Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Sarkisyan danışıqları ləngitməyə çalışacaq”

17.10.17, 8:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu günlərdə Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu.
Görüşün nəticələri ilə bağlı bəyanatda tərəflərin gərginliyin qarşısının alınması və danışıqların davam etdirilməsilə bağlı razılığa gəldiyi deyilir. Lakin digər detallar açıqlanmır. Bu görüşün Dağlıq Qarabağ münaqişəsinin inkişafına necə təsir edəcəyi maraqlıdır.
Rusiyalı siyasi şərhçi, tarix elmləri namizədi Oleq Kuznetsov hesab edir ki, Serj Sarkisyan bundan sonra Qarabağın statusu mövzusunu irəli sürərək, danışıqları ləngitməyə çalışacaq: “Unutmaq lazım deyil ki, Ermənistanda Sarkisyanın mövqeyi güclənib və daxili siyasətdə dividendlər əldə edib. Buna görə də düşünürəm ki, o, növbəti danışıqlarda Bakı üçün qəbuledilməz olan məsələləri gündəliyə çıxaracaq. İlham Əliyevin danışıqlarda mövqeyi həmişə birmənalı olub və bundan sonra da belə olacaq. Sarkisyanın yanaşması isə növbəti neqativ halların yaşanmasına gətirib çıxaracaq”.
Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov isə bildirib ki, Qarabağda payız-qış aylarında yeni müharibə gözlənilirdi və bu risk hələ də gündəmdədir.
“Prezidentlərin görüşü hər şeydən öncə münaqişə bölgəsində vəziyyətin kəskinləşməsinin qarşısını almağa kömək edə bilər. Hərçənd, bölgədə vəziyyyətin yenidən alışması potensialı yüksəkdir. Proqnozlarıma görə, partlayış payız-qış dövründə ola bilərdi. Çünki yayda hər iki ölkə turistlərin axınında maraqlıdır. Bu ehtimal fikrimcə, yüksəkdir. Hesab edirəm ki, tərəflər hərbi eskalasiyanın olmaması üçün danışıqları davam etdirəcəklər. Lakin onların buna nail olacaqlarını, yaxud olmayacaqlarını indidən demək çətindir”, - deyə Markov vurğulayıb.

Bu xəbər oxundu
- - -