Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şimali İraqdakı referendum Dağlıq Qarabağla bağlı presedent yarada bilərmi?

25.09.17, 13:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Arzu Nağıyev: “Bu məsələnin Dağlıq Qarabağda presedent yaradacağını düşünmürəm”

Elnur Eltürk: “Separatçı rejimi son 20 ildə heç bir dövlət tanımayıb”

Məhəmməd Əsədullazadə: “Ermənistan siyasi-hərbi rəhbərliyi çalışacaq ki, bu qondarma referendumdan öz şəxsi siyasi ambisiyaları üçün istifadə etsin”

Turab Rzayev: “İraqda kecirilən referendumun Qarabağla heç bir ortaq tərəfi yoxdur”

Əli Qənbərli: “Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz”

Şimali İraqdakı kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani bütün dövlətlərin etirazına baxmayaraq dünən referenduma start verdi. Müstəqil dövlət qurmaq iddiasında olan Bərzaniyə qarşı İsraildən başqa əksər dövlətlər etirazlarını bildirdilər. Türkiyə ilə İran isə Şimali İraqa müdaxilə üçün ordularını hazır vəziyyətə gətiriblər. Türkiyə və İranın dövlət rəhbərləri bunun presedent yaradacağını və bölgəni xaosa sürükləyəcəyini bildirirlər və qarşısının alınması üçün lazım gəldikdə hərbi müdaxilə edəcəklərini vurğulayıblar.
İraq parlamenti isə Kərkükə ordu göndərilməsi barədə qərar qəbul edib. İraq parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin sədri Hakim Zamilinin sözlərinə görə, parlament bundan əlavə İraq Kürd Muxtariyyətinin keçirdiyi referendumda səs verən məmurların vəzifədən kənarlaşdırılması, Kərkük neft yataqlarının rəsmi Bağdada təhvil verilməsi barədə də qərar çıxarıb.
Bu proses Qarabağla bağlı da presedent yarada bilərmi?
Politoloq Arzu Nağıyevin fikrincə, bu məsələ Dağlıq Qarabağda presedent yaratmayacaq:”Bildiyiniz kimi qondarma qurum dəfələrlə belə tədbirlər keçirib, özünü "dövlət" elan edib. Lakin heç bir dövlət, hətta Ermənistan belə onu tanımayıb. Eyni zamanda, Abxaziya və Cənubi Osetiyada da belə bir problemlər yaşanıb. Zənnimcə bu məsələ əsasən İraqı, Türkiyəni, İranı və bir sıra dövlətləri daha çox narahat etməlidir...”.
Politoloq Elnur Eltürk bildirib ki, Şimali İraqı güclü şəkildə dəstəkləyən dövlətlər var: “Amerika, İsrail və Avropanın bəzi dövlətləri açıq və gizli şəkildə öz dəstəyini göstərirlər. Onlara Yaxın və Orta Şərqdə sözlərindən kənara çıxmayan dövlət lazımdır. Kürdüstan onlar üçün ən ideal dövlətdir. Bununla İrana, İraqa və Türkiyə digər müsəlman dövlətlərinə təsir göstərməyə çalışacaqlar. İnanmıram ki, Şimali İraqdan fərqli olaraq, tanınmamış separatçı Qarabağ rejimi ilə bağlı belə bir addım atılsın. Çünki separatçı rejimi son 20 ildə heç bir dövlət tanımayıb. Üstəlik, beynəlxalq ictimaiyyətdə də separatçılara qarşı fikir bir mənalı deyil. Azərbaycan buna getməz və vəziyyət müharibə həddinə gəlib çatar. Düzdür Ermənistan Demokrat Partiyasının sədri Aram Sərkisyan referendumu izləmək məqsədilə Ərbilə gedib. Onsuz da Ermənistan PKK məsələsini və Şimali İraqda belə dövlətin yaranmasını dəstəkləyir”.
Politoloq Məhəmməd Əsədullazadə diqqətə çatdırıb ki, Şimali İraqda regional Kürd muxtariyyətinin separatçı"müstəqil" referendum avantürası regionda siyasi xaosa və bir dövlətin ərazi bütövlüyünün qəsd olunmasına gətirib çıxarmaqdadır: “Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzanin beynəlxalq təpkilərə rəğmən belə bir qərar alması, bir sıra separatçı bölgələrdə müəyyən canlanmaya səbəb ola bilər. Amma burada fərqlilik də var. Qeyd edim ki, Ermənistan Azərbaycanın 20% ərazilərini işğal etməklə, Azərbaycan ərazisində yaşayan ermənilər üçün ikinci bir ölkə yaratmaq istəyirlər. Ermənilər bir dəfə öz müqəddəratını həll ediblər və onların müstəqil ölkəsi var. İraqdakı referendumun xalqların müqəddəratı məsələsinə gəldikdə bunun Qarabağla heç bir aidiyyəti yoxdur. İkincisi kürd muxtariyyəti