Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənilərin etirafları: “Biz heç nə yarada bilməmişik“

23.11.17, 11:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənilərin oğru xalq olduğu indinin söhbəti deyil. Özünə inanan, cidddi imzası olan dünyanın elə tanınmış yaradıcı insanı yoxdur ki, erməni haqqında yaxşı söz desin. Erməni oğrudur, bu, artıq şərhə ehtiyacı olmayan bir aksiomdur. Erməni zaman-zaman xalqımızın süfrəsinin qırıntılarıyla varlığını birtəhər qoruya bilib, insansevərliyimizdən istifadə eləyib, sonda da insansızlığını, amansız sifətini tam açıq şəkildə ortaya qoyub.
"Oğurlanmış tarix. Soyqırımı" kitabının müəllifi, araşdırmaçı Sənubər Sarallının Ermitajda Azərbaycanla bağlı soraqları axtarması, soydaşlıq yanğısıyla müəyyən qənaətlərə gəlməsi düşündürücüdür: "Sankt-Peterburq Dövlət Tarix Muzeyində - antik dünya və Qafqaz ekspozisiyalarından birində akademik Boris Borisoviç Piotrovski (1908-1990) haqqında məlumat olan stend açılıb. Karmir-Blur qazıntıları ilə bağlı lövhənin yanında isə Urartunun xəritəsi diqqəti cəlb edir. Bu qədim dövlətin ərazisi ətrafında, Xəzər və Qara dənizin ətrafındakı ərazidə mövcud olan dövlətlərin və şəhərlərin adları qeyd olunub: Rusiya, İran, İraq, Gürcüstan (Tiflis-Tbilisi), Ermənistan (Ravan-Erivan-Yerevan). Yalnız Azərbaycan göstərilməyib. Bu xəritə Ermitajda görəsən, neçə ildir ki, asılır? Ancaq görünür ki, bu xəritədəki dəqiq coğrafi saxtakarlıq heç kimi maraqlandırmır, onunla heç kimin işi yoxdur. Tarixçilər isə yaxşı bilirlər ki, haylar, yəni ermənilər yalnız 19-cu yüzilin əvvəlində Qafqaza köçürülüblər və yerli etnoslardan biri sayıla bilməzlər.
1975-1980-cı illərdə "Kuryer" jurnalında erməni alimlərinin YUNESKO-ya qədim Urartunun Ermənistana mənsub olduğu haqqında məlumatlar təqdim etdikləri qeyd olunub. Guya ki, 3 min il bundan əvvəl bu dövlətin ərazisində erməni (hay) faktorunun olması mənbələrdə göstərilib. YUNESKO-nun mütəxəssisləri bütün faktları araşdırdıqdan sonra bu versiyanın doğruluğuna inanmadıqlarını bildiriblər. Doğrudan da Urartu dövləti haqqında məlumatlar var, ancaq onun əsasında ermənilərin mövcud olması haqda qeydlər belə yoxdur. Burada eramızdan əvvəl yaşamış Mark Tulley Siseronun (106-43-cü illər) sözləri yada düşür: "Tarixin ilkin şərti - yalandan çəkinməkdir. İkincisi - həqiqəti danmamaqdır. Üçüncüsü - özünü tamah və qəsdən düşmənçilikdə şübhəli sayılmağa heç bir əl yeri qoymamaqdır."
Sənubər xanım B.B.Piotrovskidən sitatlar gətirir. İllər öncə B.B.Piotrovski Ermənistan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasındakı çıxışından danışır: "Mən öz çıxışımda göstərdim ki, Akademiyanın nəşrlərində və bir sıra jurnallarda Ermənistanın qədim heroqlif yazıları haqqında dərc edilmiş məqalələrdə müəlliflər ərəb yazılarını eramızdan əvvəlki 19-17-ci yüzil hayas heroqlifləri əvəzinə təqdim edirdilər. Belə olduqda mən yalnız şifahi məlumat verməklə kifayətlənməyi mümkün sayırdım. Lakin S.Ayvazyan müxtəlif təşkilatlara, həmçinin Ermənistan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin göndərdiyi məktubları göstərdi ki, o, mənim çıxışımı düzgün saymır. Buna görə də xahiş edirəm, mənim iradlarımı çap edəsiniz. S.Ayvazyan bir çox məqalələrində eramızdan əvvəl 19-cu yüzilin heroqlifik yazılarını kəşf etdiyini xəbər verir və çətinlik çəkmədən Metsamorun qaydalarındakı işarələri erməni əlyazmalarında qalmış, vaxtilə N.Emin tərəfindən dərc edilmiş ("İssledovaniye statya N.O.Emina", 1986, səh. 204), işarələrlə tutuşduraraq bu yazıların tərcüməsini verir".
