Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Tezliklə işğalçının burnunu ovacağıq”

17.10.17, 11:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Nahaq yerə əcdadlarımız "İlanın ağına da lənət, qarasına da" məsələni deməyiblər ki. Yəqin onların da ürəyinə damıbmış ki, min illər sonra sərhədlərimizdə Ermənistan kimi terrorçu, işğalçı bir marionet dövlət, Serj Sarkisyan kimi bir cocuq qatili, iliyinə-qanınadək cəllad bir qaniçən onlara meydan oxuyacaq”.
Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünü şərh edərkən bildirib.
Deputat deyib ki, ağası Rusiya olanın nə verdiyi sözə, nə boğazdan yuxarı, başından yekə danışmasına əhəmiyyət verməyə dəyməz.
“Amma bəzən insan emosional durumdan xilas ola bilmir və az qalırsan silah götürüb cəbhəyə gedərək qəzəbini işğalçıya boşaldasan.
Təbii ki, Ermənistanın prezidenti də, erməni xalqı da anlayır ki, Rusiya olmasa Azərbaycan bir neçə günün yox, bir neçə saatın içində Qarabağdakı işğalçıları gəldikləri yerə qədər qovar. Arxalı köpək qurd basar deyiblər. Onlar da Rusiyaya arxalanıb bizə meydan oxumaqda davam edirlər. Bu gün hamı Kərkükün azad olunması ilə Qarabağdakı mövcud situasiyanı müqayisə edir, hakimiyyəti "niyə oxşar addımlar atıb torpağı işğaldan azad etmirsiniz" sualı ilə ittiham edirlər.
Mən bu insanların içindəki yanğını anlayıram, amma hissə qapılmaq lazım deyil. Və biz anlamalıyıq ki, işğalçıya zərbə endirmək üçün münasib tarixi zamanı və şəraiti qiymətləndirmədən addım atsaq peşman ola bilərik. Təbii ki, Ermənistan heç vaxt işğal etdiyi torpaqları geri qaytaran deyil. Sabah Sarkisyan belə bir niyyətə düşsə, onu da ailəsi ilə birlikdə qanına qəltan edərlər.
Erməni xalqı ayağa qalxıb Azərbaycanla barışıq tələb etsə Rusiya qoşun yeridib on minlərlə sadə ermənini “uf” demədən məhv edər. Amma istənilən halda Serj Sarkisyanın bu dəfəki sərsəmləməsi bir daha qənaətimizi netləşdirir ki, haylamaqla donuzu darıdan çıxarmaq olmayacaq və biz bütün gücümüzlə, bütün varlığımızla Müqəddəs Savaşa hazırlaşmalıyıq və o günün uzaqda olmadığını düşünürəm. Erməni və sülh anlayışları bir birinə daban-dabana ziddiyyət təşkil edir. Onlar tarix boyu kimlərinsə əlində istifadə vasitəsi kimi işlədiliblər və bu xislətləri həm özlərinə bədbəxtlik gətirib, həm də bütövlükdə bəşəriyyətə. Hesab edirəm ki, Ali Baş Komandan da bu görüşlərdə iştirak etsə də Ermənistanın və onun cəllad rəhbərinin nə yuvanın quşu olduğunu bilir, sadəcə onları diz çökdürəcək zamanın hələ yetişmədiyini də hesablayır.
Azərbaycan nəinki ötən ilki aprel döyüşlərinə, Xankəndinə üçrəngli bayrağı sancacağımız qələbəyə köklənib və inşallah biz tezliklə işğalçının burnunu ovacağıq".

Bu xəbər oxundu
- - -