriş-çıxış hissələrinin bünövrələri qazılır.  Read More →

avropa ittifaqi

Avropa İttifaqı vergi ödəməkdən yayınan vətəndaşların həyatını xeyli dərəcədə ağırlaşdırmaq fikrindədir. APA-nın məlumatına görə, bu barədə İspaniyanın baş naziri Mariano Rahoy Avropa İttifaqı sammitinin nəticələrini şərh edərkən deyib. Rahoy bildirib ki, bu il 131 mindən çox ispaniyalı vergi ödəyicisi xaricdə 87,7 milyard avro məbləğində pul vəsaiti və ya əmlaklarının olduğunu bəyan ediblər. «Bu böyük rəqəmdir. Vergi orqanlarının bu məbləğdən vergi ödənişinə nəzarəti gücləndirmək imkanları var və onlar bunu etməlidirlər», deyə o əlavə edib. O həmçinin İspaniyanın bank məlumatlarının mübadiləsi barədə razılaşmanı dəstəklədiyini vurğulayıb.  Read More →

Azay_Quliyev

Azay Quliyev: «QHT-lərə Dövlət Dəstəyi Şurası prezident seçkilərində maarifləndirmə və monitorinq aparacaq QHT layihələrini maliyyələşdirəcək» «Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası prezident seçkilərində maarifləndirmə və monitorinq aparacaq QHT layihələrini maliyyələşdirəcək». Bu açıqlamanı jurnalistlərə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. O bildirib ki, maarifləndirə ilə bağlı layihədə seçicinin səsvermə zamanı hüquq və vəzifələri təbliğ olunacaq: «İkinci istiqamət isə seçkinin monitorinqinin təşkili ilə bağlı layihədir. Yenilik odur ki, ilk dəfə olaraq, QHT-lər koalisiya şəklində öz layihələrini təqdim edə biləcəklər. Koalisiyada minimum 5 QHT təmsil olunmalıdır. Hər bir layihəyə görə, maksimum maliyyə məbləği 50 min manat olacaq». Şura sədrinin sözlərinə görə, QHT-lərin qarşısında qoyulan vəzifənin vacibliyi ayrılan məbləğin artırılmasına səbəb olub: «Seçkini monitorinq edəcək QHT koalisiyaları tərəfindən təkliflər 2 mərhələdə qəbul ediləcək. Birinci mərhələdə ilkin layihə barədə məlumat öz əksini tapacaq. Qəbul olunacaq layihələrin sayında heç bir məhdudiyyət yoxdur. Layihələr standartlarla uzlaşacaqsa, təsdiq olunacaq. QHT-lərdən biri — operator kimi çıxış edən QHT-nin rəsmi dövlət qeydiyyatının olması vacibdir». A. Quliyev layihə gerçəkləşdirəcək koalisiyanın özünün isə dövlət qeydiyyatına alınmasının tələb olunmadığını deyib.  Read More →

polad

Polad Bülbüloğlu: «»Eurovision» qeyri-ciddi müsabiqədir» «Bu, heç də siyasi təzyiq deyil. Məhkəmənin qərarı ilə üç mobil operator səsverməyə dair məlumatları açıqlayıb. Azercell abunəçiləri Dina Qaripovaya 1677 səs, Bakcell abunəçiləri 380 səs, Nar Mobile abunəçiləri 112 səs veriblər. Bu səslər qeydə alınıb, Saxtalaşdırmaq lazım deyil!» APA-nın məlumatına görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu «Komsomolskaya pravda»ya verdiyi müsahibədə «Eurovision» Təşkilat Komitəsinin bəyanatını belə şərh edib. «Siz Rusiyada heç kimin Belarusa səs vermədiyinə inana bilərsiniz? Yaradıcı insan kimi, sizə deyə bilərəm ki, Azərbaycanda Rusiyadan olan müğənniyə səs verilməməsi mümkün deyil. Bizim ümumi mədəni köklərimiz var. Bu hadisə Azərbaycanda çoxlarını narahat edib. Hər zəng pul deməkdir. Niyə bir zəngin qiyməti 1,5 dollar olmalıdır? Azərbaycanda Dinaya 2000-dən çox səs verilib. Bu pullar və səslər hanı? Qoy Avropa Yayım Birliyi buna cavab versin!» — deyə səfir bildirib. Polad Bülbüloğlu Türkiyənin «Eurovision»da iştirakdan imtina etməsinə haqq qazandırıb: «Biz istəyirik ki, Rusiya cəmiyyəti bunu bilsin: baş verənlər ya texniki xəta, ya da elementar təxribatdır. Onlar isə bunu araşdırmaq əvəzinə… Əslində bu, ümumiyyətlə qeyri-ciddi müsabiqədir. Artıq ora getməkdən imtina etməyə başlayacaqlar. Türkiyə artıq imtina edib — düz də edib».  Read More →

elxan suleymanov

Elxan Süleymanov: «Azərbaycanın təklifləri və imkanları orta gəlirli və inkişaf etməkdə olan ölkələr üçün ilham ola bilər» Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 11-ci İllik Konfransı keçirilir. Konfransın yerli təşkilatçısı olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov APA-ya müsahibə verib. - Konfrans barədə fikirlərinizi bilmək istərdik. - Bu toplantı Parlament Şəbəkəsinin 200-dən artıq parlamentarını, vətəndaş cəmiyyəti və tərəfdaş təşkilatların rəhbərlərini, Dünya Bankı, BVF və regional inkişaf bankları daxil olmaqla, bir sıra beynəlxalq maliyyə institutlarının yüksək vəzifəli rəsmilərini bir yerə toplayan nümunəvi tədbirdir. Bakıda keçirilən konfransda dünyanın 74 ölkəsindən 235 nəfər iştirak edir. Onların sırasında Dünya Bankı və BVF-nun rəhbərliyində təmsil olunan şəxslərlə yanaşı, 4 ölkə parlamentinin spikerləri, 3 vitse-spiker, komitə sədrləri, milli parlamentlərin deputatları və digər səlahiyyətli şəxslər vardır. Azərbaycan paytaxtında keçirilən konfransda bu səviyyədə iştirak heç şübhəsiz ki, ölkəmizə olan maraqla izah edilməlidir. İllik Konfrans Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin qarşıdan gələn il barədə yürüdəcəyi siyasətini, eləcə də inkişaf və makroiqtisadi prioritetlər mövzusunda konfransın prioritetlərini müəyyən etmək üçün üzv ölkələrin illik ümumi yığıncağıdır. Konfrans iki gün, 23-24 may tarixlərində keçiriləcək və bu günlər üçün tərtib olunan proqrama həvəsləndirici və informasiya sessiyaları, eləcə də müzakirə üçün nəzərdə tutulmuş sessiyalar daxildir. Onu da deyim ki, Bakıdakı konfransa qədər şəbəkənin konfransları Haaqa, London, Bern, Afina, Helsinki, Keyptaun, Paris və Brüssel kimi şəhərlərdə keçirilib. - Parlament Şəbəkəsi haqqında oxucularımızı məlumatlandıra bilərsinizmi? - Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsi 2000-ci ildə təsis edilmiş müstəqil təşkilatdır və 140-dan artıq ölkənin parlamentarlarına inkişaf məqsədilə əməkdaşlıq sahəsində məsuliyyət və şəffaflığın artırılmasını dəstəkləmək üçün platformanı təmin edir. Parlament Şəbəkəsinin hazırkı sədri Alen Desteks Azərbaycanda tanınır. O, 2006-cı ilin yanvarından 2010-cu ilin may ayına qədər Belçika Parlamentlərarası Dostluq Qrupu daxilində Avrasiya ikitərəfli bölməsi və regional qrupu, xüsusilə də Azərbaycan-Belçika regional qrupunun prezidenti olub. Şəbəkə öz beynəlxalq katibliyi, regional və ölkə filialları vasitəsilə Afrika, Asiya, Avropa və Amerikada 1500-dən çox parlamentarı əhatə edir. O, parlamentlər və vətəndaş cəmiyyətinin nəzarət rolunu gücləndirməklə, inkişaf məqsədilə əməkdaşlıq prosesində şəffaflıq və məsuliyyəti artırmağa səy göstərir. Parlament Şəbəkəsi və Azərbaycan arasında ümumi diqqət mərkəzində olan məsələlərə digər işlərlə bərabər, təbii ehtiyatların idarə edilməsi üzrə şəffaflıq, vətəndaş cəmiyyətində sosial inkişaf və maraq yaradılması daxildir. XI İllik Konfrans üçün təklif edilən mövzular da qeyri-neft sektorunun inkişafı, hökumət qərarlarında parlamentin iştirakı və yardımın səmərəliliyi barədə mövzuları əhatə edəcək. - Bakıda keçirilən 11-ci illik konfransın məqsədləri barədə nə deyə bilərsiniz? - Millət vəkilləri də daxil olmaqla, müasir dövrün siyasətçilərinin qarşısında duran əsas məsələlərdən biri ədalətli artımı təmin edən sürətli qlobal iqtisadiyyatdan tam sürətli iqtisadiyyata keçidə və dünya gəncləri üçün tələb olunan məşğulluğa kömək etməkdir. Bildiyiniz kimi, Azərbaycanın sürətli inkişafı neft hasilatı, eləcə də neft və qaz gəlirlərinin yüksəlməsi ilə əldə edildi. Bu gün Azərbaycanın təklifləri və imkanları bir sıra digər orta gəlirli və inkişaf etməkdə olan ölkələri güzgü kimi özündə əks etdirir və onun uğurları digər ölkələr üçün də ilham ola bilər. Bu il keçirilən Parlament Şəbəkəsi Konfransının da əsas məqsədi sosial müdafiə vasitəsilə inkişaf etmiş, yeni yaranan, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə dayanıqlı, davamlı və hərtərəfli artımı təmin etmək, iqlim dəyişikliyini yumşaltmaq və dəyişikliklərə uyğunlaşmaq, hasilat sənayesi sektorunda düzgünlüyün təbliğ edilməsi və parlament nəzarətinin gücləndirilməsidir. Parlament Şəbəkəsi həmçinin konfrans vasitəsilə inkişafda və siyasətdə qanunvericiliyin rolunu gücləndirmək məqsədi güdür. Deyilənlərlə yanaşı, konfransın məqsədləri sırasına öz ölkələrində müraciət olunan müəyyən məsələlərə dair millət vəkillərinin rolu, həmin məsələlərlə əlaqədar millət vəkillərinin bilgilərinin artırılması, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə təşkilatlarının bu məsələ üzrə göstərdikləri dəstəyin təhlil edilməsidir.  Read More →

