Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Hər şey dekorasiyadır”

20.11.17, 13:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Viktor Yuşşenko: “Postsovet məkanındakı bütün konfliktlərdə aqressor Rusiyadır”

Postsovet məkanındakı bütün konfliktlərdə aqressor Rusiyadır. Bu ərazilərin hamısında Rusiya öz hərbi bazasını yaradıb. Bu ərazilərin hər birində Rusiyanın dəstəyi ilə yaradılan oyuncaq hökumətlər var.
Bunu Brüsseldə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" beynəlxalq forumunda çıxışı zamanı Ukraynanın eks-prezidenti Viktor Yuşşenko söyləyib.
“Ukrayna unitar ölkədir. Donbasda bu günə qədər regionun Ukraynadan ayrılması və yeni dövlətin formalaşdırılması məsələsini qaldıran siyasi qüvvə yoxdur. Niyə Luqansk və Donetsk Xalq Respublikaları mövcuddur? Separatizm imperiya hədəflərinə çatmaq üçün siyasi alətdir. Bu konfliktlər ölkənin daxili işi deyil. Bu konfliktlər milli xarakter daşımır. Bu konfliktlər heç vaxt bir sıra dövlətlərin maraqları olmayacağı halda qaynar fazaya daxil olmazdı. Bunun hamısının arxasında imperiya siyasəti dayanır.
Şərqi Avropadakı altı konfliktdən heç biri həll edilməyib. Sual yarana bilər ki, Dağlıq Qarabağ konfliktinin həll formatı sonuncu dəfə nə zaman müzakirə edilib? Burada artıq hesab yoxdur. Biz bu prosesə inanmırıq. Başa düşürük ki, hər şey sadəcə dekorasiyadır. Həqiqi həll variantı yoxdur. Biz qənaətə gəlmişik ki, siyasi təhlükəsizlik aləti artıq çalışmır. Biz Avropanın siyasi xəritəsinə baxanda, Avropanı iki dünyaya ayıran böyük divar görürük. Bunlar demokratik Avropa dünyası və Asiya feodal Rusiya dünyasıdır. Bu tektonik hərəkatlar dünən Qarabağda, sonra Krımda, sonra Osetiya, Donbas və digərlərində oldu. Sual olunur, növbəti kimdir?”

Bu xəbər oxundu
- - -