Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanın gələcəyi islahatlardan asılıdır”

13.03.17, 13:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qüdrət Həsənquliyev: “Dövlətin, xalqın mənafeyi naminə atılacaq hər bir addıma dəstək verməyə hazırıq”

Martın 11-də Bütöv AzərbaycanXalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib. İclasda təşkilat və ictimai-siyasi vəziyyətlə bağlı məsələlər müzakirə olunub. BAXCP Ali Məclisinin sədri Vaqif Abışovun təqdimatına əsasən
Ailə, qadın və uşaq məsələləri üzrə komitənin sədri Nərmin Əbilova BAXCP İdarə Heyətinin üzvü, Ali Məclis sədrinin müavinləri Faiq İsmayılov Qarabağ, Bəhruz Cabbarlı isə Elm və təhsil komitələrinin sədri seçiliblər.
İctimai-siyasi vəziyyətlə bağlı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev geniş məruzə ilə çıxış edib. BAXCP sədri ölkənin ictimai-siyasi həyatında ciddi hadisələrin, islahatların baş vermədiyini, baş verənlərin isə köklü dəyişikliklərə yol açmadığını deyib: “Bizim böyük gözləntilərimiz var, amma bu gözləntilər təəssüf ki, hələlik özünü doğrultmur. Ölkədə ciddi dəyişikliklərə nail olmaq üçün ilk növbədə iqtisadiyyat və ticarət liberallaşdırılmalıdır. Korrupsiyanın səviyyəsinin azaldılması istiqamətində görülən işlər də təəssüf ki, qənaətbəxş deyil, bu istiqamətdə də ciddi addımlar atılmalıdır”.
Bank sistemində ciddi islahatlar aparılmadığını deyən BAXCP sədri qeyd edib ki, manatın kursunun sərbəst buraxıldığı elan olunsa da milli valyutanın dəyəri süni surətdə qaldırılır və yaxud endirilir: “Bu da bir cox hallarda nüxtəlif manipulyasiyalara yol acır, qara bazarda bu prosesin sürətlnəməsinə gətirib çıxarır. Hər halda manatın kursu sabit buraxılmadı. İndi əlbəttə son aylarda manatın kursunda bir az sabitlik yaradılıb. Bu da iqtisadiyyatdan daha cox neftin dünya bazarlarındakı qiymətinin təqribən 50-60 dollar civarında qalması sayəsində ölkəninin valyuta əldə etməsinin, idxalın kəskin surətdə azalmasının nəticəsində baş verib. İş adamlarının coxu idxal əməliyyatlarını faktiki surətdə dayandırıblar. Bunun nəticəsində də valyutaya tələbat azalıb”.
Qüdrət Həsənquliyev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində də irəliləyişin olmadığını bildirib. Türkiyə prezidentinin Rusiyaya səfərindən söz açan BAXCP sədri onun Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı ilə bağlı təşəbbüsünü müsbət dəyərləndirdiyini vurğulayıb: “Biz əvvəllər də partiya olaraq Türk-Slavyan respublikaları ittifaqının yaradılması təşəbbüsü ilə çıxış etmişdik. Hesab edirdik ki, Azərbaycan bu format daxilində Qarabağ münaqişəsini ədalətlə həll edə bilərdi. İndi isə hesab edirik ki, Ərdoğanın bu təşəbbüsü partiyamız tərəfindən dəstəklənə bilər. Amma bir şərtlə ki, bu proqram Daqlıq Qarabağ münaqişəsinin həllində öz töhfəsini vermiş olsun. Əminəm ki, Türkiyə prezidenti də bu nöqteyi-nəzərdən təşəbbüslə çıxış edib”.
Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasından danışan BAXCP sədri qeyd edib ki, insanların böyük qisminin ondan böyük gözləntiləri var: “Arzu edək ki, bu gözləntilər həyata kecsin. Onun ilk toplantısı da qaçqınların sosial vəziyyətinin yaxşılaşması ilə bağlı olub. Dəfələrlə demişəm ki, 9 min ailə, hər ailədə 4-5 nəfər götürdükdə 45 min edir, qəzalı binalarda yaşayır. Həmin binaların əksəriyyəti də Bakıda yerləşir. Mehriban xanımın sədrliyi ilə keçirilən ilk müşavirədə də bu məsələyə toxunulub. Düşünürəm ki, Mehriban Əliyeva müsbət işlər görəcək. Hesab etmirəm ki, onun yerinə başqası təyin olunsaydı ondan artıq iş görə bilərdi. Biz isə istər prezident olsun, istər birinci vitse prezident, istər başqa məmur, dövlətin, xalqın mənafeyi naminə atacağı hər bir addıma dəstək verməyə hazırıq. Azərbaycanın gələcəyi islahatlardan asılıdır”.

Bu xəbər oxundu
- - -



___

Dövlət İmtahan Mərkəzi (DİM) təhsil ekspertlərinin ünvanına sərt bəyanatla çıxış edib. (ardı...)