elmar

Elmar Məmmədyarov : «Rusiyanın köməyi ilə Ermənistan və Azərbaycan arasında təşkil olunmuş qarşılıqlı səfərlərin bərpasını təklif edirik» «İstənilən qonşu ölkələr kimi Azərbaycanla İranın da münasibətlərində nahamarlıq var, lakin biz ümumi dil tapa bilirik». APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov «Nezavisimaya qazeta»ya müsahibəsində deyib. Nazir qeyd edib ki, Azərbaycan həmişə siyasəti öz milli maraqlarından çıxış edərək qurmağa çalışır: «Mənim İsrailə səfərim zamanı bir neçə mollanın verdiyi bəyanatları saymasaq, deməzdim ki, İranla çətinliklərimiz var. Bu günlərdə İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə telefon danışığım oldu. O məni Tehrana konfransa dəvət etdi, təəssüf ki gedə bilməyəcəyəm. Salehi İranda prezident seçkilərinə kimi Bakıya gəlmək arzusunu ifadə etdi. Qısası, hər qonşu dövlət arasında olduğu kimi bizim də İranla münasibətlərimiz hamar deyil, lakin biz ümumi dil tapırıq». Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan Elmar Məmmədyarov problemin həllinə yönəlik səyləri üçqat artırmağa çağırıb: «Status məsələsinin həllinə qədər danışıqlar masasını mürəkkəbliklərdən təmizləmək lazımdır. Bu situasiyada bunlar — hərbi faktorun mövcudluğu, güc tətbiqi, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarında qalması, qaçqınlar və məcburi köçkünlər kimi sosial partlayışa səbəb ola biləcək elementin mövcudluğudur. Azərbaycan tərəflər arasında etimadın möhkəmləndirilməsi tədbirlərinə tərəfdardır. Biz bir neçə il əvvəl Rusiyanın köməyi ilə təşkil olunmuş qarşılıqlı səfərlərin bərpasını təklif edirik. O zaman iki belə səfər təşkil olundu. Lakin sonradan Ermənistan buna qadağa qoydu. Bu, etimad mühiti formalaşdırmaq üçün ciddi tədbirdir».  Read More →

Richard Morninqstar Bakida (3)

Riçard Morninqstar: «Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha mühüm rol oynayacaq» «Azərbaycan prezidenti Heydər Əliyev, Gürcüstan prezidenti Eduard Şevarnadze və Türkiyə prezidenti Süleyman Dəmirəlin birgə səyləri olmasaydı, Bakı-Tiflis-Ceyhan layihəsi baş tutmazdı». APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar «Meydana çıxan təhlükəsizliyin çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi» mövzusunda NATO Tərəfdaşlıq konfransında çıxışında deyib. Onun sözlərinə görə, Gürcüstan neft və qaz resurslarının nəqlində çox önəmli rol oynayır: «Gürcüstan o zaman neftin Supsadan nəqlində israrlı ola bilərdi, lakin anladı ki, bütün region üçün neftin Gürcüstan və Türkiyə ərazisi ilə, sonradan isə Aralıq dənizi ilə Ceyhan limanından nəqlinin daha məqsədəuyğundur və bununla da neftin Bosfor körfəzindən daşınmasına ehtiyac duyulmadı». Enerji təhlükəsizliyində Azərbaycanın rolundan danışan səfir xatırladıb ki, gələn ay «Nabucco West» və TAP layihələri arasında seçim ediləcək və bundan sonra Azərbaycanın qazı Avropaya nəql olunacaq: «Qaz boru kəməri seçiləndən sonra Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha da mühüm rol oynayacaq. Amma biz enerji təhlükəsizliyindən danışırıqsa, o zaman enerji platformalarının, kəmərlərin terror və hərbi hücumlardan qorunması üçün səylər göstərməliyik. Amma enerji təhlükəsizliyinə yalnız terrorçulardan qorunmaq nöqteyi-nəzərdən yanaşmaq düzgün olmazdı. Həmçinin enerji infrastrukturunu zəlzələlərdən, kiberhücümlardan, kompüter viruslarından da qorunmaq lazımdır. Çünki bunların hər biri enerji təhlükəsizliyinə zərər yetirə bilər».  Read More →

ukrayna

Bu ilin payızında Krımda Ukraynada yaşayan Türkdilli xalqların I beynəlxalq konfransı keçiriləcək. Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) bildiriblər ki, bu barədə qərar Kiyevdə «Ukraynada türk faktoru: yerli xalqlar nə istəyir?» mövzusunda keçirilən dəyirmi masada qəbul olunub. UAK sədri Rövşən Tağıyev bildirib ki, Ukraynada yaşayan Türkdilli xalqlar bu ölkənin tam səlahiyyətli vətəndaşıdır, onlar ölkənin iqtisadi, siyasi və mədəni həyatında aktiv rol oynayırlar. Onun sözlərinə görə, Krımda keçiriləcək beynəlxalq konfrans mədəni və milli inkişaf, konstitusiya islahatlarında, ölkənin ictimai və siyasi həyatında aktiv iştirak məsələlərinə həsr olunacaq. Ukrayna Vətəndaş Konstitusiya Konqresinin sədri Yuri Zbitnev isə dəyirmi masada deyib ki, Azərbaycan və Türkiyənin də təmsil olunduğu Türkdilli Ölkələrin Parlament Assambleyası da konfransın işində müşahidəçi kimi iştirak edəcək. Ukrayna Vətəndaş Konstitusiya Konqresinin üzvü Timur Masautov bildirib ki, əsas diqqət Türkdilli ölkələrlə münasibətlərə və milli humanitar layihələrə yönələcək. Onun sözlərinə görə, Ukraynada bu gün türkdilli xalqların bir milyondan çox nümayəndəsi yaşayır. Konfransda ictimai xadimlərin, ekspertlərin, türkdilli xalqların nümayəndələrinin iştirak edəcəyi gözlənilir.  Read More →

ziyafet

Ziyafət Əsgərov: «Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim üçün şah prinsip Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır» «Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim üçün yeganə şah prinsip Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır». APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov Ermənistan xarici işlər nazirinin münaqişənin həlli ilə bağlı 6 prinsipə razılıq verdiklərinə dair açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, erməni nazirin söylədiyi prinsiplərin mahiyyətindən xəbəri yoxdur, amma istənilən halda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin olunduqdan sonra istənilən prinsipdən söz açmaq olar: «Amma birinci ərazi bütövlüyümüzlə bağlı prinsip həyata keçirilsin ki, qalan prinsiplər də bundan doğmalıdır».  Read More →

yangin

Fövqəladə Hallar Nazirliyi Dövlət Dəmir Yol İdarəsinin binasında baş vermiş yanğınla bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, idarənin Bakının Nəsimi rayonunda yerləşən 5 mərtəbəli binasının yarımzirzəmisində yanğın baş verib. Hadisə yerinə dərhal FHN-nin yanğınsöndürmə qüvvələri və xilasediciləri cəlb edilib. Binanın üst mərtəbələrində qalmış 15 nəfər xilas edilib. Hadisə nəticəsində binanın yarımzirzəmisindəki otağın içərisinə yığılmış istifadəyə yararsız rabitə avadanlıqları yanıb. Bina yanğından mühafizə edilib.  Read More →

bicaq

Bakıda qətl törədilib. Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Türkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Elşən Sadıqov şəxsi münasibətlər zəminində tanışı, Şəki rayon sakini, 1991-ci il təvəllüdlü Qeyrət Ağabalayevi bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən E. Sadıqov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  Read More →

avtobus

Bakıda sərnişin avtobusu qəza törədib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi şosesində qeydə alınıb. Aslan Əliyev idarə etdiyi «Daewoo» markalı 165 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə yolu keçən 2 nəfər piyadanı vurub. Nəticədə 1961-ci il təvəllüdlü Balabəy Qasımov hadisə yerində ölüb. Digər piyada 1971-ci il təvəllüdlü Xanbala Mirzəyev isə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.  Read More →

esger

Azərbaycan Ordusunun 54 gün əvvəl yaralanan əsgəri vəfat edib. APA-nın məlumatına görə, bu il mart ayının 30-da Müdafiə Nazirliyinin Goranboyda yerləşən «N» saylı hərbi hissəsinin əsgəri Samir Əliyev silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb və güllə onun əsgər yoldaşı Toğrul Abdullazadəyə dəyib. Güllə yarası alan T. Abdullazadə hərbi hospitala yerləşdirilib. Uzun sürən müalicəyə baxmayaraq T. Abdullazadəni xilas etmək olmayıb. Əsgər bu gün hospitalda dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgər T.Abdullazadənin ölüm faktını təsdiqləyib.  Read More →

