Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyədə “YouTube” qalmaqalı

28.03.14, 13:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Baş Prokurorluq məxfi məlumatların dərc olunmasına dair araşdırmalara başlayıb

Türkiyədə məşhur "YouTube" video servisinə birbaşa girişinin bağlanmasına səbəb qeyd olunan video portalda təhlükəsizlik məsələləri ilə bağlı Suriyadakı vəziyyətlə bağlı keçirilmiş məxfi iclasın görüntülərinin yayımlanması olub.
APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl Suriya qırıcı təyyarəsinin Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulması və Suriya ərazisində yerləşən Süleyman Şahın məqbərəsi ətrafında yaranmış vəziyyətlə bağlı keçirilmiş qeyd olunan iclasda Türkiyə XİN rəhbəri, Milli Kəşfiyyat rəisi və Baş Qərargahın nümayəndələri iştirak edib.
Baş Prokurorluq tərəfindən başlanmış istintaq qanunsuz və casusluq fəaliyyəti ittihamı üzrə aparılır. Türkiyə XİN-in açıqlamasında bildirilir ki, yayımlanmış materiallar, ilk növbədə, milli təhlükəsizlik nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malikdir, onların "YouTube"də dərc olunması isə Türkiyənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. "Bu casusluq fəaliyyətidir və çox ağır bir cinayətdir. Bu insident bizim dövlətin üzləşdiyi kiber hücum təhlükəsinin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Bunu edən cinayətkar şəbəkələr bizim dövlətin və xalqın düşmənləridir", deyə XİN bəyanatında bildirilir.
Qeyd edək ki, Türkiyənin Rabitə və Telekommunikasiya İdarəsi martın 27-də internetin milli seqmentindən məşhur "YouTube" video servisinə birbaşa girişinin bağlanmasına qərar verib.
APA-nın "Hurriyet Daily" qəzetinə istinadən verdiyi xəbərə görə, qurumun rəsmi saytında, YouTube.com resursunun statusunun yoxlanılması bölməsində video servisə girişin bağlanıldığı qeyd olunub.
"Hurriyet Daily" qeyd edir ki, Türkiyənin güc strukturlarının yüksək rütbəli nümayəndələrinin görüşü əks olunan videoyazı "YouTube"də dərc edildikdən bir neçə saat sonra Telekommunikasiya İdarəsi (TIB) qeyd olunan video servisə girişi bağlayıb.
Qəzetin məlumatına görə, görüş zamanı Suriyaya mümkün hərbi müdaxilə məsələsi müzakirə olunub.
Qeyd edək ki, ötən həftə Türkiyədə məhkəmə "Twitter" mikrobloqlar servisinə girişə qadağa qoyub.
Türkiyə hakimiyyətinin bu qərarı ictimaiyyət tərəfindən kəskin tənqidə səbəb olub.

Bu xəbər oxundu
- - -