Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Regionlarda başçəkmələr davam etdirilir

25.09.17, 11:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Lənkəran Şəhər İcra Hakimiyyətinin O.Mirzəyev adına qarışıq tipli Uşaq evində əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. Bu barədə “Xalq Cəbhəsi”nə Ombudsman Aparatından məlumat verilib. Başçəkmədə məqsəd bu uşaq evində müxtəlif yaş qruplarından olan və bu müəssisədə yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.
MPQ üzvlərinin və sosial iş sahəsində ekspertin də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti ilə bağlı müəssisənin yataq, dərs və asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlarına, yeməkxana və mətbəxinə, ərzaq anbarına, ümumi əraziyə baxış keçirilmiş, uşaq hüquqlarının təmini baxımından həyata keçirilmiş işlər araşdırılıb.
Rəftar məsələlərinin araşdırılması məqsədilə bu müəssisədə saxlanılan uşaqlarla, habelə müəssisə rəhbərliyi, psixoloq və müəllimlər, tibb işçiləri ilə söhbətlər aparılmış və mövcud vəziyyət və sənədləşmə öyrənilib.
Müvafiq avadanlıqlarla təchiz edilmiş müəssisənin saxlama şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, habelə uşaqlarla rəftar məsələləri qənaətbəxş qiymətləndirilib.
Başçəkmənin sonunda MPQ üzvləri tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq hüquqları Konvensiyası əsasında müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılmış, uşaq hüquqlarının həyata keçirilməsi, təbliği və təmininə diqqətin artırılması və bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Bu xəbər oxundu
- - -