qeza

Bakıda piyadanı maşın vurub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 22-si saat 23:20 radələrində Buzovna — Mərdəkan yolunda Bakı şəhər sakini Arif Babayev idarə etdiyi «Mercedes» markalı avtomobillə Bəhram Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.  Read More →

baki

Bakıda məktəbli qızlar itkin düşüb. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, ötən gün rayonun Yeni Suraxanı qəsəbə sakinləri — 12 yaşlı Nərmin Elman qızı Qəhrəmanova, 15 yaşlı Pərixanım Elman qızı Əsgərova və 17 yaşlı Sevda Səfa qızı Həsənovanın itkin düşməsi barədə polisə məlumat daxil olub. Qızların itkin düşməsi xəbərini polisə valideynləri məlumat verib. Polisə məlumat daxil olan kimi dərhal qızların axtarışlarında başlanıb. Lakin hələlik onları tapmaq mümkün olmayıb.  Read More →

xalq-cumhuriyyeti
0

Xalq Cümhuriyyəti Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın hakimiyyətinin tanımasını, Naxçıvanın və Zəngəzurun Azərbaycana mənsubluğunu təmin edib 1919-cu ildə Dağlıq Qarabağda referendum keçirilib, ermənilər həmin referendumda Azərbaycanın tərkibində qalmağa razılıq veriblər Almaz Qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü gəlir. Xalq Cümhuriyyəti necə yaradılıb, nədən süquta uğrayıb? Dəfələrlə bu sualların cavabı bu və digər formada verilib. Hər zaman da yeni-yeni fikirlər, tarixi faktlar ortaya çıxıb. Yəni Xalq Cümhuriyyətinin fəaliyyəti, tarixi əhəmiyyəti və dərsləri haqqında çox yazılıb, çox deyilib. Amma elə məqamlar var ki, tarixi ədəbiyyatda və mətbuatda o qədər də əks olunmayıb. Hamı bilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıyla «Azərbaycan» məhfumu ilk dəfə coğrafi məhfumdan dövlət adına çevrilib. Bu dövlətin 23 aylıq fəaliyyətində çox önəmli məsələlər özünü göstərib. Xalq Cümhuriyyətinin süquta uğraması ətrafında isə mübahisələr hələ də gedir. Əslinə qalsa, həqiqətən də Xalq Cümhuriyyətinin yıxılmasında sovet Rusiyasının əli olub. O cümlədən daxildə olan düşmən qüvvələr, ermənilər, Azərbaycan Kommunist Partiyasının üzvləri, xüsusən ermənilər dəfələrlə Moskvaya gediblər və Xalq Cümhuriyyətinin yıxılması planlarıyla məşğul olublar, daxildə Xalq Cümhuriyyətinin yıxılmasıyla bağlı yardımlarını təklif ediblər. Xüsusən Mikoyan canfəşanlıq göstərib. Sovet Rusiyası da Xalq Cümhuriyyətinin yıxılması üçün böyük hazırlıqlar görüb. Hələ 1920-ci il mart ayının əvvəllərindən XI orduya xüsusi tapşırıq verilib ki, Azərbaycana hücum əməliyyatını hazırlasın. Aprelin 21-də Qafqaz cəbhəsi komandanlığı XI orduya və Volqa-Xəzər donanmasına əmr verib ki, aprelin 27-də qoşunlar Azərbaycan sərhədini keçsinlər və sürətli hücumla Bakı quberniyasının ərazisini zəbt etsinlər. Aprelin 23-də isə Qafqaz komandanlığı son məqsəd olaraq qoşunlara bütün Azərbaycan ərazilərini işğal etmək əmri verib. Aprelin 27-də, səhər saat 12:00-də XI ordu hissələri zirehli qatarın müşayətiylə Azərbaycan ərazisinə sürətli hücum əməliyyatına başlayıblar. Artıq 28 aprel səhər saat 4:00-da ilk zirehli qatar və XI ordunun beynəlxalq hissəsi Bakıya girib. Bəziləri deyirlər ki, guya XI ordu Azərbaycana dəvət olunmuşdu. Bu faktlar həmin mülahizələrin düzgün olmadığını göstərir. 28 aprel Azərbaycanın işğal günü kimi təqdim olunur. Müharibə, xəbərdarlıq etmədən, sadəcə, bir quldur dəstəsi kimi XI ordu Azərbaycan ərazilərinə soxulmuşdu. Doğrudur, aprelin 27-də, saat 16:00-da Azərbaycan kommunistləri, Həmid Sultanov və başqaları Azərbaycan parlamentinə hakimiyyəti təhvil verməklə bağlı ultimatum təqdim etmişdilər. Bu da parlamentdə müzakirə olunub. Axşam saat 22:30-da parlament əksər səslərlə hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edib. Amma hakimiyyətin kommunistlərə verilməsilə bağlı 7 şərt irəli sürülüb. Ən əsas şərt o idi ki, Azərbaycan gələcəkdə öz dövlət müstəqilliyini saxlamalıdır. Ancaq göründüyü kimi Azərbaycan işğal olunandan sonra müstəqillik əldən getdi. 28 aprel səhər saat 4-də Bakı işğal olunub. 28 apreldə Hərbi İnqilab Komitəsi Leninə məktub göndərib ki, Azərbaycanda sovet hakimiyyətini bərqərar etmək üçün qoşun hissələri göndərilsin. Bu, artıq beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi idi. Çünki işğal artıq baş vermişdi. Azərbaycan hökuməti bu işğalın qarşısının alınması, aradan qaldırılması üçün addımlar atmağa çalışıb. Məsələn, ordunun işğalçılıq hərəkətlərilə bağlı Antantanın Tiflisdəki nümayəndələrinə məlumat göndərilib. Aprelin 28-də Anatanta üzvlərinin San-Remo adlanan bir konfransı keçirilirdi. Konfransda iştirak edən Azərbaycan nümayəndələri müttəfiq dövlətlərin Ali Şurasına, xarici dövlətlərin Romadakı səfirliklərinə və Millətlər Cəmiyyətinə suveren Azərbaycan dövlətini sovet Rusiyası Silahlı Qüvvələrinin işğal etməsi barədə nota və müraciətlər göndərsələr də, bu məsələni xarici ölkələr və beynəlxalq qurumlar sükutla qarşılayıblar. Bu, çox ibrətamiz haldır və tarixdə təkrar olunur. Bunu görən təcavüzkar qüvvələr Azərbaycanda hakimiyyəti ələ keçirəndən sonra xalqımıza, onun ziyalılarına, hökumətdə təmsil olunmuş insanlara qarşı çox amansız təqib və represiyalara başlayıblar. Təkcə mayın axırlarında, Gəncədə baş verən üsyan yatırılandan sonra bu şəhərdə 15 min azərbaycanlı öldürülüb. 1920-ci il aprelin 28-dən 1921-ci ilin yayına qədər 50 min insan qətlə yetirilib. Bunun da mühüm bir hissəsi ziyalılar olub. Onların arasında Fətəli xan Xoyski, parlament sədrinin müavini Həsən bəy Ağayev, daxili işlər naziri Behbud bəy Cavanşir, 12 genaral, 27 polkovnik, 460 nəfər müxtəlif rütbəli zabit də qətlə yetirilənlər arasında olub. İşğalçılar bu qurbanlar hesabına Azərbaycanda möhkəmələnə biliblər. …Şərqdə ilk dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti daxili həyatın, beynəlxalq vəziyyətin son dərəcə mürəkkəb və ziddiyyətli olduğu bir şəraitdə 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, öz dövlət quruculuğu, sosial, siyasi, iqtisadi və təhsil sahələrində mühüm işlər görə bilib. Xalq Cümhuriyyəti tam dövlət hakimiyyətinə malik olub, müstəqil daxili və xarici siyasət yürüdüb. Cümhuriyyətin müstəqil dövlətələrə xas bütün atributlara müvafiq hakimiyyət və idarəetmə orqanları olub. Parlamenti, hökuməti, Milli Ordusu, bank-maliyyə sistemi, dövlət bayrağı, gerbi, dövlət himni mövcud idi. Ən ümdə və önəmli cəhətlərdən biri də bu idi ki, o zaman Xalq Cümhuriyyəti Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın hakimiyyətinin tanımasını, Haxçıvanın və Zəngəzurun Azərbaycana mənsubluğunu təmin edib. 1919-cu ildə Dağlıq Qarabağda referendum keçirilib, ermənilər həmin referendumda Azərbaycanın tərkibində qalmağa razılıq veriblər. Bu, çox mühüm məqamdır. Zaqafqaziyanın cənub və şərq hissəsini əhatə edən 97,3 min kvadrat kilometr ərazi-bu, mübahisəli olmayan ərazidir-mübahisəli yerlərlə birlikdə 114 min kvadrat kilometr ərazi qorunub saxlanıb. Bundan başqa, Xalq Cümhuriyyəti Azərbaycan türk dilini dövlət dili elan edib, Bakı Dövlət Universitetinin bünövrəsini qoyub, bütün məktəblərdə Azərbaycan dilinin və tarixinin tədrisi üçün tədbirlər görüb. Xalq Cümhuriyyəti 22 dövlətlə, o cümlədən Türkiyə, İran, ABŞ, İngiltərə, Fransa, İtaliya, Ukrayna, Gürcüstan kimi dövlətlərlə diplomatik əlaqə yarada bilib. Bunlar Xalq Cümhuriyyətinin qısa müddət ərzində gördüyü çox önəmli işlərdir. Xalq Cümhuriyyətinin fəaliyyəti, onun liderlərinin, yaradıcılarının ideyaları Cümhuriyyət süquta uğrasa da, yaddaşlardan silinməyib. Sovetlər dönəmində xalqımızın bir çox hərəkətlərində, çıxışlarında da bu, özünü göstərib. Məsələn, Azərbaycan xalqının Rusiya və Ermənistan işğalçılarına qarşı mübarizə əzmi 20 Yanvar şəhidlərinin apardığı mübarizədə, Qarabağ uğrunda şəhid getmiş minlərlə mərd oğul və qızların nümunəsində özünü parlaq şəkildə göstərir. Azərbaycan ikinci dəfə müstəqillik qazananda Xalq Cümhuriyyətinin irsindən bəhrələndi. 1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu və müstəqilliyimiz bərpa edildi. Bu da Xalq Cümhuriyyətindən gələn bir niyyətin, idealların bərqərar olunması üçün atılmış addım hesab olunmalıdır. Məhz Xalq Cümhuriyyətinin ənənələrinin yaşaması və müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi fəaliyyətini təmin edən bir sıra maddələr də Konstitusiya Aktına daxil edildi. Konstitusiya Aktının elan olunmasından sonra Türkiyə, ardınca da digər ölkələr Azərbaycanın müstəqilliyini tanıdılar. Nəhayət, 1992-ci il mart ayının 2-də BMT də Azərbaycanı öz sıralarına qəbul etdi. Azərbaycan beynəlxalq hüququn subyekti oldu. Bu, Azərbaycan xalqının böyük uğuru, qələbəsi idi. Yuxarıda qeyd etdim ki, Xalq Cümhuriyyəti sovet Rusiyasının işğalçılıq planları ilə üzləşəndə Qərb ölkələri tamamilə biganə qalıb, seyirçi mövqe tutublar. Azərbaycan ikinci dəfə müstəqillik elan edəndən sonra da bu, özünü göstərib və indiyə kimi də göstərir. Ermənilərin qondarma Dağlıq Qarabağ problemini ortaya atmaları, rus-erməni birləşmələrinin Dağlıq Qarabağ ətrafındakı 7 rayonu işğal etmələrinə yenə də xristian Qərb ölkələri biganə qalıblar. Azərbaycanın haqlı mövqeyini lazımı qədər müdafiə etmirlər. Ermənistanı təcavüzkar dövlət kimi tanımaq istəmirlər. Tarixi müqayisələr göstərir ki, keçən əsrin əvvəllərində olduğu kimi yenə də Qərb ölkələri Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarının işğalına göz yumur, ermənipərst mövqedən çıxış edirlər.  Read More →

