Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Düşmən çox narahatdır və onun narahatçılığı da başa düşüləndir”

17.07.17, 11:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Üzeyir Cəfərov: “Rusiyanın təklifi və köməyi ilə təcili olaraq orada ortabab bir hərbi hissə yaradıblar”

“Əslində bu xəbər çox adi və sıradan bir məlumat təsiri bağışlaya bilər. Amma düşmən çox narahatdır və onun narahatçılığı da başa düşüləndir”. Ermənistanın cəbhə xəttində hərbi mövqelərini möhkəmləndirmək cəhdi və prezident Serj Sərkisyanın iştirakı ilə yeni hərbi şəhərciyin açılmasına münasibət bildirən hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov belə deyib: “Ermənistan tərəfi Rusiyanın təklifi və köməyi ilə təcili olaraq orada ortabab bir hərbi hissə yaradıblar ki, onlar yarana biləcək real təhlükəni aradan qaldıra bilsinlər. Bu bədbəxtlər hələ də anlamırlar ki, Azərbaycanın Ermənistanın beynəlxalq hüquqla tanınan əraziləri ilə hələ ki, heç bir fikri və düşüncəsi yoxdur. Bizim yeganə istəyimiz və məqsədimiz işğal altında olan Qarabağımız və ətraf rayonların tez bir zamanda Azərbaycanın nəzarətinə qayıtması və ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasıdır". Hərbi ekspert onu da diqqətə çatdırıb ki, İcevandakı yeni hərbi hissənin açılışını özündə əks etdirən videoda Azərbaycan Müdafiə Nazirliyi üçün bir çox önəmli məqamlar verilib: "Mən bilərəkdən o haqda geniş yazmıram ki, qoy bizim hörmətli xidmət rəislərimiz və əməkdaşları o məqamları özləri üçün təcili qeyd etsinlər və lazım olan tapşırığı, göstərişi versinlər. Biz dəfələrlə qeyd eləmişik ki, ən xırda, bəzən də adi görünən bir detal çox, bəlkə də həyatı əhəmiyyət kəsb edən rolu oynaya bilər və bacarıqlı komandir və ya rəis qarşı tərəfin bəzi addımlarından ustalıqla yararlanmalıdır". Düşmən ordusunun öz ali baş komandanı və Müdafiə Nazirliyinin rəhbərliyinin qarşısına çıxartdığı şəxsi heyətin geyiminə-keçiminə diqqət yetirən hərbi ekspert deyib ki, bunlar stasionar, yəni kazarma şəraitində yaşayan, bütün normal şəraiti olan, xidməti vəzifələri yerinə yetriməkdən tutmuş gündəlik yaşayış normalarına kimi hər bir şəraiti olan şəxsi heyətin hansı vəziyyətdə olması haqqında gözəl bir bilgi verən video görüntüdür: "Mən onu da başa düşürəm ki, indi düşmən ordusunun bu vəziyyəti ilə bağlı qeydlərimiz, bəzi dil pəhləvanları olan sosial şəbəkə istifadəçiləri tərəfindən az qala süngü ilə qarşılanacaq. Yəni, acınacaqlı durumda olan ordunun guya bizim torpaqlarımızı 20 ildən artıq müddətdə nəzarətində saxlaması, güc-filan amili və sairə. Halbuki özləri də gözəl bilirlər ki, erməni tərəfi özü qərar vermir və onların ipi rəsmi Moskvanın əlindədir. Ermənilər faktiki heç kimdirlər. Bayaq da qeyd elədiyim kimi, İcevandakı bu hərbi hissəni də Rusiya tərəfi Azərbaycanın o istiqamətdə olan açıq-aydın üstünlüyünə qarşı tez bir zamanda tikib öz vassalarına hədiyyə edib. Silah-sursatına, bütün avadanlıqlarına kimi hər şey Rostovdakı Cənub Hərbi Dairəsinin bazalarından daşınıb gətirilib. Bir sözlə, Ermənistan Silahlı Qüvvələrinin gücünü və vəziyyətini görmək, bilmək üçün bu tip videolara baxmaq peşəkarlar üçün çox maraqlı və vacibdir. Mülki insanların bəlkə də görmədikləri və hiss etmədikləri çox mühüm hərbi detallar var".

Bu xəbər oxundu
- - -