Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb

16.03.17, 14:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzlayıb.
Sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər.
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevin verdiyi məlumata görə, siyahıda 423 nəfərin adı var. Ömürlük həbs cəzası almış 2 nəfərin cəza müddəti 15 ilə endirilib. Onlardan biri "Qara kəmər" əməliyyatı zamanı həbs edilmiş DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi general Zakir Nəsirovdur. Siyahıda həmçinin "siyasi məhbus" adı ilə tanınan 7 nəfərin adı da var.
Bunlar Qənimət Zahidin qohumları olan Rüfət və Rövşən Zahidovlar, NİDA-çı Elvin Abdullayev, Əbdül Əbilovdur. Emin Millinin qaynı Nazim Ağabəyov da azadlığa buraxılıb.
REAL hərəkatının rəhbəri İlqar Məmmədovun və sabiq səhiyyə naziri Əli İnsanovun adı siyahıda yoxdur.

Bu xəbər oxundu
- - -



___

Dövlət İmtahan Mərkəzi (DİM) təhsil ekspertlərinin ünvanına sərt bəyanatla çıxış edib. (ardı...)