Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Uşaqların təhsili məsələsində Azərbaycanın fəaliyyəti tərifəlayiqdir“

20.11.17, 14:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Uşaqların təhsili məsələsində Azərbaycanın fəaliyyəti tərifəlayiqdir"
Bunu YUNİSEF-in (BMT-nin Uşaq Fondu) Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Əfşan Xan "ADA" Universitetində mühazirəsi zamanı bildirib.
"Hazırda Azərbaycanda uşaqların təhsil alması ilə bağlı problem yoxdur. Azərbaycanda uşaqların 95%-dən çoxu hazırda təhsil almaq imkanına malikdir. Bu məsələdə Azərbaycanın səyləri tərifəlayiqdir", - Ə.Xan deyib.
Onun sözlərinə görə, əlavə addımlar atmaq lazım olan bir neçə sahə var: uşaqların hüquq və müdafiəsinin təmin edilməsi, məhdud imkanlı uşaqların təhsil almaq imkanının olması, onların qısa zamanda cəmiyyətə inteqrasiyası.
"Bu problemlərin həlli vacibdir, çünki Azərbaycan artıq yoluxucu xəstəliklərin qarşısının alınması və müalicəsi ilə bağlı bir sıra məsələləri həll edib və uşaq sağlamlığını yaxşılaşdırıb", - deyə Ə.Xan qeyd edib.
O xatırladıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan münaqişənin yaratdığı problemlər, qaçqın və məcburi köçkünlərin, o cümlədən uşaqların axını ilə qarşılaşıb.
"Azərbaycanın uşaqlarla bağlı məsələdə səyləri təqdirəlayiqdir. Amma gələcək nəsillərin rifahı üçün işə davam etmək lazımdır", - YUNİSEF-in regional direktoru vurğulayıb.
O xatırladıb ki, son 2-3 il ərzində Suriyadan Avropaya bir milyondan çox qaçqın gəlib, hazırda Türkiyədə 3,5 milyon qaçqın var. Həmçinin, təxminən, 800 min rohinca müsəlmanı Myanmadan Banqladeşə qaçıb.
"Bu mənada dünya bu cür miqrasiya axınlarına səbəb olan münaqişələrin sona çatmasını istəyir. Bu, ölkənin siyasi və mənəvi seçimidir", - Ə.Xan vurğulayıb. O əlavə edib ki, insanın özünü və ailəsini qoruya bilməsi üçün miqrasiya məcburi yox, proqnozlaşdırılan olmalıdır.
Onun sözlərinə görə, bugünkü miqrasiya prosesləri insanların vətənində uyğun təhsil və səhiyyə imkanlarından məhrum olması ilə bağlıdır.

Bu xəbər oxundu
- - -