Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Suriyada kimyəvi silahdan istifadə olunur

20.10.17, 9:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-ın Dövlət Departamenti ilk dəfə Suriyada “Ən-Nüsra” Cəbhəsilə əlaqəli “Heyəti Təhrir Şam” qruplaşması tərəfindən kimyəvi silahdan istifadə edildiyini dilə gətirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat yayıb.
"Suriyada “Ən-Nüsra” cəbhəsilə əlaqəli “Heyəti Təhrir Şam” terrorçu qruplaşması fəaliyyət göstərir ki, əldəqayırma partlayıcı qurğulardan və kimyəvi silahdan istifadə edir”. Dövlət Departamentinin bu bəyanatı Suriyada terrorçuların kimyəvi silahlardan istifadə etməsini təsdiqləyib. “Biz dəfələrlə bu haqda xəbərdarlıq edirdik”, - deyə Konaşenkov bildirib.

Bu xəbər oxundu
- - -