Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Əxlaq prinsiplərini zədələyən təzahürlər lokallaşdırılmalıdır”

17.10.17, 14:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bizim kimi ölkələrdə bu kateqoriyadan olan insanların təcrid olunmuş vəziyyətdə yaşamasındansa, ABŞ və Avropa ölkələri onların dinc şəraitdə öz arzularını gerçəkləşdirməsi üçün sığınacaq verib xüsusi imtiyazlı vətəndaşlar kimi yağ-bal içində yaşada bilər. Bunu etmirlərsə, deməli, məqsəd birdir: bu virusu bizim cəmiyyətə yaymaq, ailə dəyərlərini alt-üst etmək, tolerantlıq adı ilə əxlaqsılığa dözümlü bir cəmiyyət formalaşdırmaq.
Bu sözləri millət vəkili Fazil Mustafa Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieksin Azərbaycanın Bakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı məlumatların təqdim edilməsi barədə müraciətinə Ramil Usubovun cavabına münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, utanmazlığın bundan o tərəfini təsəvvür etmək mümkün deyil: “Hömətli nazirimiz Ramil Usubov Avropa rəsmilərinin müraciətinə mədəni formada haqlı cavab verib ki, cinsi azlıq olmaq, hüquq pozuntusuna yol vermək üçün xüsusi imtiyaz yaratmır. Adamlar konkret olaraq yoluxucu xəstəliklər yayırlar və buna görə də inzibati məsuliyyətə cəlb olunublar. Fikrimcə, Azərbaycan polisinin bu addımı yerində, doğru və cəmiyyətin dəstəklədiyi bir addımdır. Mən insan haqlarından da, dindən də, siyasətdən də az-çox başı çıxan adamam, düşünürəm ki, xəstə insanlardır, Allah normal insani keyfiyyətləri bu kateqoriyadan olanlara nəsib etməyib, Yaradanın yaratdığına qarşı bizlərin də mərhəmətli olması vacibdir. Ancaq “cəmiyyət əxlaqı” deyilən bir şey var, bu cür təzahürlər mütləq lokallaşdırılmalıdır ki, insanların ümumi əxlaq prinsiplərini zədələməsin. İnkişaf etmiş ölkələrdə fahişəliyin məkan olaraq lokallaşdırılması və xüsusi yerlərdə lisenziya vasitəsilə mümkünlüyünün nəzərdə tutulması səbəbsiz deyil. Onsuz da istəsən də, istəməsən də cinsi azlıqlar, fahişələr, narkomanlar, alkoqoliklər həm qədim dünyanın, həm də müasir dünyanın reallıqlarıdır, həmişə olmuş və olacaqdır. Ancaq bu təzahürlərin cəmiyyət çoxluğuna təzyiq və təsir göstərməsinə, öz həyat tərzini bu və ya digər vasitələrlə cəmiyyətə sırımasına biganə yanaşmaq olmaz. Ona görə də bu kateqoriyadan olan insanlar üçün xüsusi lisenziyalaşdırılmış yerlərin müəyyən olunması, marjinallaşması üçün addımlar atılmalıdır. Dövlət nəzarəti öz üzərinə götürür, vergisini alır, bu kateqoriyadan olan insanlar, icmalar müəyyən olunmuş məkanlardan kənarda öz vərdişlərini nümayiş etdirməyə çalışarlarsa, o zaman qanunda nəzərdə tutulan sərt tədbirlər görülür”.
Millət vəkili qeyd edib ki, bu gün ABŞ və Avropada cinsi azlıqların hakimiyyət olumpində rahatlıqla ön mövqelərə çəkilməsi sirr deyil: “Bəzi dövlət postlarında, sənət məkanında, biznes mühitində, dindar çevrəsində bu tipli insanları dəstəkləyərək onların mövcudluğunu adiləşdirmək, normal bir təzahür kimi göstərmək bizim üçün daha faydalı olan əksər Qərb dəyərlərinin mənimsənilməsinə qarşı olanlar üçün də əlverişli arqument yaratmış olur. Ona görə də bu problemə sanki Daxili İşlər Nazirliyinə aid məsələ kimi baxaraq cəmiyyətin düşünən insanlarının yaxasını kənara çəkməsi yanlış yoldur. Bu problemlə bağlı dəqiq hüquqi tənzimləmələr olmazsa, ciddi narahatedici hadisələrin gələcəkdə də yaşınması qaçılmaz olacaqdır”.
Qeyd edək ki, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieks Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova Bakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı məlumatların təqdim edilməsi barədə müraciət ünvanlayıb.

Bu xəbər oxundu
- - -