Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan prezidenti Ukrayna baş nazirinin birinci müavinini qəbul edib

19.10.17, 14:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan prezidenti İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Stepan Kubiv Ukrayna prezidenti Petro Poroşenkonun salamlarını Azərbaycan prezidentinə çatdırıb.
Görüşdə Azərbaycanla Ukrayna arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Ukrayna prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ukrayna prezidentinə çatdırmağı xahiş edib.

Bu xəbər oxundu
- - -