sırf separatçılıqla məşğul olur və bir dövlətin ərazi bütövlüyünü pozur. Qeyd edim ki, Ermənistan siyasi-hərbi rəhbərliyi çalışacaq ki, bu qondarma referendumdan öz şəxsi siyasi ambisiyaları üçün istifadə etsin. Bu prosesi Qarabağa da şamil etsin. Amma Azərbaycan buna qəti yol verə bilməz, istənilən referendum cəhdi, yeni aprel müharibəsini təkrarlaya bilər. Ona görə də rəsmi İrəvan nə qədər bu kimi referendum olaylarını presedent göstərsdə Qarabağa aid olmayan bir məsələdir. Ortada Kosova nümunəsi var. Erməni rəhbərliyinin həmin Kosova nümunəsidə fiaskoya uğradı. Ermənistan Azərbaycanın ərazilərini işğal edib və Qarabağı müxtəlif adla öz ərazisinə qatmaq istəyir. Heç Ermənistan buradakı ermənilərin müstəqilliyini də qəbul etmir. Müstəqilliyi müəyyən məqsədlər üçün istifadə edib, Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Azərbaycan hazırda işğal olunmuş ərazilərlə bağlı bütün vasitələrlə Ermənistana mesaj verməkdədir. Regionda yenidən hərbi eskalasiya isə, Ermənistanın tutacağı mövqedən asılı olacaq. Kürd muxtariyyəti ilə Qarabağ münaqişəsi arasında bir əlaqə var, separatizm”.
Siyasi ekspert Turab Rzayev vurğulayıb ki, İraqda kecirilən referendum Qarabağla heç bir ortaq tərəfi yoxdur: “Birinci növbədə Şimali İrtaqdakı muxtariyyət özü mərkəzi hökumətin razılığı ilə və rəsmi Bağdadla qarşılıqlı münasibətlər sistemində mövcud idi. Arada bəzi problemlər çıxsa da, muxtariyyəti həm İraq hökuməti, həm də beynəlxalq aləm rəsmən tanıyırdı. Dağlıq Qarabağı isə nə Azərbaycan, nə də dünyanın hər hansı bir ölkəsi tanımır. Heç muxtariyyət formasında da. Ona görə də Qarabağın Şimali İraq kimi yarı-rəsmi statusu olmadığından, onun tam rəsmiləşdirilməsi yolunda addımlar da mümkün görünmür. Əlbəttə ermənilər, bu hadisədən də daha öncə Kosovo məsələsində olduğu kimi psixoloji müharibəsə istifadə etməyə cəhd edəcəklər. Amma bunun bir nəticə verəcəyini zənn etmirəm”.
Politoloq Əli Qənbərli deyib ki, bu məsələlər arasında fərq var: “Əvvəla, İraqdakı referendumda müstəqilliyi istəyənlər kürdlərdir. Yəni, əhalinin tərkibinin böyük hissəsi kürdlərdir. Düzdür hətta İraq parlamentində təmsil olunan türkmən əsilli millət vəkillərinin bir neçəsi hələlik referendumun tez olduğunu deyir. Qarabağ məsələsində isə situasiya fərqlidir, yəni burda yaşayanlar hazırda azərbaycanlılar deyil. Əslində, azərbaycanlılar bu torpaqların gerçək sakinləridirlər. Amma, burada işğal faktı var. Ermənilərin Qarabağı müstəqil dövlət kimi tanıması belə heç nəyi dəyişdirmir. Təsəvvür edin hər hansısa bir dövlət digər dövlətin ərazini beynəlxalq hüquq normalarına zidd olaraq işğal edir, üstəlik işğal faktı dünyada ən mötəbər qurum olan BMT tərəfindən tanınır. Həmin ərazilərdə necə referendumun qanunilindən söhbət gedə bilər?! Bu tamamilə absurddur”.
Onun fikrincə, ermənilər hər zaman oyunbazlıqda, saxtakarlıqda mahirdirlər: “Amma fakt faktlığında qaldığından bu manevrlər özünü doğrultmur. Dağlıq Qarabağ işğala qədər neytral ərazi olmayıb ki, indi ermənilər orda müstəqil idarəetmə yaratsınlar. Onlar azərbaycanlı əhalini ordan zor gücünə qovaraq müvəqqəti məskunlaşıblar. Ona görə də, hesab edirəm ki, ermənilərin bundan yararlanmaq cəhdləri olsa da, bu cəhd olaraq qalacaq”.
Politoloq hesab edir ki, Azərbaycanın bu məsələdə mövqeyi qətidir: “Mövqe budur ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz. Əgər belə hal baş verərsə, Azərbaycan beynəlxalq hüququn ona verdiyi bütün səlahiyyətlərdən istifadə edə bilər. Amma düşünürəm ki, regiondakı böyük güclər bölgədə hələlik hərbi əməliyatlarda maraqlı deyillər. Çünki, hələ danışıqlar prosesi davam edir. Onu da qeyd edək ki, mövcud status-kvo Azərbaycanın əleyhinədir.Və uzun müddətdir ki, bu artıq Azərbaycan tərəfi üçün arzuolunmaz hala çevrilib”.
Əli

Bu xəbər oxundu
- - -