Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tramp İraq məsələsində tərəf tutmadığını deyir

17.10.17, 11:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İraqın hökumət qüvvələri oktyabrın 16-da Kərkük şəhərində əsas obyektləri kürd hakimiyyətindən alıb. Birləşmiş Ştatlar baş verənlərdən narahatlığını bildirsə də, Vaşinqtonun bu məsələdə tərəf tutmadığı vurğulanıb. «Biz tərəf saxlamırıq, ancaq onların toqquşması faktı da xoşumuza gəlmir», – prezident Donald Tramp Vaşinqtonda jurnalistlərə deyib. «İllər boyu kürdlərlə çox yaxşı münasibətimiz olub. Həm də İraqın tərəfində olmuşuq. Amma bu döyüşdə heç bir tərəfdə deyilik», – o deyib.
İraq əsgərləri və tankları Kərkükdə valinin binasını, eləcə də neft və hərbi obyektləri tutub. Bu, kürdlərin müstəqillik referendumundan bəri hökumət qüvvələri ilə peşmərgə arasında ilk böyük toqquşma idi. Sentyabrın 25-də keçirilmiş referendumda kürdlər referendumu dəstəkləyib, ancaq Bağdad səsvermənin özünü qanunsuz sayıb. Baş nazir Haydar əl-Abadi deyib ki, Kərkükün tutulması əməliyyatı ölkənin birliyinin qorunması üçün lazım idi. O, kərküklüləri «qəhrəman» silahlı qüvvələrlə əməkdaşlığa çağırıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Heater Nauert Birləşmiş Ştatların zorakılıqdan «çox narahat» olduğunu söyləyib və bütün tərəfləri provokasiyadan çəkinməyə çağırıb. Pentaqon rəsmiləri də tərəfləri münaqişəni qızışdırmamağa səsləyib. Vaşinqton İraqın şimalında «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla mübarizədə həm İraqın hökumət qüvvələrinə, həm də peşmərgə döyüşçülərinə təlim keçib. «İstənilən tərəfin zorakılığına qarşıyıq və diqqəti İŞİD-lə mübarizədən yayındıracaq, sabitsizlik yaradacaq hərəkətlərə yol verməməyə çağırırıq», – Pentaqonun sözçüsü Robert Manning deyib.
Avropa Birliyinin baş diplomatı Federika Mogerini də tərəfləri İraqın birliyini və uzunmüddətli sabitliyi qorumaq naminə dialoqa getməyə çağırıb. İraq qüvvələrinin Kərkükə nəzarəti ələ almasına səbəb tərəflərin yaranmış böhtanı həll edə bilməməsi olub. Kürd liderləri Bağdad hökumətinin referendumun nəticəsini ləğv etmək tələbini yerinə yetirmədi. 2014-cü ildə «İslam Dövləti» (İŞİD) ekstremist qruplaşmasının yaraqlıları İraqın şimalına nəzarəti ələ keçirəndə, kürd peşmərgələri Kərkük vilayətinin böyük hissəsini əllərində saxlaya biliblər.

Bu xəbər oxundu
- - -