Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiya münaqişəni inhisara alıb”

17.10.17, 14:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Erməni politoloq: “Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Serj Sarkisyanın özünə və Qarabağdan gələnlərin qəbiləsinə sərfəli deyil”

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Serj Sarkisyanın özünə və Qarabağdan gələnlərin qəbiləsinə sərfəli deyil. Çünki bu qəbilə Qarabağda müharibə dalğası zamanı Ermənistanda hakimiyyəti tutdu və məhz münaqişə nizama salınmadığı üçün hakimiyyətdə qala bilir”.
Bu barədə erməni politoloq Tevos Arşakyan deyib.
Onun sözlərinə görə, vaxtilə Koçaryan, indi isə Sarkisyan Ermənistanda öz cinayət şəbəkəsini yaradıb, iqtisadiyyatı inhisara alıb, konstitusiyanı istədiyi kimi dəyişib və ölkəni rusların əmrinə verib.
“Qarabağ problemi həll olunarsa, “yalnız Qarabağdan gəlmələr xalqın maraqlarını müdafiə edə bilərlər, yəni Sarkisyan...” mifi dağılacaq”, - deyə o bildirib.
Tevos Arşakyan hesab edir ki, Sarkisyanın məntiqi davamı olaraq, Rusiya da münaqişənin həllini istəmir: “Rusiya münaqişəni inhisara alıb və o olmadan nə ABŞ, nə də Avropa İttifaqı heç nə edə bilməz. Münaqişə bölgəsində “nə sülh, nə də müharibə olsun” prinsipi Moskva üçün sərfəlidir. Sarkisyan bu münaqişədən istifadə edərək hakimiyyətini davam etdirdiyi kimi, Rusiya da bölgədə məhz bu amilə görə öz gücünü saxlaya bilir”.
Erməni siyasi şərhçi daha sonra maraqlı fikirlər səsləndirib və qeyd edib ki, bu düşüncəsinə görə ona təzyiqlər ola bilər.
“Mən indi qadağan olunmuş fikirləri səsləndirəcəm. Əminəm ki, əgər Sarkisyan olmasaydı, həmçinin, üzərimizdən Rusiya kölgəsi çəkilsəydi, ermənilərlə azərbaycanlılar birlikdə müzakirə aparıb, problemi sülh yolu ilə həll edə bilərdilər”, - deyə o bildirib.

Bu xəbər oxundu
- - -