Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiyaya qarşı dəhşətli ittiham

02.08.17, 14:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-ın vitse-prezidenti: “Rusiya Monteneqroda dövlət çevrilişinə və baş naziri öldürməyə cəhd edib”

Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən Adriatik Xartiyasının toplantısında çıxış edən ABŞ-ın vitse-prezidenti Mayk Pens Rusiyanı qərbi Balkan regionunda sabitliyi pozmaqda və Monteneqronun NATO-ya üzvlüyünü əngəlləmək məqsədilə bu ölkədə dövlət çevrilişi təşkil etməkdə günahlandırıb.
Mayk Pensin çıxışı Monteneqro Milli Radio və Televiziyası (RTCG) ilə canlı yayımlanıb. “Sizin bildiyiniz kimi, Rusiya güc yolu ilə yeni beynəlxalq sərhədlər müəyyənləşdirmək cəhdlərini davam etdirir. Burada, qərbi Balkanlarda, Rusiya demokratiyanı sarsıtmağa, bölgədə sabitliyi pozmağa, sizləri bir-birinizdən ayırmağa cəhd göstərib. Ötən il Moskvanın agentləri Monteneqroda seçkilərə mane olmağa, parlamentə hücum etməyə, hətta baş naziri öldürməyə cəhd edəndə Rusiyanın niyyətləri aydın idi. Onlar Monteneqro xalqını NATO-ya daxil olmaq fikrindən daşındırmaq istəyirdilər”, - deyə Mayk Pens bildirib. Onun bu sözləri alqışlarla qarşılanıb.
Qeyd edək ki, Adriatik Xartiyasının sammitində Monteneqronun baş naziri Duşko Markoviç, Makedoniyanın baş naziri Zoran Zayev, Xorvatiyanın baş naziri Andrey Plenkoviç, Albaniyanın baş naziri Edi Rama, Bosniya-Herseqovina Nazirlər Şurasının sədri Denis Zvizdiç iştirak edib. Kosovonun prezidenti Haşim Taçi və Serbiyanın baş naziri Ana Brnabiç toplantıya müşahidəçi qismində qatılıblar.

Bu xəbər oxundu
- - -



___

Dövlət İmtahan Mərkəzi (DİM) təhsil ekspertlərinin ünvanına sərt bəyanatla çıxış edib. (ardı...)