Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

8 şərab istehsalçısı Çinə məhsul ixrac edir

21.11.17, 12:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın 8 şərab istehsalçısı Çinə öz məhsullarını ixrac edir. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycan Çinə ixrac missiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanın ixracatçıları bu il beş ölkədə təşkil olunan sərgidə iştirak edib. Bu sərgilər Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Honq Konq və 2 dəfə Almaniyada təşkil olunub.
AZPROMO Azərbaycan ixracatçılarının istəyi ilə 20-dən çox xarici bazarı araşdırır. Rüfət Məmmədov bildirib ki, 30-dan çox ölkə ixracatçısının istəyi nəzərə alınaraq 20-dən çox ölkənin bazarları araşdırılır. Araşdırma zamanı bu ölkələrin biznes mühiti, ölkədə tələb olunan əsas məhsullar və bazardakı rəqiblər araşdırılaraq Azərbaycan ixracatçılarına məlumat verilir. Məqsəd ixracatçıların məhsullarını ixrac etmək istədiyi xarici bazarlar barədə onları məlumatlandırmaq, strategiyalarını qurmaq üçün şərait yaratmaqdır.

Bu xəbər oxundu
- - -