Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Avropa İttifaqı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun fərqindədir”

17.10.17, 11:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elman Nəsirov: “Brüssel və rəsmi Bakı arasında münasibətlər inkişaf tempinə malikdir”

“Avropa İttifaqı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun fərqindədir”. Bunu millət vəkili Elman Nəsirov deyib. Millət vəkilinin sözlərinə görə, təşkilat gözəl anlayır ki, Avropanın enerjiyə olan tələbatı daha da artmaqdadır: "Ənənəvi enerji mənbələri ilə yanaşı Azərbaycan dövləti yeni alternativ enerji mənbəyi funksiyasını həyata keçirir. Aİ ilə münasibətlərimiz bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərdir. Burada hər bir tərəf fərqindədir ki, əlaqələr bu təmələ söykənərək inkişaf edə bilər. Brüssel və rəsmi Bakı arasında münasibətlər qeyd edilən istiqamətdə inkişaf tempinə malikdir. Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşü zamanı Azərbaycanla Aİ-nin ikitərəfli münasibətlərinin geniş formatına dair məsələlər müzakirə olundu. Bu nöqteyi-nəzərdən bu səfər onu göstərir ki, bu gün Aİ Azərbaycanla əlaqələrə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizin xarici siyasətində Aİ ilə münasibətlərin prioritet olduğunu xüsusi olaraq vurğulaması da böyük əhəmiyyət daşıyır". Elman Nəsirov qeyd edib ki, Azərbaycanla Aİ arasında enerji təhlükəsizliyi məsələsi ikitərəfli münasibətlərin inkişafı üçün çox mühüm baza rolunu oynayır: "Azərbaycan üçün enerji təhlükəsizliyi məsələsi ilk növbədə enerji marşrutlarının şaxələndirilməsində özünü əksini tapır. Aİ üçün isə bu, ilk növbədə enerji mənbələrinin şaxələndirilməsidir. Təbii ki, Avropanın ənənəvi enerji mənbələri var. Bunlardan biri Rusiyadır. İl ərzində Avropanın təxminən 500 milyard kubmetr qaza ehtiyacı var. Elə vaxtlar olub ki, onun 150 milyard kubmetri Rusiyadan alınıb. Amma hazırda Rusiyadan alınan qazın həcmi xeyli aşağı düşüb. Amma bütövlükdə, yenə də Rusiya Avropanın qaz təchizatında əsas mənbələrdən biri olaraq qalır. Azərbaycan isə Avropa üçün yeni alternativ eneri mənbəyidir. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının nümayəndə heyəti ilə görüşündə bu məqamı diqqətdə saxladı ki, Azərbaycan 3 neft, 4 qaz kəməri ilə enerji ehtiyatlarını ixrac edir. Bütövlükdə, tərəflər arasında qaz sahəsində əməkdaşlıqda ciddi nailiyyətlər əldə edilib. 2011-ci ildən imzalanmış enerji sahəsində əməkdaşlıq memorandumu bu baxımdan xüsusi rol oynayır. Ölkəmiz Cənub Qaz Dəhlizi layihəsi həyata keçirir ki, Avropanın ən böyük meqa-layihəsi hesab oluna bilər. Bu layihənin dəyəri təxminən 40 milyard dollar həcmindədir. Hazırda da bu sahədə əməkdaşlığımız böyük inkişaf tempinə malikdir. Nəzərə alsaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 3 dəfə iclası keçirilib, hər 3 tədbir onu göstərir ki, layihə işlək layihədir. Layihənin başa çatması, yəni onun reallaşması üçün görülən işlər yekunlaşmaqdadır. Burada söhbət ilk növbədə, TANAP və TAP layihəsindən gedir və "Şahdəniz" yatağı əsas mənbədir. Bu layihələr üzrə işlər 2018-2020-ci illərdə tam yekunlaşmalıdır ki, Azərbaycan qazı İtaliyaya çatacaq. Bununla da, Azərbaycan Avropanın qazla təchizatında çox mühüm rola malik olacaq. Aİ fərqindədir ki, bu layihənin uğurlu olmasını şərtləndirən ən mühüm amillərdən biri Azərbaycanın enerji siyasətində enerji və siyasətin bir birindən ayrı olması ilə bağlıdır. Yəni enerji siyasətin əlində heç bir halda alət rolunu oynamır. Dövlət başçısının bu siyasəti daim uğurlar gətirir. Bu gün Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir və bu layihə müxtəlif ölkələr arasında enerji sahəsində əməkdaşlığı özündə ehtiva edir, sülhə, əminamanlığa xidmət edir və böyük siyasi çəkiyə malikdir. Aİ təqdir edir ki, Azərbaycan hasilatçı olaraq həm özünün, həm alıcıların, həm tranzit ölkələrin mənafeyini nəzərə alır. Burada bir harmoniya var. Bu sahədə əməkdaşlıq nəticə etibarilə Avropanın meqa-lyihəsinin reallaşmasının şərtlərindən əsas amilə çevrilib".
Millət vəkili onu da diqqətə çatdırıb ki, Aİ-də Qarabağ probleminin həllinə müəyyən mənada öz töhfəsini verə bilər: "Aİ münaqişənin həlli prosesində birbaşa iştirakçı olmasa belə, dünyanın ən mühüm güc mərkəzlərindən biri olaraq prosesə siyasi təsir etmək imkanı böyükdür. Eyni zamanda, Aİ bunu edə bilər ki, münaqişə ilə bağlı proseslərə obyektiv qiymət verilsin".

Bu xəbər oxundu
- - -