Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qanlı ssenarrinin etnik mərhələsi - hədəf Türkiyədir...

27.09.17, 12:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əli Zülfüqaroğlu

Şimali İraqda Məsut Bərzaninin rəhbərlik etdiyi kürd toplumu növbəti separatizmə imza atdı. Artıq bəllidir ki, Bərzani bu addımı özbaşına atmır, əmr quludur və dünyanın yeni geosiyasi düzənininin müaəlliflərinin ssenarrisini oynayır. Xəritəyə baxdığımızda maraqlı mənzərənin şahidi oluruq. Kürd muxtariyyəti Türkiyə, İran, Suriya və İraq torpaqları ilə əhatə olunmuş vəziyyətdədir. Bu dövlətlərin hamısı da Bərzani ilə bağlı sərt tədbirlər görəcəklərini bildiriblər. O zaman separatizmi dəstəkləyən kürdlər üçün acınacaqlı mənzərə yaranacaq. Onlar hətta acından ölmək təhlükəsi ilə üz-üzə qalacaqlar. Onsuz da Türkiyə vasitəsilə neft satışını həyata keçirən muxtariyyət 14 aydır ki, məmurların maaşını ödəyə bilmir. Türkiyənin əlində Bərzanini acınacaqlı duruma salmaq və onu siyasi arenadanm silmək üçün bütün rıçarqlar var. Bu, ilk növbədə sərhədlərin bağlanması, iqtisadi sanksiyaların tətbiq olunması ilə başlaya bilər. Elə bu addımlar kifayətdir ki, ac əhali Bərzaniyə qarşı üsyan qaldırsın, ya da canlarını qurtarmaq üçün həmişə olduğu kimi Türkiyəyə qaçsınlar. Amma Türkiyə qeyri rəsmi olaraq bildirir ki, bu vəziyyət yaranandan sonra Şimali İraqdan Türkiyəyə heç kim buraxılmayacaq. Bir tərəfdən İran, həmçinin bütün neft mədənlərini dərhal mərkəzi hökumətə təhvil verilməsini tələb edən Bağdad var. Suriyadakı mənzərə də hər kəsə bəllidir. Hərbi müdaxilə isə ən son addımdır və türkmanların təhlükəsizliyini qorumaq üçün Türkiyənin buna tam haqqı var. Bəs bütün bunlar bəlli olduğu halda Bərzani niyə özünü təhlükəyə atsın?
İlkin olaraq belə düşünmək olar ki, Bağdad hökuməti də bu oyunun içərisindədir və Bərzani də məhz buna arxayındır. Amma proseslər bunun əksini deyir. O zaman məsələ kürdlərin müstəqil dövlət qurması deyil. Ssenarri bölgədə yeni qanlı prosesin, etnik qarşıdurmanın əsasını qoymaqdır və bunun üçün hazırda optimal variant kürdlərdir. İlk hədəf isə Türkiyədir. Hazırda isə Şimali İraqda eyforiyada olan kürdləri buna psixoloji cəhətdən hazırlamaq prosesi gedir. Təbii ki, Türkiyənin buna qarşı çıxacağı bəlli idi və bütün vasitələrdən istifadə etmək zorundadır. “Sizin üçün tarixi şans yaranıb, amma Türkiyə bunu bitirə bilər” siyasi oyunu ilə bölgədə daha geniş miqyaslı türk-kürd toqquşmasına rəvac verilə bilər. Zatən bunun üçün kifayət qədər hazırlıq görülüb. Kürdlərdən ibarət terror təşkilatlarına ağır silahlar, tanklar, toplar da daxil olmaqla müharibəni başlatmağa kifayət edəcək qədər silahlar verilib. Sabah Suriyada da eyni prosesin başlanmasını görmək realdır. Türkiyənin çox ağıllı, xüsusilə İran və Bağdad hökuməti ilə bərabər hərəkət etməsi, məsələni hüquqi və iqtisadi müstəvidə qoyması proseslərin nəyə hesablandığını önləmək və növbəti dəfə təklənməmək cəhdləridir.
Türkiyə hər zaman Bərzaniyə dəstək verir, yardımılar edir, türk ordusu isə peşmərgəyə təlim keçirdi. Bərzani idarəçiliyi isə guya PKK, YPG və PYD kimi terror qruplarını tanımırdı və onlara qarşı idi.
Bərzaninin “iqtisadi sanksiyalar əvəzinə dialoqa gedək” çağırışı, Türkiyənin isə “xəyanət etdiniz” cavabı maraqlı mənzərə yaradır və artıq hər şeyi göz önünə sərir.
Görünən odur ki, qanlı ssenarri işə salınıb. Artıq İŞİD işə yaramır. İŞİD-in ABŞ tərəfindən yaradıldığı, müxtəliv vaxtlarda müxtəlif güclər tərəfindən istifadə olunduğu hamıya bəllidir. Bu layihə artıq ifşa olundu və yaxın zamanlarda tarixin arxivinə qovuşacaq. Rusiyanın ABŞ-ın İŞİD-ə dəstək verməsi ilə bağlı görüntülər yayması bölgədə oynanılan ssenarrinin, İŞİD simasında məzhəb qarşıdurması mərhələsinin başa çatdığının elementləridir.
Artıq etnik qarşıdurma mərhələsinə start verilir və bu proses bölgə üçün daha dəhşətli mənzərə yaradır. Bundan isə ən çox ziyan çəkən kürdlər olacaq. Daha dəhşətli aqibət məhz alət kimi istifadə olunan kürdləri gözləyir.
Amma bütün ssenarrilərin - müəllifləri nə qədər güclü olursa olsun – mütləq həyata keçəcəyini qəbul etmək də yanlışdır.
İstənilən halda əsas hədəf Türkiyə olduğu kimi, əsas yük də Türkiyənin üzərindədir. Ankaranın oynayacağı oyun əks həmlə baxımından həlledici ola bilər...

Bu xəbər oxundu
- - -