Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Hərbi hissələrə başçəkmələr davam etdirilib

21.04.17, 11:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ombudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Vüqar Heydərov, Daxili Qoşunların səlahiyyətli nümayəndəsi mayor Bədrəddin Əliyevlə birgə bu qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsinə başçəkmə həyata keçiriblər. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Başçəkmənin məqsədi şəxsi heyətin məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissədə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması, habelə hüquqi maarifləndirmə işinin aparılması olub.
Aparatın əməkdaşları tərəfindən hərbi hissənin bütün obyektlərinə, o cümlədən əsgər yataqxanasına, yeməkxanaya, mətbəxə, ərzaq anbarlarına, görüş yerinə, məişət otaqlarına, habelə ümumi əraziyə baxış keçirilib, hərbi qulluqçuların məişət şəraiti öyrənilib.
Hərbi qulluqçuların hüquqlarının təmin olunması vəziyyəti, rəftar, qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, həmçinin şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan iş müsbət qiymətləndirilib.
Ombudsman Aparatının əməkdaşları hərbi hissənin müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, o cümlədən gizir və zabit heyəti ilə keçirilən görüşdə ölkəmizdə Ombudsman təsisatının səlahiyyətləri, insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində Müvəkkilin çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat veriblər.
Görüş zamanı hərbi qulluqçular arasında nizamnamələrə uyğun rəftarın qurulmasının vacibliyi, həmçinin erməni təcavüzkarlarının doğma torpaqlarımızdan çıxarılmasına, vətənimizin ərazi bütövlüyünün bərpa edilməsinə hərbi qulluqçularımızın hazır olmalarının, eyni zamanda insanların təhlükəsiz yaşamaq hüququnun təmin olunmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Aparatın əməkdaşları tərəfindən görüşdə iştirak edən hərbçilərin sualları cavablandırılıb.

Bu xəbər oxundu
- - -



___

Dövlət İmtahan Mərkəzi (DİM) təhsil ekspertlərinin ünvanına sərt bəyanatla çıxış edib. (ardı...)