Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Baş nazir Milli Məclisdə hesabat verdi

17.03.17, 12:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Artur Rasizadə: “1 milyon 677 min yeni iş yerləri yaradılıb”

“Azərbaycan öz müstəqiliyyinin 25 illiyini qeyd etdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və cənab prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan dünya ölkələri içərisində özünə layiqli yer tutdu”. Bunu Baş nazir Artur Rasizadə Milli Məclisdə hökumətin 2016-cı il fəaliyətinə dair hesabatını təqdim edərkən deyib: “Ölkədə istehsal edilən Ümumi Daxili Məhsulun həcmi 3 dəfə, dövlət büdcəsinin nominal gəlirləri 20 dəfə, əsasə kapitala qoyulan investisiyalar 3 dəfə, qeyri-neft məhsullarının ixracı 3 dəfə , əhalinin nominal gəlirləri 8 dəfə, orta əmək haqqı 6.4 dəfə artıb” - deyə Artur Rasizadə Azərbaycanın müstəqillik əldə etdikdən sonra bu günə qədər olan göstəriciləri müqayisə edib. Baş nazir bildirib ki, 250 mindən artıq qaçqın və məcburi köçkünün sosail problemlərinin həllinə 5.2 milyard manat həcmində vəsait xərclənib”.
Artur Rasizadə Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyinin fəaliyyətini də tənqid edib: “1 milyon 677 min yeni iş yerləri yaradılıb. 10 min kmdən çox avtomobil yolları salınıb. 2016-cı ildə ölkənin maliyyə-bank sektorunda mövcud olan çətinliklər, onu mürəkkəb il kimi xarakterizə etməyə əsas verir. Dünyada gedən mənfi iqtisadi proseslərdən dolayı tədiyyə balansında kəsir yaranmışdı. Bir sıra bankların qeyri-qənaətbəxş işləməsi, ölkənin əhəmiyyətli maliyyə qurumu Beynəlxalq Bankın keçmiş rəhbərliyinin cinayətkar fəaliyyəti vəziyyəti daha da ağırlaşdırılıb. Vəziyyət nəzərə alan dövlət başçısı maliyyə sektorunda dövlət idarəçiliyini gücləndirmək, makroiqtisadi dayanıqlılığın saxlanılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaratdı. Mövcud problemlər araşdırılaraq, tədbirlər planı hazırlanıb və aidiyyatı dövlət orqanları tərəfindən icrasına başlandı”.
Baş nazir deyib ki, Mehriban xanım Əliyevanın gərgin əməyi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Baş nazir bildirib ki, humanitar sahədə əldə olunan nailiyyətlərdən, milli mədəni irsin və mənəvi dəyərlərin qorunmasından danışarkən, ilk növbədə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizmə əsaslanan çoxşaxəli fəaliyyətini qeyd etmək lazımdır: "Mehriban xanımın beynəlxalq səviyyədə gərgin əməyi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Fürsətdən istifadə edib hörmətli Mehriban xanım Əliyevanı Birinci vitse-prezident təyin olunması münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, yüksək dövlət vəzifəsinin icrasında müvəffəqiyyətlər arzu edirəm".
Baş nazir Artur Rasizadə Milli Məclisin iclasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrə göstərilən gündəlik diqqət və qayğını xüsusilə qeyd etmək lazımdır. O deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin xaricdə və daxildə istehsal edilən müasir silahlarla təhciz edilməsi faktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələri də yerinə yetirməsini təmin edir: “2016-cı ilin aprel döyüşləri Azərbaycan hərb tarixində zəfər səhifəsi kimi yazıldı. Təcavüzkar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab Milli Ordunun yüksək döyüş ruhunu göstərdi. Bu hərbi əməliyyatlar torpaqlarımızın işğaldan azad edilməsinin uzun müddətli danışıqlar yolundan başqa, hərb yolunun da mövcud olduğunu və Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi”.

Bu xəbər oxundu
- - -



___

Dövlət İmtahan Mərkəzi (DİM) təhsil ekspertlərinin ünvanına sərt bəyanatla çıxış edib. (ardı...)