Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Erməni səfirin etirafı

11.08.17, 13:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ara Papyan: “Azərbaycan prezidenti İlham Əliyev həmişə səmimi olub və artıq neçə ildir deyir ki, hər şeyi almaq istəyir”

Erməni politoloq, “Modus Vivendi” mərkəzinin rəhbəri, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyanın sözlərinə görə Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara əl atmadan Dağlıq Qarabağda istədiyinə nail olur. Hətta, keçmiş səfir fikirlərini konkretləşdirərək deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilk mərhələdə 5, sonra 2, daha sonra isə 5 rayonu almaq, dördüncü mərhələdə Zəngəzuru, sonda isə İcevanı əldə etmək istəyir.
“Bu da olacaq. Azərbaycan prezidenti İlham Əliyev həmişə səmimi olub və artıq neçə ildir deyir ki, hər şeyi almaq istəyir. O heç vaxt deməyib ki, mənə bir hissəni verin, bununla kifayətlənim”.
Maraqlıdır ki, keçmiş erməni səfir Ara Papyanın belə fikirlər səsləndirməsi nəyə xidmət edir?
Xocalıdan olan deputat Elman Məmmədov hesab edir ki, son vaxtlar bu cür fikirlər səsləndirən ermənilərin sayı artır: “Belə fikirlər söyləyən ermənilərin sayı artır. Bu fikirləri səsləndirənlər sıradan erməni deyil. Politoloqlar, ekspertlər, siyasətçilər və hazırda siyasətdə olanlar bunu daha çox etiraf edir.
Bu onu göstərir ki, artıq bu gedişlə erməni cəmiyyəti Azərbaycan torpaqlarını əbədi işğal altında saxlaya bilməyəcəklər. Ermənistanda gedən prosesləri araşdırıb belə qənaətə gəlirlər. Nə qədər ki cinayətkar rejim hakimiyyətdədir, onlar Ermənistanı və onun xalqını fəlakətə aparacaq.
Ermənistan elə bir vəziyyətə gələcək ki, ermənisiz Ermənistan qalacaq. Bir tərəfdən miqrasiya sürətlə gedir. Digər tərəfdən dağılmış iqtisadiyyat, səfalət, qonşularla qeyri-normal münasibət, işğalçılıq, terrorçuluq siyasəti Qarabağ klanı altında bir qrup cinayətkarın siyasi hakimiyyəti zəbt edib hərbi diktatura qurması ağıllı və düzgün düşünən ermənilərin bu cür fikilər səsləndirməsinə əsas verir”.
Elman Məmmədov vurğulayıb ki, Azərbaycanın sürətli inkişafı erməniləri həqiqəti söyləməyə vadar edir.
“Azərbaycanın günü-gündən inkişaf etməsi region dövlətindən çıxıb beynəlxalq aləmdə xüsusi çəkidə olması onları təşvişə salır. Həm sərhəd bölgəsində, həm də təmas xəttində qoşunların üzbəüz dayandığı yerlərdə Azərbaycan ordusunun erməni təxribatına verdiyi cavablar, vurduğu sarsıdıcı zərbələr belə fikirlər deməyə əsas verir.
İlham Əliyev siyasəti və idarəetməsi göz önündədir. Bu cür fikirləri rus politoloqları da söyləyir. Ona görə də ermənilər özləri bir qərara gəlməli və torpaqlarımızdan geri çəkilməlidir. Həmçinin, bu fikirləri söyləyən erməni nə danışdığını çox yaxşı bilir. Onlar bu fikirləri səsləndirərkən çox götür-qoy edirlər”.

Bu xəbər oxundu
- - -



___

Dövlət İmtahan Mərkəzi (DİM) təhsil ekspertlərinin ünvanına sərt bəyanatla çıxış edib. (ardı...)