Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

TAP-ın ötürmə gücü artırıla bilər

11.08.17, 10:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Trans-Adriatik Boru Kəmərinin (TAP) illik ötürmə gücünün ikiqat artırılması imkanı var”. Bu barədə “TAP AG”nin rəsmi “Twitter” səhifəsində qeyd edilib.
Məlumatda deyilir ki, kəmər çəkilərkən bu üstünlük nəzərə alınıb: “Baxmayaraq ki, TAP ilkin mərhələdə 10 mlrd. kubmetr qazı Avropaya daşıyacaq, kəmərin tutumunun ikiqat artırılması nəzərdə tutulub”.
"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.
2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.
TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Bu xəbər oxundu
- - -



___

Dövlət İmtahan Mərkəzi (DİM) təhsil ekspertlərinin ünvanına sərt bəyanatla çıxış edib. (ardı...)