Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Poçtap” xidməti “Elektron hökumət“ portalına inteqrasiya edilib

17.03.17, 13:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Azərpoçt” MMC tərəfindən istifadəyə verilmiş “Poçtap” xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) bildirilib ki, bu xidmət itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması məqsədi daşıyır. Belə ki, əgər hər hansı bir sənədinizi itirilibsə, onu tapmaq üçün “Elektron hökumət” portalında NRYTN-in təqdim etdiyi elektron xidmətlərin siyahısındakı “POÇTAP - itirilmiş sənədlərin axtarışı” xidmətindən istifadə etmək olar. Açılan səhifədə ilk olaraq sənədin qrupu seçilir. Sonra vətəndaş tələb olunan xanada sənədin nömrəsini, soyadını, adını və atasının adını qeyd edərək axtarış düyməsini aktiv edir. Axtarışa uyğun nəticə dərhal ekranda görünür. Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş 169 “çağrı mərkəzi”nə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər.
Xidmətdən istifadə üçün portalda qeydiyyatdan keçmək tələb olunmur. Məlumat verilib ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 manat xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır. Ətraflı məlumatı https://www.e-gov.az/az/news/read/517 linkindən əldə etmək olar. Qeyd edək ki, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökumət” portalına inteqrasiya etdirdiyi elektron xidmətlərinin sayı 38-ə çatıb.

Bu xəbər oxundu
- - -



___

Dövlət İmtahan Mərkəzi (DİM) təhsil ekspertlərinin ünvanına sərt bəyanatla çıxış edib. (ardı...)