Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ankarada Türkiyə-Makedoniya-Azərbaycan əlaqələri haqqında danışılıb

20.10.17, 12:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türk Hərəkat Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Enes İbrahim Türkiyədə bir sıra şəxslərlə görüşlər keçirib. Bu barədə məlumatı diaspor fəalı Elnur Eltürk verib.
“Millət vəkili Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qaraman, Baş nazirin müavini Hakan Cavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, TÜRKSOY-un baş katibi Dusein Kaseimovla görüşüb. Görüşdə Türkiyə-Makedoniya-Azərbaycan əlaqələrinin inkişafı və gələcək planları haqqında danışılıb. Qeyd edim ki,millət vəkili Enes İbrahim Balkanların fəal siyasətçilərindən sayılır. Bütün beynəlxalq tədbirlərdə Azərbaycanı müdafiə edir”,-deyə Elnur Eltürk qeyd edib.

Bu xəbər oxundu
- - -