Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AŞPA həmməruzəçiləri Azərbaycanla bağlı hesabatla çıxış edəcəklər

10.02.14, 13:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri qurumun Monitorinq Komitəsinin fevralın 27-28-də Maltanın Sent-Culians şəhərində keçiriləcək iclasında Azərbaycana səfərlərinin nəticələri haqda hesabatla çıxış edəcəklər.
APA-nın AŞPA mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, həmməruzəçilər Pedro Aqramunt və Cozef Debono Qrex Bakıya və Naxçıvan Muxtar Respublikasına səfərləri barədə hesabat verəcəklər. İclasda AŞPA-nın Ukraynaya yolladığı tanışlıq missiyasının nəticələri, Albaniyada vəziyyət də müzakirə olunacaq, eləcə də Makedoniya, Monteneqro və Monako üzrə həmməruzəçilər təyin ediləcək.
Xatırladaq ki, P. Aqramunt və C. D. Qrex yanvarın 20-24-də Azərbaycanda səfərdə olublar.

Bu xəbər oxundu
- - -