azer mirzeyev
0

«Şükür Allaha, indi özümü yaxşı hiss edirəm. Fəsil dəyişikliyi səhhətimə mənfi təsir etsə də, müalicə prosesi uğurla davam edir». Bu sözləri APA-ya açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Azər Mirzəyev deyib. Aktyorun sözlərinə görə, ürək və nəfəs yollarında yaranmış problemdən əziyyət çəkir: «İflic keçirdiyimdən bədənimdə güc yox idi. Amma indi irəliləyiş hiss edirəm. Ümumiyyətlə fəsil dəyişikliyi olanda bu xəstəlik bir az narahat edir. Ümid edirəm ki, havan dəyişkənliyi aradan qalxan kimi özümü daha yaxşı hiss edəcəyəm». Azər Mirzəyev həkimlərlə məsləhətləşdikdən sonra ürəyində əməliyyat aparılmasından imtina etdiyini deyib: «Mərhələli şəkildə üç ürək əməliyyatı keçirməli idim. Amma sonra Mərkəzi Neftçilər Xəstəxanasının həkimi və İtaliyadan gələn həkim birgə konsilium etdilər və belə qərar verdilər ki, müalicə üsulu ilə də sağalmaq mümkündür. Düzdür, bu üsul bir az çətin və uzun bir prosesdir, amma mən həkimlərlə razılaşdım. İndi də müalicə prosesindəyəm. İrəliləyişləri hiss edirəm və ürəyimin harada olduğu belə yadımdan çıxıb». Teatr üçün darıxdığını deyən aktyor yerimə problemi aradan qalxan kimi teatra gedəcəyini deyib: «Xəstəlikdən sonra bir dəfə də olsun teatra getməmişəm. Düzü, teatrımızın aktyorları və rəhbərlik tez-tez mənə baş çəkir, darıxmağa qoymurlar. Amma səhnə üçün darıxmışam. İnşallah yerişimdəki problemlər aradan qalxan kimi, ən azından tamaşaçı kimi teatra gedəcəyəm». Qeyd edək ki, Azər Mirzəyev 2012-ci ilin sentyabrında ürək çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Daha sonra Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb. Əvvəl onun ürəyində cərrahiyyə əməliyyatı nəzərdə tutulsa da, sonradan həkimlər əməliyyat keçirməməyə qərar veriblər.  Read More →

nalbadyan
0

Elman Nəsirli:»Ermənistan həmin prinsiplər və tezislər əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu dəfələrlə bildirib» «Bu prinsipləri isə, Azərbaycan rəhbərliyi heç bir halda qəbul edə bilməz, çünki onlar qəbuledilməz prinsiplərdir» Con zamanlar Dağlıq Qarabağ münaqişəcənin həllində 6 prinsip məsələsi tez tez gündəmə gətirilir. İlk dəfə bu açıqlama ilə Ermənstanın xarici işlər naziri Edvard Nalbandyan çıxış edib. O, bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində 6 prinsip üzrə razılığa hazırdır. Amma indiyədək bu məsələ ilə bağlı yalnız 3 prinsip üzrə söhbət aparılıb. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həllində 6 prinsip əsasında sülh sazişinin imzalanması nə deməkdir? Həmsədrlərin regiona növbəti səfərlərində məqsəd nədən ibarət ola bilər? Politoloq Elman Nəsirli diqqətə çatdırdı ki, 6 prinsip məsələsi yeni deyil. Onun sözlərinə görə, 2011-ci ilin yanvarında Nalbandyan Moskva səfərində 3 prinsip və 6 tezisdən bəhs etmişdi: «Ermənistan həmin prinsiplər və tezislər əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu dəfələrlə bildirib. İndiki halda isə danışıqlar prosesinin faktiki kəsildiyi bir məqamda onlar hesab edir ki, münbit şərait yaranıb. Yəni öz tezislərini beynəlxalq təşkilatlara, xüsusilə ATƏT-in Minsk qrupuna qəbul etdirməyə çalışırlar. Vəziyyətin mahiyyəti ondan ibarətdir ki, faktiki olaraq danışıqlar getmir. İndiki danışıqlar əslində danışıqların bərpası ilə bağlıdır. Bunun özü də anormal bir vəziyyətdir. Sözügedən prinsiplər də yeni prinsiplər deyil. Onlardan üçünü həmsədrlər hər bəyanatlarında dilə gətirirlər. Bunlar güc tətbiq etməmək, xalqların öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü prinsipləridir. Buna paralel olaraq isə Ermənistan rəhbərliyi 6 prinsipdən danışır. Bu prinsipləri Azərbaycan rəhbərliyi heç bir halda qəbul edə bilməz, çünki onlar qəbuledilməz prinsiplərdir. Ermənistan başa düşür ki, bu prinsiplər qəbuledilməzdir, lakin onları gündəmə gətirməklə danışıqlar prosesini pozmağa çalışırlar. Nalbandyanın birinci prinsipi ondan ibarətdir ki, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə bağlı referendum keçirilsin, referendumun keçirilmə ərazisi Dağlıq Qarabağla məhdudlaşdırılsın və onun nəticələri dərhal beynəlxalq hüquqi qüvvəyə minsin. Təbii ki, bu qəbuledilməz prinsipdir. İkincisi odur ki, referendum keçirilənə qədər Dağlıq Qarabağın keçid statusu müəyyənləşdirilsin, keçid status da beynəlxalq təşkilatlar tərəfindən tanınsın və bu status heç bir halda indiki statusundan aşağı olmasın. Məqsəd də keçid status altında referenduma qədər Dağlıq Qarabağın legitimliyinin tanınmasına nail olmaqdır. Üçücüncü prinsip Dağlıq Qarabağ və Ermənistan arasında əlaqənin olmasıdır, yəni söhbət Laçın dəhlizindən gedir. Azərbaycan əsasən bununla razıdır. Dördüncü prinsip qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasıdır və Ermənistan buna razı olduğunu bildirir. Beşinci prinsip Dağlıq Qarabağdan kənarda beynəlxalq sülhməramlıların yerləşdirilməsi və orada təhlükəsizliyin təminatını özündə əsk etdirir. Nəhayət, sonuncu prinsip ərazilərin qaytarılması ilə bağlıdır. Ermənistan bu məsələdə də dəqiqlik göstərmir. Söhbət əksər hallarda Dağlıq Qarabağ ətrafındakı 7 rayondan, yəni müxtəlif formatlar adı altında qaytarılmasından gedir. Xüsusilə, birinci prinsip, yəni referendumun keçirilməsi və bu addımın yalnız Dağlıq Qarabağ ərazisi ilə məhdudlaşdırılması Dağlıq Qarabağın Azərbaycandan qopardılmasına hesablanılıb. Bu prinsipin ardınca digər prinsiplər avtomatik olaraq öz mənasını itirir». Həmsədrlərin bölgəyə səfərinə gəlincə isə, Elman Nəsirli vurğuladı ki, son zamanlar münaqişənin tənzimlənməsi ilə bağlı intensivlik müşahidə olunur: «Ümumiyyətlə, son danışıqlar münaqişənin həlli ilə bağlı deyil, daha çox danışıqların bərpa olunması məqsədi daşıdığına bənzəyir. İndi isə intensivlik özünü onda göstərir ki, Ermənistan xaraici işlər naziri Moskvada, sonra isə Parisdə səfərdə oldu. Məhz Praisdə münaqişənin həlli ilə bağlı 6 prinsipdən bəhs etdi. Bunun ardınca Azərbaycan xarici işlər nazirinin Moskvaya səfəri oldu. Mayın sonunda həmsədrlərin bölgəyə səfəri gözlənilir. Mətbuatda yayılıb ki, həmsədrlərin bu dəfəki səfərində gündəmdə olan yenilənmiş Madrid prinsipləri çərçivəsində münaqişənin müəyyən zaman çərçivəsində həlli gözlənilir. Belə yanaşmalar da var. Bunun nə dərəcədə həqiqətə uyğun olmasını demək çətindir. Ermənistan mətbuatında da belə informasiylara rast gəlmək mümkündür. Belə olan təqdirdə Krakov danışıqlarının da baş tutduğunu deyə bilərik. Bundan öncə həmsədrlər xarici işlər nazirlərinin Parisdə görüşünü təşkil edə bilməmişdilər. Amma səfər çərçivəsində ciddi nəticə gözləməyə əsas yoxdur. Onlar əsas vəzifələrini hələlik birbaşa danışıqların bərpa edilməsi ilə bitmiş sayırlar». Politoloq Hikmət Hacızadə 6 prinsip məsələsindən xəbərsiz olduğunu diqqətə çatdırdı. O, həmçinin əlavə etdi ki, həmsədrlərin bölgəyə səfərindən ciddi nəticə gözləməyə dəyməz: «Bu dəfəki səfər də sıradan biri olacaq. Mən bu səfərdən də heç nə gözləmirəm». Əli  Read More →

