Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ÜAK-ın ləğvi narazılıqla qarşılandı”

21.08.17, 11:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nazim İbrahimov: “Rusiyada bununla bağlı məhkəmənin müvafiq qərarını gözləmək lazımdır”

"Ümumrusiya Azərbaycan Konqresinin ləğvi Rusiyada azərbaycanlılar arasında narazılıqla qarşılandı. Güman edirəm ki, sentyabrda düzgün qərar veriləcək. Bununla bağlı indidən fikir söyləmək tezdir”. Bunu bugün jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. Komitə sədrinin sözlərinə görə, sentyabrda Rusiyada bununla bağlı məhkəmənin müvafiq qərarını gözləmək lazımdır: “Bu istiqamətdə müvafiq iş aparılır. Qərardan sonra müəyyən fikirlər söyləmək olar. ÜAK-ın hər hansı bir məhkəmə qərarı ilə ləğvi heç də yaxşı hal deyil. Bu, Rusiyada yaşayan milyonlarla azərbaycanlı tərəfindən mənfi qarşılanan bir haldır. Biz düşünürük ki, bu məsələni yumşaq yolla həll etmək mümkündür”.
Nazim İbrahimov bildirib ki, hər bir təşkilatın idarə olunmasında müəyyən nöqsanlar ola bilər: “İstək olduğu halda bu çatışmazlıqları aradan qaldırmaq və məsələni həll etmək mümkündür. Belə radikal qərarların verilməsi azərbaycanlılar arasında narazılığa səbəb olur. Güman edirəm ki, sentyabrda düzgün qərar veriləcək. Hər hansı neqativ qərar olarsa, biz fikrimizi bildirəcəyik".

Bu xəbər oxundu
- - -