Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Prezidentin D-8 Zirvə görüşünə dəvət edilməsi...”

20.10.17, 12:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Musa Qasımlı: ”Azərbaycanın dünya və regionda artan rolunun göstəricisidir”


Prezident İlham Əliyevin D-8-in İstanbulda keçirilən Zirvə görüşünə xüsusi qonaq kimi dəvət edilməsi Azərbaycan dövlətinin gələcək inkişafına olan nikbinliyin göstəricisidir.
Bunu deputat Musa Qasımlı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etməsinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriyadan ibarət hələ 1997-ci ildə əsası qoyulmuş D-8-lərin İstanbulda keçirilən Zirvə görüşünə xüsusi qonaq olaraq dəvət ediməsinin bir neçə mənası var: "Bu dəvət ilk növbədə dövlətimizin dünya və region siyasətində artan rolunun göstəricilərindən biridir. İkincisi, bu dəvət Azərbaycan dövlətinin və xalqının böyük potensialına, gələcək inkişafına olan nikbinliklə bağlıdır. Üçüncüsü, bu dəvət Prezident İlham Əliyevin şəxsi nüfuzu və Azərbaycanın digər ölkələrlə əməkdaşlıq etmək istəyi ilə əlaqədardır".
M.Qasımlı deyib ki, Avropa, Asiya və Afrika qitələrində yerləşən və təşkilata daxil olan bu dövlətlərin hamısı ilə Azərbaycanın yaxşı münasibətləri var.
Qeyd edək ki, bu gün İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

Bu xəbər oxundu
- - -