tehran
0

Elnur Eltürk: «Artıq elm adamlarımız bu ölkəyə getməkdən çəkinəcəklər» Elman Cəfərli:»İranda həbs olunmuş ziyalılarımızın əvəzinə Bakıda həbs olunmuş iranlı cinayəkarların azad olunması şərti doğru deyil» Aprelin 30-da Təbrizdə həbs edilən Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov mayın 19-da azadlığa buraxılıb. Şeyxülislam Hacı Allahşükür Paşazadənin səfəri zamanı azadlığa buraxılan Xalidə Xalid hələ ailəsi və əməkdaşı olduğu qurumla əlaqə saxlamayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib ki, Azərbaycanın İrandakı səfirliyi və Təbrizdəki baş konsulluğu Azərbaycan vətəndaşları Xalidə Xalidin və Şamxal Hüseynovun vətənə gətirilməsi üçün lazımi işləri aparır. İran Xarici İşlər Nazirliyi isə Azərbaycan vətəndaşlarının azadlığa buraxılması ilə bağlı mayın 21-də rəsmi açıqlama verib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçı deyib ki, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə qarşı çıxan qüvvələr var: «Aramızda anlaşılmazlıqlar olub. Bu yaxınlarda bizim təhlükəsizlik qüvvələri iki Azərbaycan vətəndaşını saxlayıblar. Biz Azərbaycan hökumətinə onların ittihamı ilə bağlı məlumat verdik. Dindirilmədən sonra biz xoşməramlı niyyətimizi nümayiş etdirərək onları azadlığa buraxdıq». Yeri gəlmişkən, İran XİN Azərbaycanın qarşılıqlı addım ataraq Mikayıl Kazımini azadlığa buraxacağını gözlədiyini vurğulayıb: «İran Azərbaycan Respublikasının iki vətəndaşını xoş məram nümayiş etdirərək azadlığa buraxıb. Bu baxımdan rəsmi Bakı da İran vətəndaşını Tehrana təhvil verməli idi». Bu açıqlamalardan sonra maraqlı məqamlar ortaya çıxır. Belə təsəvvür yaranır ki, İran cəsusluq ittihamı ilə Azərbaycan vətədaşlarını öz maraqları üçün həbs edib və onlardan girov kimi yararlanıb. Jurnalist Elnur Eltürk diqqətə çatdırdı ki, İranın bu addımı rejimin rəsmən adam oğurluğu ilə məşğul olduğunun göstəricisidir: «Artıq İran rejimi tərəfindən iki nəfər insanımızın qanunsuz olaraq, həbs edilməsi bir çox mətləblərdən xəbər verir. İran Azərbaycana qarşı qanunsuz işlər görmüş və haqlı olaraq həbsdə olan bir cinayətkarı günahsız insanlarla bərabər tutur. Buna görə də onları dəyişdirmək istəyir. Hamımıza bəllidir ki, iki Azərbaycan vətəndaşı günahsız olaraq həbs edilib. İran Xarici İşlər Hazirliyinin bu yöndə açıqlamaları da bunu deməyə əsas verir». Onun sözlərinə görə, artıq elm adamlarımız bu ölkəyə getməkdən çəkinəcəklər. «Olaylar» İnformasiya Agentliyinin redaktoru Elman Cəfərli diqqətə çatdırdı ki, Azərbaycanda İrandan fəqrli olaraq xarici ölkə vətəndaşlarını siyasi düşüncəsinə, milliyyətinə görə həbs etmirlər: «İran hakimiyyəti Azərbaycandan gedən, ana dilində yaxşı danışan, Azərbaycan tarixini, ədəbiyyatını yaxşı bilən ziyalılara təhlükə kimi baxır. Onlar yalnız Xomeyniçi idealogiyaya bağlı, dindar adamlara toxunmurlar. Məşhədə get, Quma get, təsbeh, saqqız, zəfəran almağa get, bütün İranı gəz, kimsə sənə toxunmaz. Amma Güney-Quzey söhbəti eləyən, türk dilində danışan quzeylilər daim izlənir, imkan olduqca da həbsə atılırlar. Dəfələrlə belə hadisələr yaşanıb. Azərbaycanda isə iranlılar yalnız cinayət törətdikləri üçün həbsə atılırlar. Bu baxımdan İranda həbs olunmuş ziyalılarımızın əvəzinə Bakıda həbs olunmuş iranlı cinayəkarların azad olunması şərti doğru deyil, insan hüquq və azadlıqlarına, beynəlxalq konvensiyalara ziddir. İran hökuməti bu quldur təfəkküründən əl çəkməlidir. Bu, yumşaq desək, quldur zehniyyətidir». Əli  Read More →

ismet_abbasov_erm_niye_gedir
0

Nazir: «Azərbaycanda havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına da ziyansız ötüşməyib» «Azərbaycanda ixtisaslaşmış aqrar bank təşkilatının yaradılmasının tərəfdarıyam». «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda aqrar sahəyə kredit ayıran kifayət qədər banklar var: «Eləcə də, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı vəsaitlər də müvəkkil banklar vasitəsi ilə fermerlərə verilir. Həmçinin, nazirliyin yanında Kənd təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyi tərəfindən də müvəkkil banklar vasitəsi ilə fermerlərə kreditlər ayrılır. Eyni zamanda, müəyyən bank olmayan kredit təşkilatları da bu işi həyata keçirir». Bununla yanaşı, nazir bildirib ki, gələcəkdə ölkədə hər hansı bir ixtisaslaşmış aqrar bankın yaradılması və bugünkü bankların hər hansı birinin aqrar bankı olaraq fəaliyyət göstərməsi məqsədəuyğun olardı. Son günlər Azərbaycan ərazisində havaların qeyri-sabit keçməsi kənd təsərrüfatı sahəsində də ziyansız ötüşməyib. İsmət Abasovun sözlərinə görə, son vaxtlar Azərbaycanda hava şəraitinin qeyri-sabit keçməsi, xüsusilə, Şimal və Aran rayonlarında leysan yağışlar nəticəsində kənd təsərrüfatının müəyyən sahələrinə ziyan dəyib. Nazir vurğulayıb ki, bunun əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin komissiyaları yerlərdə işlər həyata keçirir: «Bu gün hələlik bu sektora dəyən ziyanla bağlı konkret rəqəm demək düzgün olmazdır. Amma düşünürəm ki, fermerlərimiz, eləcə də bu işlə məşğul olan bütün insanlar ruhdan düşməməlidir. İstehsal olunan məhsulu vaxtında itkisiz yığmaq üçün lazımi tədbirlər həyata keçiriləcək». Fermerlərə dəyən ziyanın dövlət tərəfindən ödənilməsi məsələsinə gəldikdə isə, İ.Abasov vurğulayıb ki, dövlət tərəfindən fermerlərə kompensasiyanın verilməsi nəzərdə tutulmayıb. Nazir hesab edir ki, dünyanın heç bir yerində belə bir təcrübə yoxdur. Əgər fermerlər sığortalanıbsa, onlara dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənilə bilər.  Read More →

