Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azəriqaz“dan 5 nəfərin ölümü ilə bağlı açıqlama

17.03.17, 13:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Martın 15-də beş nəfər qadının meyiti aşkarlanan Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında 2016-cı il aprelin 13-də Azəriqaz İstehsalat Birliyinin əməkdaşları tərəfindən mənzildaxili qaz avadanlıqlarına texniki baxış xidməti işləri həyata keçirilib.
Azəriqaz İstehsalat Birliyindən bildirilib ki, texniki baxış zamanı mənzildə İran istehsalı olan xüsusi sobanın quraşdırılması, vanna otağında qənaətli su qızdırıcısının tüstü borusunun qeyri-metal olması və hamam otağındakı qapının aşağı hissəsində hava dəliklərinin olmaması, həmçinin yataq otağında yivli birləşməli qaz xəttinin keçməsi aşkar olunub: “Yuxarıda qeyd edilən aşkar olunmuş həmin nöqsanlarla əlaqədar İran istehsalı olan xüsusi sobanın və qənaətli su qızdırıcısının qaz təchizatı xüsusi plombla dayandırılıb. Bununla bağlı elə həmin tarixdə, yəni 2016-cı il aprelin 13-də kirayəçi Niyaməddin Məmmədovun iştirakı ilə 0512181 saylı daxili qaz avadanlıqlarına baxış keçirilməsi haqqında akt tərtib edilib. Aktın doğruluğu təsdiq olduqdan sonra bir nüsxəsi kirayəçi Niyaməddin Məmmədova verilərək təbii qaz təchizatının yalnız aşkar edilmiş nöqsanlar aradan qaldırıldıqda bərpa ediləcəyi bildirilib”.

Bu xəbər oxundu
- - -



___

Dövlət İmtahan Mərkəzi (DİM) təhsil ekspertlərinin ünvanına sərt bəyanatla çıxış edib. (ardı...)