Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şimali Koreya və ABŞ arasında qarşıdurma-risklər, təhlükələr

11.08.17, 9:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Şimali Koreya və Birləşmiş Ştatlar arasında hərbi münaqişə riski Pxenyanın ABŞ-ın Sakit okeandakı ərazisi olan Quama qarşı raket hücumu keçirmək planlarını nəzərdən keçirdiyini bildirməsindən sonra artır. Şimali Koreya bunu prezident Donald Trampın Pxenyana ABŞ-ı hədələməyə davam etsə, “atəş və qəzəblə qarşılaşacağı” ilə bağlı xəbərdarlıq etməsindən sonra elan edib. Lakin ABŞ-ın Şimali Koreyaya qarşı hətta məhdud hücumu Pxeynanın cavab hücumlarına və bunun nəticəsi olaraq geniş miqyasda nüvə müharibəsinə yol aça bilər.
Ən yaxşı halda, ABŞ-ın nüvə obyektinə qarşı preventiv raket hücumu Şimali Koreyanın nüvə qabiliyyətini ciddi şəkildə azaltmasa da, ölkənin lideri Kim Yonq Unu qələbə çalması mümkün olmayan müharibə riski əvəzinə dialoq aparmağa vadar edə bilər.
Koreya müdafiə şəbəkəsinin eksperti Şin İn-Kyun: “O təmkin göstərsə və ABŞ-la Çin və Rusiya vasitəsilə danışıqlar yolu ilə çıxış strategiyasına üz tutsa canını qurtara bilər.”
Bununla belə, Şimali Koreyanın nüvə təhlükəsini aradan qaldırmaq üçün hərbi aksiyaya bəraət qazandırılmasının əsasında Pxenyanın aqressiv rəhbərliyinin təmkin göstərməyə qadir olmaması fikri durur.
Şimal-şərqi Asiya üzrə təhlilçi Brüs Klinger: “Kim Yonq Unun dəlisov olub hücum edə bilməsi və ABŞ-ın hücumuna cavab verməmək qədər rasional düşünə bilməsi kimi fikirlər bir-birinə uyğun deyil.”
Şimali Koreya Birləşmiş Ştatlara hər hansı hərbi aksiyaya nüvə silahları ilə cavabla dərs verəcəyi haqda xəbərdarlıq edib.
Lakin hərbi stateqlər bildirir ki, məhdud qaydada hərbi hücum Şimali Koreyanın Cənubi Koreyaya qarşı artilleriya və kimyəvi hücumlarına gətirib çıxara bilər. Bu isə Koreya yarımadasının militarizasiyası və orada ABŞ-ın 28 min nəfərdən ibarət əsgəri qüvvəsinin döyüşlərə cəlb olunması ilə nəticələnə bilər.
Şimali Koreya hücumun ilk saatı ərzində 300 min artilleriya atəşi atmaq qabiliyyətinə malikdir. Belə bir hücumun Seulun 10 milyonluq əhalisi də daxil olmaqla, Cənubi Koreya əhalisinin yarısına təsiri ola bilər.
Şimali Koreyanın bütün raket və nüvə obyektlərinə genişmiqyaslı hücum ehtimalı zamanı isə gözlənilməz hallar və ölkəyə tam müdaxilə nəzərdə tutulmalıdır.
Şimal-şərqi Asiya üzrə təhlilçi Brüs Klinger: “Şimali Koreyanın bütün raket və nüvə obyektlərinin məhv edildiyinə əmin olmaq üçün Şimali Koreya rejiminin süqutu nəzərdə tutulmalıdır.”
Nəhayət hərbi strateqlər deyir ki, ABŞ hərbi qüvvələri Şimali Koreyaya qarşı müharibədə qələbə qazana bilər, lakin bu, regionda dağıntılar və milyonlarla insanın ölümü hesabına başa gələ bilər.
Bununla yanaşı, Çinin də müttəfiqi olan Şimali Koreayaya dəstək məqsədilə hərbi əməliyyatlara daxil olub, onsuz da qanlı münaqişəni qızışdıra biləcəyi ehtimalı da istisna edilməməlidir.

Bu xəbər oxundu
- - -



___

Dövlət İmtahan Mərkəzi (DİM) təhsil ekspertlərinin ünvanına sərt bəyanatla çıxış edib. (ardı...)