ehmed
0

«Məşayiyə zülm olunub, güman edirəm ki, vəliyyi-fəqihi olan ölkədə məzlumun haqqı bu cür tapdanmamalıdır» İyunun 14-də keçirələcək prezident seçkilərinə hazırlaşan İranda siyasi gərginlik artmaqdadır. Elə namizədlərin rəsmən elan edildiyi gündən ölkənin dini rəhbərliyilə siyasi hakimiyyət arasında qarşıdurma yeni müstəviyə keçib. Qeyd edək ki, İran Daxili İşlər Nazirliyi mayın 21-i axşam saatlarında Konstitusiyaya Nəzarət Şurasının prezidentliyə namizədliyini təsdiq etdiyi 8 namizədin adından ibarət siyahını yayıb. Həmin siyahıda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, sabiq prezident ayətullah Haşimi Rəfsəncaninin və İran prezidenti Əhmədinejadın qudası, Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayinin adları yoxdur və şura onların prezidentliyə namizədliyini rədd edib. Konstitusiyaya Nəzarət Şurasının bu qərarına İran prezidenti dərhal reaksiya verib. Mahmud Əhmədinejad qudasının seçkilərdə iştirakına qoyulan qadağa ilə bağlı ölkənin ali dini lideri Əli Xamneyiyə müraciət edəcəyini bəyanlayıb. İranın rəsmi İSNA agentliyinə açıqlamasında Əhmədinejad deyib: «Mən Məşainin namizədliyini dəstəklədim, çünki o, ölkə üçün çox şey edə bilərdi». Əhmədinejad ümid etdiyini bildirib ki, bu problem həll ediləcək. Onun sözlərinə görə, Məşayi bu işin öhdəsindən gələcək. İran prezidenti tərəfdarlarını səbirli olmağa çağırıb və əlavə edib ki, ölkədə bütün problemləri həll edən lider var. İran prezidentinin sözlərinə görə, o, Məşayinin namizədliyinin rədd olunması ilə bağlı problemin həlli üçün dini lider ayətullah Əli Xamneyiyə müraciət edəcək: «Məşayiyə zülm olunub. Güman edirəm ki, vəliyyi-fəqihi olan ölkədə məzlumun haqqı bu cür tapdanmamalıdır. Mən ölkə rəhbəri vasitəsilə son ana qədər məsələnin araşdırılmasına çalışacağam. Allah qoysa, bu problem öz həllini tapacaq. Mən Məşayini ölkə üçün mömin, saleh və xeyirxah bir insan kimi tanıyır, təqdim etmişəm». İranın sabiq prezidenti Əkbər Haşimi Rəfsəncani isə Keşikçilər Şurasının onun prezident seçkilərində iştirakının yolverilməzliyi haqqında qərarına etiraz etmək niyyətində deyil. Ötən gün Rəfsəncaninin vəkili Məhəmməd Rza Sadıqzadəyə istinadən «Fars» agentliyi belə məlumat yayıb. O, bildirib ki, Rəfsəncani islam qanunlarına riayət edir və Keşikçilər Şurasının qərarına müqavimət göstərməyə çalışmayacaq: «O, təbii ki, bu məsələ ilə balı öz fikrini bildirəcək». Lakin Rəfsəncaninin susmaq qərarı onu təzyiqlərdən sığortalaya bilməyib. Belə ki, prezidentliyə namizədlərin siyahısı açıqlanan gün axşam saatlarında onun seçki qərargahının fəalları tutulub. İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Rəfsəncaninin seçki qərargahında fəaliyyət göstərən Məhəmməd Möhsüni və Məhəmməd Kəbirini evlərindən tutub naməlum istiqamətə aparıblar. Onlardan başqa daha bir neçə nəfərin də həbs olunduğu xəbər verilir. Seçki qərargahında fəaliyyət göstərən jurnalist Fuad Sadiqi də Tehran prokurorluğuna çağırılaraq, dindirildikdən sonra həbs olunub. Haşimi Rəfsəncaninin qızı Fatimə Haşimi də jurnalistlərə açıqlamasında atasının prezidentliyə namizədliyinin rədd olunmasına reaksiya verib. O, deyib ki, mayın 21-i sübh saatlarından başlayaraq atasına prezidentliyə namizədliyini geri götürməsi üçün təzyiq edilib: «Atamın prezidentliyə namizədliyini rədd etmələrinin səbəbi haqda konkret heç bir dəlil göstərməyiblər. Sübh tezdən atama mesaj göndərdilər ki, prezidentliyə namizədliyini hökmən geri götürməlisən. Lakin atam razılaşmadı. Atam açıq və qətiyyətli şəkildə onlara dedi ki, mən namizədliyimi geri götürməyəcəyəm. Dedi ki, mən xalqa xəyanət edə bilmərəm, xalq mənə etimad göstərib və prezident seçkisinə qatılmağımı istəyib. Mən də onlara görə namizədliyimi irəli sürmüşəm. Xalq mənim siyasi səhnəyə qayıdışıma sevinir. İndi niyə məndən istəyirsiniz ki, namizədliyimi geri götürüm? Ümumiyyətlə nəyə görə namizədliyimi geri götürməliyəm ki? Mən xalqa yalan danışa bilmərəm». Fatimə Haşimi atasının prezidentliyə namizədliyinin rədd olunmasına hələlik hər hansı reaksiya vermədiyini deyib: «Güman etmirəm ki, atam buna hər hansı reaksiya versin və ya etirazını bildirsin. Hər halda çox sevinirik ki, Haşimi Rəfsəncani mövcud çətin şəraiti nəzərə alaraq üzərinə düşən vəzifəsini yerinə yetirdi». Maraqlıdır ki, İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin qızı Zəhra Müstəfəvi də ölkənin dini lideri Əli Xamneyiyə açıq məktub yazaraq prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin qeydiyyatına yenidən baxılmasını xahiş edib. Zəhra Müstəfəvinin məktubunda deyilir: «Vaxtilə İmamın (Xomeyninin) sizi ölkə rəhbərliyinə təsdiq etdiyini eşitdiyim gün onun Haşimi Rəfsəncaninin səlahiyyətini təsdiqlədiyini də eşitdim. İmam həmişə sizin adınızdan sonra onun adını çəkərdi. Lakin təəssüflər olsun ki, Konstitusiyaya Nəzarət Şurası bu gün onun prezidentliyə namizədliyini rədd edib. Mən sizə bir bacı kimi xəbərdarlıq edirəm ki, bu işin İmamın iki silahdaşı arasında ayrılıq salmaqdan, insanların sistemə və seçkilərə marağına xələl gətirməkdən başqa bir mənası yoxdur. Mən Haşimi Rəfsəncaninin əvvəlki adam olduğunu iddia etmirəm. Təbiidir ki, zaman keçdikcə hər bir insanda dəyişiklik əmələ gələ bilər. Lakin bir şey var ki, sizin tədricən bir-birinizdən ayrılmanız sistemə və inqilaba qarşı ən böyük xələl sayılır. Xomeyni həmişə deyərdi: «Xamneyi və Rəfsəncani bir-birinin yanında olanda yaxşıdırlar». Məhz bütün bunları nəzərə alaraq sizdən xahiş edirəm ki, bu mühüm məsələyə müdaxilə edəsiniz və indiyə qədər göstərilən bütün səylərin puça çıxmasına imkan verməyəsiniz». Cahangir  Read More →

morninqstar
0

Riçard Morninqstar: «Dağlıq Qarabağ münaqişəsinin həllinin enerji layihələrinin icrasına aidiyyəti yoxdur» «Enerji resursların diversifikasiyasında və qlobal enerji təhlükəsizliyin təminatında Azərbaycan və Türkiyənin rolu artır». APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib. Onun sözlərinə görə, Qərblə Şərq arasında körpü yaradan bu iki ölkə model kimi təqdim oluna bilər: «Azərbaycan Qərbə enerji resursların alternativ marşrutlarla nəqlini təmin edib. Azərbaycan NATO və tərəfdaşları üçün alternativ enerji tədarükü görülməsində mühüm rol oynayır. Növbəti ay biz «Şahdəniz» konsorsiumunun Azərbaycan qazını Avropaya daşıyacaq əlavə kəmər marşrutu ilə bağlı qərar qəbul edəcəyini gözləyirik. ABŞ istənilən marşrutun seçilməsinə neytral yanaşır, bu, TAP və ya «Nabucco West» ola bilər. Əsas odur ki, bu layihə Avropanın qaz təchizatını şaxələndirəcək və Azərbaycan qazının Avropaya nəql edilməsi üçün geniş imkanlar yaradacaq. Türkiyə də həmçinin enerji resursları istehsal edən ölkələr üçün neft nəqlinə imkanlar yaradır və Avropanın qaz təchizatının şaxələndirilməsinə öz töhfəsini verir. Azərbaycan ilə Türkiyənin Trans-Anadolu kəməri tikmək qərarı onların enerji körpüsü qurmaq öhdəliklərinin fiziki təsdiqidir». Morninqstar həmçinin əlavə edib ki, Azərbaycan və ABŞ arasında dialoq bundan sonra da davam edəcək: «Biz Dağlıq Qarabağ münaqişənin həllində maraqlıyıq, lakin bu məsələnin enerji layihələrinin icrasına aidiyyəti yoxdur. ABŞ-ın xarici siyasətində energetikanın rolunu şişirtmək lazım deyil. Energetika çox vacib məsələdir, amma ABŞ Azərbaycanda stabilliyinin təmin edilməsini vacib sayır». Səfir Milli Demokratiya İnstitutunun Azərbaycanda fəaliyyəti ilə bağlı məsələyə də toxunub: «Milli Demokratiya İnstitutu ilə bağlı məsələdə mühüm irəliləyiş əldə edilib. İnanıram ki, bu məsələ tezliklə öz həllini tapacaq».  Read More →

