Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İİTKM Dövlət Pedaqoji Universitetində ictimai mühazirə keçirib

20.10.17, 12:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda növbəti ictimai mühazirəni Dövlət Pedaqoji Universitetində (ADPU) keçirib.
Mərkəzdən verilən məlumata görə, ictimai mühazirənin açılışını ADPU-nun rektoru Cəfər Cəfərov edib. O rəhbərlik etdiyi universitetdə belə bir mövzuda mühazirənin təşkil edilməsinin çox önəmli olduğunu bildirib. Əlavə edib ki, bu kimi tədris müəssisələri ölkədə aparılan islahat prosesinə yüksək səviyyədə, beynəlxalq standartlara uyğun kadr potensialının hazırlığını təmin etməklə öz töhfəsini verə bilər. "ADPU-da təhsilin keyfiyyət göstəriciləri yüksəlməlidir. ADPU-nun ölkədəki ictimai nüfuzu, imici gücləndirilməlidir. Biz xarici əlaqələrimizi genişləndirməli, beynəlxalq proqram və layihələrdə fəal iştirak etməli, innovativ təşəbbüslərlə çıxış etməliyik. ADPU-nun fəaliyyətini müasir tələblərə uyğun qurmalı, universitetimizi ölkəmizin, eləcə də regionun qabaqcıl universitetinə çevirməliyik. Çünki ölkədə dərin biliyə, savada, geniş dünyagörüşünə malik nümunəvi müəllimlərin olması vacibdir".
Daha sonra İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı "Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər" mövzusunda ictimai mühazirəni təqdim edib. V. Qasımlı qeyd edib ki, universitetlərdə belə görüşlərin təşkil olunmasında məqsəd, iqtisadi islahatlarla bağlı maarifləndirmə işlərini həyata keçirmək, professor-müəllim və tələbələrin islahatlarla bağlı fikirlərini öyrənməkdən ibarətdir. "Müşahidələr onu göstərir ki, belə görüşlərdə universitet kollektivləri çox böyük həvəslə iştirak edirlər. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi artıq mindən çox heyətlə belə müzakirələr aparıb. Bununla bir tərəfdən maarifləndirmə işi aparılır, digər tərəfdən isə islahatlar barədə daha çox məlumatlılığın olması təmin edilir. Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunan mühazirənin əhəmiyyəti ondan ibarətdir ki, bu günün tələbəsi sabah müəllim olacaq və həmin müəllimlər Azərbaycandakı islahatların uğuru ilə bağlı öz şagird və tələbələrinə Azərbaycandakı iqtisadi islahatlarla bağlı öz uğurunu çatdıracaq".
Qeyd edək ki, ictimai mühazirədə 400 nəfər professor-müəllim və tələbə heyəti iştirak edib. Mühazirədən sonra universitetin müxtəlif kafedralardan ibarət professor müəllim heyəti aktiv olaraq, onları maraqlandıran suallar ünvanlayıblar.

Bu xəbər oxundu
- - -