Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan alimlərindən talassemiya xəstəliyi ilə bağlı yenilik

21.08.17, 11:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Talassemiyalı xəstələrdə bədənin dəmirlə yüklənmə dərəcəsini müəyyən etmək üçün diş ətindən biopsiya götürüləcək. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu yeniliyə Azərbaycan Tibb Universitetinin (ATU) Histologiya və Stomatologiya kafedralarının mütəxəssisləri nail olublar. Mütəxəssislər talassemiyalı xəstələrdə bədənin dəmirlə yüklənmə dərəcəsinin diş ətindən götürülmüş biopsiya ilə tədqiqinin mümkünlüyünü müəyyən ediblər.
ATU-nun Histologiya kafedrasının müdiri, professor E.Qasımov bunun irsi xəstəlik olduğunu və oksigeni bədənin bütün hissələrinə çatdıran hemoqlobin zülalının sintezinin pozulması nəticəsində baş verdiyini bildirib. Belə xəstələrdə qan azlığı olduğundan onlara bəzən ilk yaşlarındən başlayaraq qan köçürülür. Nəticədə onların bədənində ağır fəsadlara səbəb olan dəmir toplanması müşahidə oluna bilər.
Bədənin dəmirlə yüklənmə dərəcəsini müəyyən etmək üçün bütün dünyada əksərən qaraciyərdən, bəzən isə ürəkdən kiçik ölçülü tikələr (biopsiya üsulu ilə) götürülüb tədqiq olunur. Qaraciyərdən və ürəkdən tikələrin götürülməsi xeyli mürəkkəb proses olmaqla yanaşı, xəstələrin həyatı üçün də əlavə problemlər yarada bilir. ATU-nun mütəxəssisləri artıq bunu daha problemsiz üsulla müəyənləşdirməyə nail olublar.
Alimin sözlərinə görə, bədəndə olan dəmirin artığı normada ferritin adlanan zülalın tərkibinə daxil edildiyindən, onun toksiki təsiri aradan qaldırılır: “Orqanizmdə dəmir azlığı olanda isə ferritinin tərkibində olan dəmir ionları xaric edilərək istifadə olunur. Ancaq dəmirin miqdarı lap çox olanda ferritin molekulları öz quruluşlarını itirərək bir-biriləri ilə birləşib hemosiderinə çevrilir. Tam olaraq dəqiqləşdirilib ki, ferritin molekullarını ancaq elektron mikroskopun 100 000 və ondan böyük böyüdücülərində aşkar etmək mümkündür. Əldə olunmuş materiallar birmənalı olaraq orqanizmin dəmirlə yüklənmə dərəcəsinin ancaq elektron mikroskopik tədqiqatların nəticələrinə əsasən dəqiqləşdirilə biləcəyini göstərir”.

Bu xəbər oxundu
- - -