saz
0

Oktay «Şahsevəni», «Əfşarı», «Şah İsmayılı», «Misri Koroğlu»… Hər bir aşıq havasının dərin qatlarında keçmişin neçə-neçə açılmamış səhifəsinin, tarixin keşməkeşli olaylarının işartısı gizlənir… Ənənəvi aşıq havalarının mənşəyini araşdırarkən bir daha belə qənaətə gəlirsən ki, bəzi hallarda incəsənət nümunəsi tarixi sənədlərlə müqayisədə ötüb-keçmiş dönəmlər haqqında daha dolğun təəssürat yaratmaq iqtidarındadır. Bəlkə məhz elə bu səbəbdən birbaşa bizim etnogenetik yaddaşımıza ünvanlanan aşıq havaları varlığımızın ən dərin qatlarına sirayət edərək, bəzi hallarda rasional üsulla çətinliklə ifadə oluna biləcək həqiqətləri bizə aşılayır? «Bozoxu Koroğlu»… Bəzi çağdaş aşıq mühitlərinin təmsilçilərinin repertuarında qorunub-saxlanılmış bu havanın genetik kökləri, zənnimizcə, türksoylu xalqların etnik tarixinin ən dərin qatlarına gedib çıxır. Oxucuların diqqətinə təqdim etdiyimiz bu yazının əsas məqsədi fərziyyə şəklində irəli sürülən həmin müddəanı etnomusiqişünaslıq nöqteyi-nəzərindən əsaslandırmaqdan ibarətdir. Araşdırmamızı havanın adının etimoloji təhlilindən başlamaq məqsədəuyğun olardı. Türk dilləri tarixinin ən əski çağları ilə bağlı olan bu sözün bir neçə semantik yozumu mövcuddur. VII-XIII əsrlərə aid olan qədim türk yazılı abidələrin leksikası əsasında tərtib edilmiş lüğətdə «buzuq» sözü iki anlamda təqdim edilir: 1) pozulmuş, dağılmış (məsələn, «buzuq ev» ); 2)oğuz tayfalarının adı kimi. Xatırladaq ki, oğuz mənşəli bozoklar Azərbaycan, Anadolu, Türkmənistan türklərinin və b. xalqların soykökünün formalaşmasında iştirak edən qəbilə birləşmələrindən birinin adıdır. Mahmud Kaşqarinin məşhur «Divani-luğat-it türk» əsərində «qırıq», «yıkık» mənalarında işlənilən «bozuk» sözü ilə yanaşı «bozla» sözü də yer almışdır ki, onun da «səs vermək», «bağırmaq», «bozlamaq» semantik çalarları mövcuddur. Səciyyəvidir ki, polisemantizmi ilə seçilən «bozlamaq» felinin məna çalarlarından biri də «Kitabi-Dədə Qorqud» boylarında qorunub saxlanılmışdır. «Mərə qız, nə ağlarsan, nə bozlarsan ağa deyü» misrasında «bozlamaq» feli «ucadan ağlamaq» mənasında işlənmişdir. Təbii ki, «Bozoxu Koroğlu» havasının semantik məzmununu bilavasitə həm onun ifaçılıq özəllikləri ilə, yəni yüksək tessiturada zil səslə ifa olunması ilə, həm də «Koroğlu» eposunun verbal mətnində rast gəlinən «pozmaq», «dağıtmaq» felləri ilə bağlamaq mümkündür. Hətta bu tarixi semantikanın qanunları nöqteyi-nəzərindən təbii bir hal kimi də qəbul edilə bilər. Lakin düşünürük ki, təhlil etdiyimiz havanın mənşəyini, onun genetik qaynaqlarını qədim türk etnoslarından biri ilə əlaqələndirmək elmi baxımdan daha düzgün olardı. Onu da qeyd edək ki, elmi ədəbiyyatda «Bozoxu Koroğlu» havasının etnik mənsubiyyətinə dair artıq müəyyən fikirlər söylənilmişdir. Məsələn, professor Sədnik Paşayevin fikrincə, «Bozoxu» Boz oq»un təhrif olunmuş forması hesab etmək olar. Tədqiqatçının «Azərbaycan xalq yaradıcılığının inkişafı» əsərində qeyd olunduğu kimi, «saz havaları içərisindəki «Bozuğular» ozan qopuzundan qopmuş ilk musiqi sədalarıdır ki, əsrlərdən bəri zənginləşə-zənginləşə «Bozuğu» və «Koroğlu bozuğu» kimi bitkin aşıq melodiyalarına çevrilmişlər. İç oğuz — Boz oq və eləcə də Daş oğuz — Üç oq ellərinin coğrafi mövqeyinə və mühitinə uyğun qopuzda çalınan «Bozaq» (mahal, el havası) olduğu kimi, əcdadı Qazan xan olan Koroğlunun da Çənlibelə uyğun sazda çalınan «Koroğlu bozuğu» («Bozoq Koroğlu»su) havası yaradılmışdır». Gördüyümüz kimi, tədqiqatçı birmənalı şəkildə bizim günlərə qədər gəlib çatmış «Bozoxu» havasının mənşəyini oğuz qəbilələrindən olan «Boz oq»larla bağlayır. Yeri gəlmişkən qeyd edək ki, Bozoqların «Kitabi — Dədə Qorqud» dastanlarında adı çəkilən İç oğuzlarla identifikasiyası haqqında fikirlər digər Azərbaycan alimləri tərəfindən də irəli sürülmüşdür. Ş.Cəmşidovun «Kitabi — Dədə Qorqud» mətninin təhlili nəticəsində gəldiyi qənaətə görə, «İç oğuz — Boz oqdur, Daş oğuz — Üç oqdur. Deməli, oğuzun başçısı, hamisi «Boz oq»du, ona tabe olan hissəsinin başçısı isə «Üç oq»da olmalıdır». Qədim türklərin mifik təfəkkürünü araşdıran M.Seyidovun fikrincə isə, «əski oğuzlar dual təşkilat quruluşunun qanuna dayanaraq toplunu, cəmiyyəti — soyu, eləcə də yaradılışı iki hissəyə bölmüşlər İki soy — Bozoq, Üçoq (adlarındakı «oq» tərkibi oxşarlıq, «boz», «üç» isə ayrılıq əlamətidir), iki qoyun (ağ, qara), iki tam əks istiqamətli (sağ, sol) yurddakı ikilik, tam əks istiqamətlərin olması adi, təsadüfi deyil, əfsanə yaradıcısı ozanın istəyinin nəticəsi deyil. Bu, dual təşkilat quruluşunun əksliklər görüşü ilə səsləşir. Bu durum yuxarıda sadalanan quruşların, görüşlərin oğuzların həyatında, məişətində oynadığı rolun əksi, təkzibolunmaz təzahürüdür». Sonucda tədqiqatçının gəldiyi qənaətə görə, Bozoqların bir adı İçoğuz, Ağqoyun, Üçoqların isə Dışoğuz, Qaraqoyun olmuşdur. Aparılan araşdırmalar kontekstində M.Seyidovun aşağıdakı mülahizələri xüsusi önəm daşıyır: «Bizcə, Dədə Qorqud boylarındakı «Bozoq» adının önündəki «boz», bir sıra bilicilərin dedikləri kimi, «bozmaq» (lomat) — dan deyil, boz(rəng)dandı. Bozoq, yəni Ülgenə məxsus «oq» deməkdir». İçoğuzların (Ağqoyunluların) türk xalqlarının tarixi arenasında oynadığı önəmli rolu nəzərə alaraq onların əcdadları olan bozoqların adına ozanlar tərəfindən hava həsr edilməsi (aşıq leksikonunda «hava bağlanması») təsadüfi hal kimi qiymətləndirilməməlidir. Mənşəyi bozoqlarla bağlı olması ehtimal edilən bu hava zamanın qaçılmaz təsirinə məruz qalsa da, müxtəlif modifikasiyalara uğrasa da, arxetipik xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir.  Read More →