Çexoslovakiyada nəşr olunan jurnalda B.Mkrtçyanın ingilis dilində dərc olunmuş məqaləsində (1967, N-3, səh. 76) eramızdan əvvəl 19-cu yüzilin haylara məxsus sikkələrin təsəvvürləri ilə yanaşı onların fotoları da yerləşdirilib. Bu sikkələri Ermənistanın Tarix Müzeyinin bölməsinə müəyyənləşdirmək üçün verərkən belə bir rəy alınıb: "Jurnalda təsvir olunmuş mis pullar eramızdan əvvəl 19-cu yüzilə mənsub pul vahidləri olmadıqları üçün tamamilə səhv təqdim edilmişlər. Əslində isə (köhnə yazılı) eramızın 12-13-cü yüzillərinə aid olmaqla Eldəgizlər sülaləsinin dövründə buraxılıb (1133-1225). Bunlar kütləvi olaraq orta yüzillər Ermənistanında və Zaqafqaziyanın müəyyən hissələrində yayılıb." Məlum olub ki, S.Ayvazyan tərəfindən dərc etdirilən və B.Mkrtçyanın məqaləsində təkrar çap edilmiş uydurmadır və reallıqla heç bir əlaqəsi yoxdur".
S.Sarallı qeyd edir, yalnız təəccüblü odur ki, müəllif yalan təsəvvürləri dərc etdirməyə necə qərar verib. Metsamorun daş və qayalarındakı "hayların yazıları" (eramızdan əvvəl 17-ci yüzil) barəsində də vəziyyət bundan yaxşı deyil. Əslində isə Ermənistan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun ərəbşünaslarının rəyinə görə daş surəti dəqiq çıxarılmamış, ərəb yazıları yazılmış qəbirüstü daşdır. Burada "Əli ... Qasım xan" yazılıb. Əlbəttə ki, bu yazı S.Ayvazyanın qeyd etdiyi kimi, soldan sağa deyil, əksinə, sağdan sola oxunur. Ərəb yazısını azca belə bilənlər adların kufi forması ilə yazıldığını görərlər. Ən təəccüblüsü də odur ki, həmin məqalədə qeyd verilir: "Bəzi arxeoloqlar Metsamor daşındakı yazıları ərəb yazıları sayırdılar". Görəsən, bu fikri yoxlamaq üçün ərəbşünaslardan öyrənmək olmazdımı? S.Ayvazyanın təqdim etdiyi surətlər dəqiq deyil və bunlara görə, ərəb yazılarının xarakteri və zaman haqqında mülahizə yürütmək olmaz.
Ancaq Mkrtçyanın ingilis dilində dərc etdirdiyi məqalənin şəkilləri əsasında professor V.A.Kraçkovskaya belə rəylə çıxış edib: "Metsamor yazılarında ərəb kufi formasında yazılarının işarələri dəqiq görünür və bunlar naşı əllə yazılmış, sağdan sola oxunan Əli və Həsən adlarıdır. İşarələrin formasına görə, bunlar orta yüzillərə aid edilə bilməz və onların bizim eranın 19-cu yüzilinə aid olması mümkündür. Metsamorun yanında Azərbaycan kəndi olan Zeyvənin yerləşdiyini də qeyd etmək yerinə düşərdi. (Hayastandan (Qərbi Azərbaycandan) 1988-1992-ci illərdə bütün Azərbaycan-türk əhali qovulub-red.). Metsamorun hayasların heroqlif yazıları haqqında uydurma bax, beləcə geniş reklam olunaraq təəssüf ki, hətta nüfuzlu elmi jurnallara da düşüb.
Urartu yazılarının erməni yazıları olmasını sübut etmək üçün erməni - urartu uyğunluğunu seçərkən S.Ayvazyan bilmirdi ki, erməni dilinə tək Urartunun deyil, Assuriyanın yazılarını da tərcümə edən A.Mordmanın fikrini təkrarlayır (1824). Bu fikir isə 150 il əvvəl deyilib və çoxdan elm tərəfindən təkzib edilib. Ermənistan SSR Elmlər Akademiyasının Rəyasət Heyəti iclasında kütləvi ədəbiyyata yol tapıb, erməni tarix elminə ziyan vuran savadsız "nəzəriyyələrin" axınının qarşısını almaq məqsədilə mənim bildiyim iradlar belə idi. Urartu sözlərinin erməni dili tərəfindən qəbul edildiyi vaxtilə Q.A.Kapantsyan və Q.R.Acaryan tərəfindən təsdiq olunub".
