Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sankt-Peterburqda Müslüm Maqomayevin 75 illiyi

17.10.17, 12:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sankt-Peterburqun Dmitri Şostakoviç adına Akademik Filarmoniyasında ölkəmizin bu şəhərdəki baş konsulluğunun təşkilatçılığı ilə görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunan təntənəli konsert keçirilib.
Konsertdə tanınmış müğənninin mahnı və bəstələrini Rusiyanın Əməkdar Artisti, Sankt-Peterburqun Mariya Teatrının solisti, opera müğənnisi Vladimir Samsonov ifa edib. Samsonovu dirijor Stanislav Qorkovenkonun rəhbərliyi ilə Sankt-Peterburq Qubernator Orkestri müşayiət edib. Peterburqlular tərəfindən hərarətlə qarşılanan konsertdə çoxsaylı sənətsevər iştirak edib, anşlaq yaşanıb.
Konsertdən əvvəl baş konsul Sultan Qasımov çıxış edərək dahi Müslüm Maqomayevi xalqımızın fəxri adlandırıb, onun həm Azərbaycan, həm də Rusiya üçün dəyərli sənətkar olduğunu, müğənninin ifasında səslənən əsərlərin bir neçə nəsil tərəfindən sevilərək dinlənildiyini vurğulayıb. Baş konsul Sultan Qasımov Müslüm Maqomayevin 75 illiyinə həsr olunmuş təntənəli tədbirin Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının 137-ci Assambleyasının keçirilməsinə təsadüf etdiyini və şəhərin mədəni həyatında əlamətdar hadisə olduğunu qeyd edib.
Diplomat baş konsulluq adından Sankt-Peterburqun Şostakoviç adına Akademik Filarmoniyasının rəhbərliyinə, Müslüm Maqomayevin əsərlərini ifa edən Rusiyanın Əməkdar Artisti Vldaimir Samsonova, Sankt-Peterburqun Qubernator Orkestrinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Bu xəbər oxundu
- - -