merkezi bank
0

Samir Əliyev: «Mərkəzi Bankın bazardan xeyli miqdar dollar alması siyasəti yerli sahibkarlığın inkişafına problem yaradır, ölkənin ixrac potensialını zəiflədir» Azərbaycan Mərkəzi Bankı son üç ayda bazardan 845 milyon dollar alıb. Bu qədər çox vəsait almasında başlıca məqsəd manatın dollara nisbətən kursunun daha çox möhkəmlənməsinə əngəl olmaqdır. Hazırda bildiyimiz kimi, dolların manata nisbətən kursu 100 dollar 78 manat arasındadır. Uzun müddətdir ki, kurs məhz bu səviyyədə saxlanılır. Proses göstərir ki, üç ay ərzində sözügedən məsələ üçün Mərkəzi Bank bazardan 845 milyon dollar alıbsa, il ərzində bu rəqəm 3 milyard dolları keçəcək. Görəsən, belə bir addımın nə kimi iqtisadi və inflyasiya təsiri ola bilər? Həmin proses Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasına gətirib çıxarmayacaqki? İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, manatın kursunun çox möhkəmlənməsi inflyasiyaya rəvac verə biləcəyindən Mərkəzi Bank hazırda kursun sabit saxlanılması siyasətini yeridir: «Son illərin müşahidələrinə görə, hökumət qarşısında manatın bahalaşması problemi dayanır. Bunun başlıca səbəbi isə dünya bazarında neftin qiymətinin baha olması və nəticədə ölkəyə kifayət qələr neft dollarının gəlməsilə bağlıdır. Belə proses avtomatik olaraq bazarda manatın kursuna təsir göstərir. Dolların dünya bazarında kursunun dəyişməsilə avtomatik olaraq manatın da dollara nisbətən kursu dəyişir. Son illər müəyyən dövrdəki cüzi bahalaşmanı nəzərə almasaq, dolların manatla müqayisədə ucuzlaşması tendensiyası gedir. Belə halda manat möhkəmlənir. Mərkəzi Bank manatın daha da bahalaşmasının qarşısını almaq yolunu tutaraq, son illər manat dollar nisbətində stabil kursunu müəyyənləşdirib. Qurum bahalanma dəhlizini il ərzində 1 faizdən çox olmamaqla, 0,3-0,5 faizlik həddində qoyub. Bunun təbii ki, iqtisadi mənada müəyyən ziyanı da var. Faktiki olaraq, həmin vəziyyət yerli sahibkarlığın inkişafına problem yaradır, ölkənin ixrac potensialını zəiflədir. Hazırda ölkənin ixracının 95 faizini neft və neft məhsulları təşkil edir. Son illərin xarici ticarət balansında ixracın artması ilə yanaşı idxal prosesinin artması özünü daha kəskin şəkildə göstərir. Çünki dollara nisbətən milli valyutanın baha olması ilə idxal malları ölkəyə dolur. Bu da xaricdən gətirilən malların daxillə müqayisədə ucuz başa gəlməsindən qaynaqlanır. Hökumət indiki halda nəinki manatın kursunun bahalaşmasının qarşısını almalı, hətta ucuzlaşdırma siyasəti yürütməli, yerli sahibkarlıq stimullaşdırılmalıdır. Təəssüf ki, bunu görə bilmirik. Manatın kursunun sabit qalması sosial baxımdan əhəmiyyətlidir. Bu halda insanların aldığı əmək haqqının ucuzlaşması müəyyən baxımdan kompensasiya edilir. Manatın kursunun sabit qalması həm də inflyasiyanın qarşısını alır. Mərkəzi Bank manatın dollara nisbətən ucazlaşması siyasətini aparsaydı, inflyasiya ötən ilki kimi 1,1 faiz deyil, daha çox olardı. Buradan anlşaşılır ki, Mərkəzi Bank iflyasiyanı cilovlamaq üçün manatın kursunun sabit saxlanılması siyasətini həyata keçirir». Ekspert bu qənaətdədir ki, Mərkəzi Bankın bazardan xeyli miqdar dollar alması heç də bankın valyuta ehtiyatlarının azalmasına gətirib çıxarmayacaq: «Əksinə, Mərkəzi Bank bazardan dollar alaraq öz valyuta ehtiyatlarına daxil edir. Yəni dollar həcmini artırır. 2009-cu ildə bütün ölkələrdə devalvasiya getdi, pul dəyərdən salındı, amma Azərbaycan buna getməyərək, həmin dövrdə manatın kursunu saxlamaq üçün valyuta ehtiyatına böyük həcmdə pul xərclədi. Dünyada neftin qiyməti indiki kimi, 100 deyil, 60-80 dollar və bu proses uzun müddətli olarsa, artıq manata güclü təzyiq olacaq və nəticədə milli valyutamızın ucuzlaşması prosesi baş verəcək. Belədə Mərkəzi Bank manatın kursunu saxlamaq üçün valyuta ehtiyatı olan dolları dövriyyəyə buraxacaq. Həticədə onun valyuta ehtiyatının azalması prosesi gedəcək. İndilikdə isə əksinə, vəziyyətin belə olması bankın valyuta ehtiyatının daha da artmasına gətirib çıxarır». İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bildirdi ki, Mərkəzi Bankın atdığı sözügedən addım iqtisadiyyata hər hansı bir mənfi təsiri olmayacaq. Bu prinsip yalnız və yalnız manatın hazırkı kursunu qoruyub saxlamağa hesablanıb: «Bazardan dollar alması Mərkəzi Bankın sterizasiya tədbirlərilə bağlıdır. Belə ki, Mərkəzi Bank manatın kursunun kəskin möhkəmlənməsinin qarşısını almaq üçün dolları dövriyyədən çıxarmağa çalışır. Ölkəyə daxil olan valyutanın böyük hissəsi neft ixracından əldə edilən dollar kütləsi olduğunu və praktik olaraq ixracın idxalı üstələməsi birmənalı şəkildə Azərbaycana daha çox valyutanın daxil olmasına gətirib çıxarır. Belə olan halda Mərkəzi Bank əkssterilizasiya tədbirləri həyata keçirmək məcburiyyətindədir ki, dolların dövriyyədə payının azaldılması ilə manatın kəskin möhkəmlənməsinin qarşısını almaq mümkün olsun. 2012-ci ilin yekununa görə Azərbaycan ixracatı 23,9 milyard, idxalı isə 9,7 milyard dollar olub. Yəni ixracat idxalı 2,5 dəfə üstələyib. Bu yolla Mərkəzi Bank manatın dollara nisbətən məzənnəsinin stabil qalmasına çalışır. 2013-cü ildə indiki məzənnə qorunub saxlanılacaq. Dolların dövriyyədən çıxarılması Mərkəzi Banka imkan verəcək ki, sonrakı dönəmdə dolların təzyiqi artdığı zaman həmin valyutanı yenidən dövriyyəyə çıxartmaqla satmaq imkanı qazansın. Amma indiki halda dolların bazardan alınması daha çox manatın indiki məzənnəsinin qorunub saxlanılmasına xidmət edir». Rüfət Sultan  Read More →

media-qelem
0

Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fərdi jurnalist yazıları müsabiqəsi elan edib. Müsabiqənin məqsədi Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafının KİV-lərdə təbliğini daha da genişləndirmək və bu sahədə peşəkar idman jurnalistlərinin yaradıcılığını keyfiyyətcə yeni mərhələyə qaldırmaqdan ibarətdir. Müsabiqənin mövzusu «Azərbaycanda idman və Olimpiya Hərəkatı: inkişaf tarixi, nəticələr və prespektivlər»-dir Müsabiqəyə təqdim olunan yazılara aid tələblərə görə, dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. QEYD: İnformasiya agentliklərində və region mətbuatında çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etməlidirlər. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi «qara siyahı» ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunmuş yazıda «Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün» qeydi göstərilməlidir. Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması Müsabiqədə I -ci yer üçün bir nəfər — 1000 (bir min) manat II -ci yer üçün bir nəfər — 800 (səkkiz yüz) manat III -cü yer üçün bir nəfər — 500 (beş yüz) manat qalibin mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə 5 (beş) yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcək. Həvəsləndirici mükafat — 100 (yüz) manat Qaliblər, həmçinin Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar. Müsabişə haqqında daha geniş məlumatı www.kivdf.gov.az saytından əldə etmək olar.  Read More →

qatar
0

Mayın 26-dan etibarən «Azərbaycan Dəmir Yolları» QSC-nin ölkədən kənara və ölkə daxilində sərnişin qatarlarının hərəkət cədvəllərində bəzi dəyişikliklər ediləcək. QSC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Bakı-Moskva sürət qatarı — həftədə bir dəfə «Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus heyətlə Bakıdan III günlər saat 21:55-də yola düşəcək. Qatar Kurskaya stansiyasına (Moskva) VI günlər saat 04:15-də çatıb və həmin gün saat 16:49-da əks istiqamətdə yola düşəcək. Vaqonlar təmirdən qayıtdıqdan sonra «Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus heyətlə ikinci qatar Bakıdan VII günlər yola düşəcək. Həmçinin, Bakı-Moskva sürət qatarı — həftədə iki dəfə Rusiya Dəmir Yollarına məxsus heyətlə Bakıdan I və V günlər saat 21:55-də yola düşəcək, Kurskaya stansiyasına I və IV günlər saat 04:15-də çatacaq. Moskvadan qatar həftənin II və V günləri saat 16:49-da yola düşəcək. Bakı-Xarkov sərnişin qatarı Azərbaycana məxsus heyətlə dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcək. Bakı-Tümen sərnişin qatarı Rusiyaya məxsus heyətlə günaşırı öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək. Qatarın tərkibində qoşma Çelyabinsk-Bakı, Ufa-Bakı, Samara-Bakı, Saratov-Bakı vaqonları və yay mövsümündə Novosibirsk-Bakı birbaşa vaqonu hərəkət edəcək. Bakı-Rostov sərnişin qatarı Şimali Qafqaz Dəmir Yoluna məxsus heyətlə dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcək. Bakı-Tbilisi sərnişin qatarı öz hərəkət cədvəli və sxemi üzrə hər gün hərəkət edəcək. Yerli istiqamətdə hərəkət edən digər sərnişin qatarları öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.  Read More →

turizm
0

Masallı rayonunda təşkil olunmuş turizm sərgisi ilə rayonda turizm mövsümünün açılışına rəsmən start verilib. APA-nın Cənub bürosunun məlumatına görə, Masallı rayonun İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun, əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin, yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə qonaqlar milli mətbəxin ləziz taamlarından dadmaqla bərabər, istirahət mərkəzlərinin təklif etdiyi xidmətlərlə tanış olublar. Sərgidə həmçinin nümayiş etdirilən el sənətkarlarının əl işləri, müxtəlif eksponatlar maraqla qarşılanıb. Rayonun icra başçısı R.Hüseynov bu gün turizm sahəsində çalışan sahibkarların dövlət səviyyəsində dəstəkləndiyini qeyd etməklə bərabər, bir sıra turizm obyektlərində müəyyən çatışmazlıqların mövcud olduğunu onların nəzərinə çatdırıb. Masallı rayon mədəniyyət və turizm şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hazıpda payonda 28 tupizm məpkəzi fəaliyyət göstəpip. Bu obyektləpdə gün əpzində 1 200 tupistin istipahəti üçün münasib şəpait yapadılıb. Masallıya gələn tupistləpə 3 istiqamətdə mapşputlap üzpə ekskupsiya xidmətləpi təklif olunup. Bupa əsasən rayonun gəzməli-görməli yerləri, zəngin flora və faunası, tarixi abidələri ilə tanışlıq daxildir. Turizm mövsümünün açılışına həsr olunmuş tədbir yerli incəsənət xadimlərinin ifasında musiqi proqramı ilə davam edib.  Read More →