S.Sarallı Peterburqda 1902-ci ildə hərbi nəşriyyat tərəfindən dərc olunmuş, Rusiya İmperiyasının Vanda və Ərzurumda baş konsulu olmuş rus generalı Mayevskinin avtoreferat göstəricilərinə müraciət edir: "...Onlar həddən artıq milli ideyaların tərəfini saxlamağa yönəliblər. Burada din nümayəndələri "Allah" sözünün təbliği ilə deyil, əsasən xristian və müsəlmanların milli qarşıdurması üzərində çalışıblar". Belə bir şey də var. Ermənilərin qəhrəmanları haqqında bir şey eşitmisinizmi? Onların azadlıq uğrunda mübarizə aparanları haradadır? Onlar yoxdurlar. Niyə? Çünki bu mübarizlər öz xalqlarının xilaskarı deyil, cəlladları rolunu oynamışlar. Erməni bandaları sadəcə olaraq qarışıqlıq, qırğın törədib və sonra qaçıb gizlənmişlər. Silahsız erməni kütlələri isə öz silahlı qardaşlarının "qəhrəmanlıqlarına" görə qanları və əldə etdikləri ilə hesab ödəyiblər. Bu isə məhz XX yüzilin əvvəllərində bütün dünyaya car çəkdikləri guya ermənilərə qarşı aparılmış "qondarma soyqırımı" məsələsinə görə idi: "Nə qədər Türkləri hər hansı bir vəhşi əməllərə görə günahlandırsalar da, bir şeyi demək olar: Türkiyənin müxtəlif şəhərlərində olan erməni-müsəlman qarşıdurması ilə bağlı şəxsən mənə məlum olan hər şey onu sübut edir ki, bütün qanlı əməllər məhz ermənilərin özlərinin təşəbbüsü ilə həyata keçirilirdi" ...Erməni milləti öz ağılsız rəhbərlərinin qurbanına çevrilmişlər, minlərlə öz qardaşlarını qırmışlar və nəticədə onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yardım etməmiş, əksinə, onları çarəsiz və çıxılmaz vəziyyətdə qoymuşlar. Burada guya tarixin də "zəhməti" var. Onlarda həqiqət yoxdur, çünki erməni müəllifləri bu həqiqətlərdən açıq şəkildə qaçırlar. Onlarda hər şey şişirdilmiş boş faktlara əsaslanır".
XIX yüzilin erməni yazıçısı Manuk Abexyan görün nə yazır: "Məlum deyil ki, haylar nə vaxt və hardan Ermənistana (Hayastan) gəliblər. Erməni dili - hibriddir, ermənilərin özləri kimi." Başqa müəlliflərdən fərqli müəllif belə yazır: "Erməni millətinin keçmişi necədir, hardan, necə, nə vaxt və hansı yollarla bura (Hayastana) gəlmişlər. Erməni olana qədər onlar kim olublar, hansı tayfalarda ünsiyyətdə və əlaqədə olublar, onların dilinə və etnik tərkibinə kim və necə təsir edib? Bizim əlimizdə bunları təsdiq edən faktlar yoxdur".
S.Sarallı sonda deyir: "Tarixdən məlumdur ki, e.ə.7-ci yüzilə qədər Assuriya hökmdarı Sarqon Urartu dövlətinə ağır zərbə vurmuşdu. Onun hökmdarı Russa özünə qəsd etmişdi. Bu vəziyyətdən istifadə edən ermənilər zəbt edilmiş torpağa yiyələniblər. Ermənistan vətəndaşlarının hüquqları və azadlıq mərkəzinin sədri Vardan Artunyan 2007-ci ildə deyirdi: "Kiçik və müvəqqəti qələbələri tərifləyirik. Biz keçmişdə qalmış bir xalqıq. Biz 20-ci yüzilin dəyərlərindən yararlana bilməmiş və 21-ci yüzilə keçə bilməmişik. Kilsələrdən başqa biz heç bir şeyi qoruya bilməmiş və heç nə yarada bilməmişik. Bizim qədim şəhərimizin elə ancaq 200 yaşı var." 2002-ci ilin mayında Azərbaycana səfər edən Roma Papası 2-ci İohann Pavel öz çıxışında demişdi: "Siz azərbaycanlılar qədim Altay mədəniyyətinin davamçıları olmağınızla fəxr etməlisiniz". Hətta Roma Papası 2-ci İohann Pavel Qəbələ rayonundakı Nic kəndindəki bir azərbaycanlı oğlanı Azərbaycandan aparılmış tarixi abidələr üzərindəki qədim alban yazılarını oxumaq üçün özü ilə aparmışdı. 2009-cu il 18 apreldə Sankt-Peterburqda Ermitaj Dövlət Muzeyində təqdim olunmuş şəkillər ermənilərin növbəti yalanlarının sübutudur".

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -