Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Milli Məclisin növbəti plenar iclası keçirilib

17.03.17, 12:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Millət vəkilləri hökumətin hesabatını müzakirə ediblər

Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə bir məsələ - Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı daxil edilib.
İclasda baş nazir Artur Rasizadə və digər hökumət üzvləri də iştirak edib. “Təqdim olunan hesabatdan görünür ki, dünyada qeyri-müəyyənlik davam edir. Lakin Azərbaycan prezidentinin həyata keçirdiyi işlər nəticəsində ölkə iqtisadiyyatına demək olar ki, ziyan dəyməyib” - deyə Milli Məclisin sədri Oqtay Əsədov bildirib.
Oqtay Əsədov qeyd edib ki, hökumət ötən il verilən təklifləri nəzərdən keçirib. Hazırda baş nazir Artur Rasizadə məruzə ilə çıxış edir.
Daha sonra millət vəkilləri çıxış ediblər.
Millət vəkili Musa Qasımlı bildirib ki, Azərbaycanda tarixdə görülmədiyi qədər dəmiryol sistemi yenilənib və yenidən qurulub.
O bildirib ki, ölkə başçısının müəyyənləşdirdiyi strateji xəttin uğurla həyata keçirilməsi nəticəsində nəinki ölkə iqtisadiyaytı dünyada baş verən mənfi tendensiyalardan yan keçib, əksinə iqtisadiyyatda müsbət meyllər qeydə alınıb.
Deputat Yardımlı və Masallı rayonlarındakı həllini gözləyən problemləri Baş nazirin diqqətinə çatdıraraq, onun həllində Azərbaycan hokumətindən yardım istəyib. O xüsusən, Yardımlı rayon kəndlərinin qazlaşdırılmasının sürətləndirilməsini, kəndlərarası yol və körpülərin tikintisini, su təchizatının daha da yaxşılaşdırılması ilə bağlı həllini gözləyən problemləri qabardıb: “Yardımlı-Masallı magistralının yenidən qurulmalıdır. Sovetlər dövründə Yardımlıya asfalt yol olmayıb. Ancaq Azərbaycan prezidenti İlham Əliyevin sayəsində Yardımlıya asfalt salınıb. Lakin son illərdə Ələt-Astara magistralının tikintisi zamanı Yardımlı ərazisindən bu yolun tikintisi üçün daşınan torpaq nəticəsində yol dağılıb. Düzdür, yol tikintisini həyata keçirən şirkət yolu sonda asfalt edəcəyini öhdəlik kimi üzərinə götürsə də, bunu etməyib. Odur ki, Yardımlı əhalisi ölkə başçısı tərəfindən onlara hədiyyə kimi asfalt edilən yolun bərpasını səbrsizliklə gözləyir”.
Deputat Əli Məsimli bildirib ki, 2016- ci ildə yaranmış vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər görülüb: “Beynəlxalq Valyuta Fondu ötən il iqtisadiyyatımızda 2,5 faiz artım olacağını proqnozlaşdırmışdı. Ancaq hökumət bu rəqəmin 1,8 faiz olacağını vurğulamışdı. Təəssüf ki, ötən il artım əvəzinə 3,1 faiz enmə müşahidə olunub. İlk növbədə islahatlar xalqa çatdırılmalı və onlar tərəfindən dəstəklənməlidir”.
Deputat İTV-də iqtisadiyyatla bağlı blok yaradılmasını da təklif edib:
“Bunun üçün İTV-də Rusiyada olan biznes kanalı formasında bir blok yaradılsın və əhali iqtisadi proseslərlə bağlı məlumatlandırılsın. Rayonlarda yeni iş yerlərinin açılması istiqamətində işlər görülməlidir”.



“Bazarlar od tutub yanır”


Deputat Fəzail Ağamalı “bazarlar od tutub yanır. Ətin, tərəvəz məhsullarının, digər ərzaq mallarının qiyməti durmadan qalxır”, - deyə bildirib. O, iclasda iştirak edən hökumət üzvlərinin diqqətinə çatdırıb ki, problemin həlli üçün təcili tədbirlər görülməlidir: “Unutmayaq ki, sahibkarlıq “qızıl təbəqə” adlandırılır. Bəzi möhtəkirlər vəziyyətdən sui-istifadə edirlər. Bunlar barədə sərt tədbirlər görülməlidir. Ölkədə maliyyə çətinlikləri var”.
Deputat onu da bildirib ki, “Sovetski” ərazisində yollar təmir adı altında dağıdılıb: “Hörmətli baş nazir, xahiş edirəm, səlahiyyətlərinizdən istifadə edib, o ərazilərdə yolların bərpa edilməsinə kömək edəsiniz”.


“İcra orqanlarında bürokratik əngəllər var”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli ötən ilin struktur islahatları ilə yadda qaldığını qeyd edib. O bildirib ki, xüsusilə maliyyə, gömrük və vergi sektrounda ciddi struktur islahatları aparılıb. H.Rəcəbli vurğulayıb ki, ötən il qəbul olunan yeni proqrama əsasən 1800 ailə özünəməşğulluq sosial layihəsində istifadə etməyə başlayıb: “Burada əsas məqsəd özünəməşğulluğun artırılmasıdır. Ötən il turizm sektorunda da mühüm işlər görülüb və minlərlə yeni iş yaradılıb”. Deputat bəzi nöqsanların da olduğunu bildirib: “Təəssüflə qeyd edilməlidir ki, icra orqanlarında bürokratik əngəllər hələ də var. Bunlar kiçik sahibkarlığın inkişafına mane olur. Bilirsiniz ki, Novruz bayramı münasibətilə ilə Azərbaycana İrandan çoxlu turist gələcək. Lakin gömrükdə birnövbəli sistemdir”. Deputat qeyd edib ki, Lənkəran-Astara yoluna nəinki xarici turusti, heç yerli turisti də buraxmaq olmaz. Çünki o yolda vəziyyət həddən artıq dəhşətli vəziyyətdədir. Onun sözlərinə görə, Ələt-Astara yolunun tikintisi getdiyindən bu istiqamətdəki mövcud yol bərbad vəziyyətdədir. O əlavə edib ki, 2017-ci ilin ikinci yarısında bu yolun hazır olan hissəsinin istifadəyə verilməsi gözlənilir: “Ümid edirik ki, yolun hazır olan hissəsi ilin ikinci yarısında vətəndaşların istifadəsinə veriləcək. Çünki yol elə bərbad vəziyyətdədir ki, o yola nəinki xarici turistləri heç daxili turistləri və vətəndaşları buraxmaq olmaz. Ona görə də bu yolun qısa zamanda baş çatdırılması vacibdir. Əgər bu yol istifadəyə verilərsə, bu bölgənin turizm potensialının inkiaşfına öz müsbət təsirini göstərə bilər”.


“Zəhərlənmə halları ona görə baş verir ki...”

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov parlamentin iclasında dəm qazından zəhərlənmələrə münasibət bildirib: “Dədə-babadan evlərdə odun da yandıralanda, orada baca olurdu. Çünki baca vasitəsi ilə zəhərli qaz çıxır. Zəhərlənmə halları ona görə baş verir ki, yaşayış evlərində belə bir yer yoxdur”.
Qeyd edək ki, dəm qazından zəhərlənmə hallarının qarşısını almaq üçün deputat ElmiraAxundova təklif verib: “Təklif edirəm ki, “Azəriqaz” qaz xətləri yeni qurulan zaman evlərdə sayğaclarla yanaşı, dəm qazını hiss edən avtomatik qurğu yerləşdirsin. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq. Mövcud abonentlərin evində isə bu qurğular məcburi quraşdırılsın”.
Valeh Ələsgərov isə bildirib ki, kim istəyir evində dəm qazını müəyyən edən indiqator, termometr qoya bilər: “Amma bu, “Azəriqaz”ın işi deyil. Kimlərsə bu cihazları qoyandan sonra rahat yatır, arxayın olur. “Azəriqaz” bunu etməli deyil. Birinci növbədə, əhali evində baxsın ki, qaz yanan zaman əmələ gələn maddələr evdən çıxır ya yox?”.
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, “Azərbaycan hökumətinin 2016-cı ildəki nailiyyəti qənaətbəxşdir və ötən ildə ölkə başçısı tərəfindən çoxplanlı şəkildə addımlar atılıb, işlər görülüb, islahatlar həyata keçirilib”.
Onun sözlərinə görə, dünyada baş verən hadisələrin içərisində ötən il Azərbaycanda islahatlar aparılıb, beynəlxalq münasibətlər genişləndirilib: “Təkcə ötən il Milli Məclisdə həm iqtisadiyyatımız, həm bank kredit, həm vergi, həm də digər sistamlərlə bağlı qanunlar qəbul olunub. Azərbaycan prerzidentinin təşəbbüsü ilə hazırlanan “Strateji yol xəritəsi”nin mərhələli şəkildə həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işlərini və digərlərini nəzərə alsaq, ötən il hökumətin gərgin dövrdə yüksək fəaliyyət göatırdiyini deyə bilərik. Hesab edirəm ki, bu fəaliyyət gələcək də davam edəcək. Bəzən müəyyən məsələləri başqa-başqa ölkələrlə müqayisə edirlər. İstər nefti olan və istərsə də olmayan ölkələrə nəzər salsaq, orada da qiymət artımının olduğunu, eləcə də valyuta dəyişməsindəki fərqlərin olduğunu görərik. Çin, Rusiya, Türkiyədə də belə hallar var”.
Deputat söyləyib ki, qiymətlərin süni şəkildə aratırılmasının qarşısı alınmalıdır.


“Banklar vətəndaşları soyur”

Siyavuş Novruzov bank kreditlərinin faizlərinin yüksək olması ilə bağlı narazılığını bildirib. O qeyd edib ki, postsovet ölkələri arasında ən yüksək kredit faizi Azərbaycandadır: “Belə olan halda, kredit alan hər hansı bir sahibkar heç bir bizneslə məşğul ola bilməz. Dollarla depoziti vətəndaşdan 3 faizə götürürsə, krediti digər vətəndaşa 24 faizə verir. Belə olan halda, bir vətəndaşdan 21 faiz gəlir götürülür. Bu faizə kredit götürən vətəndaş onu qaytara bilmir. Məlumdur ki, o, həmin krediti qaytara bilməyəcək və bunu etmək mümkün də deyil. Bu baxımdan Mərkəzi Bank bu məsələlərə ciddi şəkildə nəzarət etməli və hesablanmalıdır ki, hansı əsasa görə vətəndaşlara belə yüksək faizələ kredit verilir.
Banklar vətəndaşları soyur, onları hüquq mühafizə orqanları qarşısında asılı vəziyyətə salırlar. Bu məsələlər ölçülüb- biçilməlidir. Dünya praktikasından istifadə olunmalıdır. Yoxsa kimin ağlına nə faiz gəlirsə, onu təqdim etməsi düzgün deyil. Biz ilk növbədə Prezidentin qeyd etdiyi kimi, vətəndaşlarımızı qorumalıyıq”.
Siyavuş Novruzov vurğulayıb ki, Azərbaycanda struktur islahatları aparılmalıdır: “Azərbaycanda 18-19 nazirlik, şirkət və komitə var. Bir ölkənin nazirliyi həmin ölkənin sturkturudur. Bəzi nazirliklərinin regional idarələri də mövcuddur. Əgər lazımdırsa, nazirliklərin hamısının regional idarələri yaradılsın. Kimsə axşam yatıb səhər durub deyir ki, mən öz struktrumun regional idarələrini yaratdım. Bunu hansı əsasla edirlər? Bunun effektivliyi öyrənilibmi?
Bəzi hallalda görürsən ki, həmin strukturlar 2 aydan sonra ləğv olunur, əvvəlki sistemə qayıdılır və yaxud kim hansı rayonu istəyirsə, özünə regional mərkəz seçir. Bu, nəyə əsasən seçilir? İnsanlar başa düşməlidir ki, bu, nə üçün həyata keçirilir”-deyə o, qeyd edib.
Siyavuş Novruzov “çox təqdirəlayiqdir ki, icbari sığorta ilə bağlı iki rayonda pilot layihə həyata keçirilir. Əgər bu özünün doğruldursa, digər rayonlara da tətbiq olunsun. Əgər doğrultmursa, o zaman digər rayonlara tətbiq olunmamalıdır”, - deyə bildirib. O bildirib ki, bundan başqa kim hansı rayonu istəyirsə, onu mərkəz seçir: “Mərkəzlər digər rayonlardan ora gələnlər üçün rahat olmalıdır. Lakin bəzən baxırsan ki, tam əksinədir. Kim harada istəyir mərkəzi strukturunu orada edir. Bunların hamısı mərkəzləşdirilmiş qaydada ciddi şəkildə qurulmalıdır. Biz bilirik ki, yerli icra hakimiyyətləri cənab prezidentin təyin etdiyi səlahiyyətli nümayəndədir. Belə olan halda, biz onların səlahiyyətlərini alıb mərkəzləşdiririk və vətəndaşlar icra hakimiyyətinə müraciət edir. Düzdür, prezidentin tapşırığı ilə nazirlər ayr-ayrı yerlərdə görüşlər keçirir, şikayətləri dinləyirlər. Lakin kimin nə işi varsa, haqlı olaraq birbaşa icra hakimiyyətinə müraciət edir. Çünki vətəndaşlar bilir ki, hökümətin yerlərdə nümayəndəsi rayon icra hakimiyyətidir. Dövlətin təmsilçisi onlardır. Lakin biz onlardan bütün səlahiyyətləri alırıq. Mərkəzləşdirilmiş qaydada müəyyənləşdirdikdən sonra yerli icra hakimiyyətlərində heç bir səlahiyyət qalmır. Onlar sadəcə olaraq küçə süpürmək və digər işləri həyata keçirirlər. Amma müvafiq işləri onladan tələb edirik”.
Deputat özəl sektorlarda insanların işdən çıxmasını də təndiq edib: “Özəl sektorlarda insanlar yerli-yersiz işdən çıxarılır və ya əmək haqlarının yarısı kəsilir. Bunun da qarşısı alınmalıdır. Azərbaycanda azad bazar iqtisadiyyatıdır. Lakin biz özəl sektordan vətəndaşların hüquqlarının qorunmasını tələb etməliyik. Özəl sektorlar oz ciblərinə deyil, vətəndaşların cibinə toxunur. Buna nəzarət olunmalıdır” – deyə, Siyavuş Novruzov əlavə edib.

Əli

Bu xəbər oxundu
- - -



___

Dövlət İmtahan Mərkəzi (DİM) təhsil ekspertlərinin ünvanına sərt bəyanatla çıxış edib. (ardı...)