Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Məmmədyarovla Nalbandyan Moskvada görüşəcəklər

27.03.17, 14:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Riçard Hoqland: “Yüksək səviyyəli görüşün keçirilməsi ilə bağlı razılıq var”

Azərbaycan və Ermənistan xarici işlər nazirləri hər iki ölkə prezidentinin görüşünün təşkili məqsədilə görüşəcəklər.
Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, hər iki ölkə prezidentinin görüşü üçün uyğun şəraitin yaradılması məqsədi ilə müəyyən işlər aparılır: “Yüksək səviyyəli görüşün keçirilməsi ilə bağlı razılıq var. Biz və bizim siyasi liderlərimiz belə bir görüşün baş tutması üçün uyğun məkan tapmağa çalışırıq. Hazırda proses gedir və bu kimsəyə sirr deyil”.
Riçard Hoqland qeyd edib ki, iki ölkənin xarici işlər nazirləri prezidentlərin görüşünün təşkili üçün yaxın gələcəkdə, yəni bir aydan daha tez müddətdə Moskvada görüşəcəklər.
Amerikalı həmsədr qeyd edib ki, Qarabağ məsələsində ABŞ, Fransa və Rusiya arasında fakir ayrılığı yoxdur.
Riçard Hoqland deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planlar var: Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”.
Riçard Hoqland bildirib ki, münaqişə tərəflərinin rəhbərləri siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalıdır. “Lavrov planı"na dair sualına cavablandıran diplomatın sözlərinə görə, vasitəçilər bu ifadədən istifadə etmir: “Biz belə ifadə işlətmirik. Dövriyyədə olan plan var və o, 3 hissədən ibarətdir. Lakin hazırda mən bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir”.

Bu xəbər oxundu
- - -