Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Avropa İttifaqı “Metsamor”un bağlanmasını tələb edir

17.10.17, 11:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Avropa İttifaqı ilə Ermənistan arasında imzalanacaq "Hərtərəfli və Genişləndirilmiş Əməkdaşlıq Sazişi" adlı sənəddə "Metsamor" AES-in vaxt keçdikcə istisamardan çıxarılması göstərilib. Bu vəziyyət erməni ictimaiyyəti arasında ciddi müzakirələrə səbəb olub.
Ermənistan və region üçün "Metsamor" AES-in yaradacağı təhlükə və risk barədə "Məlumatlı Vətəndaşlar Birliyi" informasiya yayıb. Məlumatda heç bir mexanizmin əbədi fəaliyyət göstərə bilməyəcəyi, nüvə stansiyası ətrafında yaranacaq təhlükənin isə milyonlarla insanın sağlamlığına təhlükə yarada biləcəyi, Ermənistanın demək olar ki, bütün ərazilərinin məhvinə gətirib çıxara biləcəyi qeyd olunub.
"ВВЭР-440/230 nüvə reaktorunun daxilində təzyiq 125 atmosferdən çox, istilik isə 300 selsidir. Və bunun istismarı üçün reaktorun həmin şəraitə davam gətyirəcəyinə 100% güvənmək lazımdır. Hətta kiçik şübhələr və ya etimad olmaması nüvə elektrik stansiyasının bərpası üçün əsasdır.
Üstəlik yarım əsr əvvəl hazırlanan bu reaktorların yeni nəsil reaktorlarla təchiz edilmiş təhlükəsizlik sistemi yoxdur. Xüsusilə, 2026-cı ildə "Metsamor" AES-in 2-ci enerji blokunun dünyanın ən qədim reaktorlarının birinə çevriləcəyini nəzərə alarsaq, daha təhlükəsiz əməliyyat perspektivlərini təsəvvür etmək çətindir.
İstənilən ssenaridə "Metsamor" AES-in bağlanması elektrik tarifi və onun nəticələrinin artmasına səbəb olacaq. Ermənistan rəhbərliyi isə onun perspektivlərini genişləndirməyə çalışacaq, lakin yaranacaq təhlükəni nəzrə alarsaq, bunun həyata keçirilməsi yolverilməzdir".

Bu xəbər oxundu
- - -