Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dedollarizasiya manata inamın bərpasından sonra mümkün olacaq

13.09.17, 14:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Azərbaycanda dedollarizasiya səviyyəsinin aşağı düşməsi yalnız manata olan etibarın bərpasından sonra mümkün olacaq".
Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur dünən Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
"Yalnız manata etibar təmin olunduğu təqdirdə, dollarlaşmanın səviyyəsi aşağı düşəcək. Dollarlaşmanın səviyyəsini aşağı salmaq üçün isə bir neçə tədbir görmək lazımdır. İlk növbədə güclü və möhkəm makro-iqtisadi çərçivə, büdcə kəsiri aşağı, Mərkəzi Bankın valyuta ehtiyatları yüksək olmalıdır. Əhalidə inam yaranmalıdır ki, onlar öz əmanətlərini yerli valyutada yerləşdirdikdə əldə etdikləri gəlir əmanətlərini xarici valyutada yerləşdirənlərlə müqayisədə az olmayacaq. Məndə olan məlumata görə, ölkədə əmanətlərə tam zəmanət də verilir. Bu baxımdan dollarlaşmanın səviyyəsini aşağı salmaq yalnız iqtisadiyyatı yox, eləcə də bank sistemini möhkəmləndirəcək. Buna görə, bank sistemində restrukturizasiya davam etdirilməli, yeni hüquqi aktlar qəbul edilməlidir ki, bankların stabilliyi təmin edilsin", - deyə departament rəhbəri qeyd edib.

Bu xəbər oxundu
- - -