Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ İrəvanı Qarabağı qaytarmağa məcbur edə bilər

22.09.17, 10:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 


Beynəlxalq ictimaiyyət, o cümlədən də BMT İrəvanı Dağlıq Qarabağın erməni işğalından azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməyə məcbur edə bilər.
Bu sözləri siyasi şərhçi, tarixçi alim Oleq Kuznetsov “Vestnik Kavkaza” açıqlamasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsi və beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı tətbiq etdiyi ikili standartlardan bəhs edən çıxışını şərh edərkən deyib.
“Planetimizdə mövcud olan istənilən kiçik dövlət, bu və ya digər dərəcədə, dünyada hökmran olan böyük dövlətdən asılıdır. Bu beynəlxalq münasibətlərin universal qanunudur. Odur ki, belə bir iradə ortaya qoyulsa, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur edilə bilər”, - Kuznetsov bildirib.
“Yaxın zamanlara qədər belə ölkə rolunu Rusiya daşıyırdı, ancaq Ermənistanı qətnamələri yerinə yetirməyə məcbur etmək üçün tələsmədi. İndi biz görürük ki, Ermənistan Avro-Atlantik alyansa qarşı demarş həyata keçirməklə, sözlə yox, əməllə vurğulamağa çalışır ki, Rusiya artıq onların tamhüquqlu rəhbəri deyil. Əgər ABŞ-ın personalın sayına görə ən böyük ikinci - 1500 nəfərlik (bundan daha böyüyü Bağdaddadır) səfirliyinin İrəvanda yerləşdiyini nəzərə alsaq, onda İrəvana iki dövlətin ciddi təsir təsir etdiyini deyə bilərik. Çünki İrəvanda hakimiyyətin qolları həm də ABŞ-ın əlindədir. ABŞ və Rusiya hazırda bir-biri ilə qarşıdurma vəziyyətindədir. Onlardan heç biri Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməyə məcbur etmək barədə kompromisə getməyəcəklər”, - ekspert diqqət çəkib.
Serj Sərkisyanın Xocalıda təşkil edilən kütləvi qırğınlarda iştirakı barədə Prezident İlham Əliyevin BMT-dəki sözlərini şərh edən Oleq Kuznetsov qeyd edib ki, hüquqi nöqteyi-nəzərdən Ermənistanın fəaliyyətdə olan prezidenti beynəlxalq terrorçu sayılır.
“Serj Sərkisyan Qarabağ klanının – Ermənistanda hakimiyyətdə olan və Dağlıq Qarabağ seperatçılarının qeyri-qanuni silahlı birləşmələrinin komandirlərindən təşkil olunan hərbi siyasi xuntanın başçısı hesab olunur. Ermənistanın bütün siyasi sistemi Azərbaycanın işğal olunmuş ərazilərində qurulan bu qondarma dövlətlə bağlıdır. Ermənistanın özü isə Qarabağdan olan beynəlxalq terrorçular tərəfindən yaradılmış bu qondarma dövlətin koloniyasıdır”.
Ekspert Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi barədə də fikirlərini ifadə edib:
“Dağlıq Qarabağ elə bir coğrafi mövqedə yerləşir ki, hələlik beynəlxalq ictimaiyyət İrəvanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etmək üçün lazımı siyasi iradə göstərmir. Başqa heç bir yolla İrəvanın provokasiyalarının və insan ölümlərinin qarşısını almaq mümkün olmayacaq. Qarabağda müharibə gedir və həmin ərazilərə sülhməramlıların yerləşdirilməsi heç bir effekt verməyəcək. Çünki sühlməramlılara bu zaman onlarla kilometrə nəzarət etmək lazım gəlir. Mən inanmıram ki, dünyada hansısa bir dövlət 500 kilometr uzunluğunda və 20 kilometr enində olan bir sərhəddi nəzarətdə saxlayacaq sülhməramlıya sahib olsun”.

Bu xəbər oxundu
- - -