Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Şərq tərəfdaşlığı“ sammitində birgə bəyannamə qəbul edilib

24.11.17, 14:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aİ bütün tərəfdaşlarının suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir

Avropa İttifaqı bütün tərəfdaşlarının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir.
Bu barədə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitinin yekun Bəyannaməsində deyilir.
Sənəddə qeyd olunur ki, sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edir. Sammit iştirakçıları regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırır.
Münaqişələrin həlli, etimadın qurulması və qonşuluq münasibətləri iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün vacibdir.
"Sammit iştirakçıları mövcud formatlar çərçivəsində və ya formatların dəstəklənməsi ilə, həmçinin, lazım gəldikdə ərazilərdə fəaliyyət göstərməklə münaqişələrin həlli və etimadın qurulması istiqamətində səyləri və Aİ-nin güclənmiş rolunu alqışlayır", - deyə Bəyannamədə vurğulanır.
Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" sammitinin iştirakçıları Aİ və Azərbaycan arasında tərəfdaşlığa dair yeni çərçivə razılaşmasının imzalanması istiqamətində davam edən danışıqlardakı müsbət irəliləyişi alqışlayır.
Bəyanatda qeyd olunur ki, Avropa İttifaqı Ermənistan, Azərbaycan və Belarus da daxil olmaqla hər bir tərəfdaş ölkə ilə qarşılıqlı ticarətin gücləndirilməsi üçün cəlbedici və real variantları və ümumi maraqları əks etdirən investisiya təşviqini, eləcə də beynəlxalq ticarət qaydaları və ticarətlə əlaqəli beynəlxalq standartlar, o cümlədən intellektual mülkiyyət sahəsində, iqtisadiyyatın modernləşdirilməsi və diversifikasiyası sahəsində birgə danışıqları davam etdirəcək.
"Azərbaycanla birgə aviasiya məkanı razılaşması üzrə danışıqların tez bir zamanda bitməsinə dəstək ifadə edirik"-deyə Bəyannaməsində deyilir.
"Enerji təminatının təhlükəsizliyi üzv və tərəfdaş ölkələr arasında genişləndirilmiş təbii qaz və elektrik rabitəsi ilə inkişaf etdirilə bilər. Müasirləşdirilmiş Ukrayna qazötürücü sistemi strateji Cənub Qaz Dəhlizi layihəsini işlək və Mərkəzi Asiyaya kimi uzanmasını təmin edir", - deyə Bəyannamədə bildirilir.
Növbəti sammitin 2019-cu ildə keçirilməsi qərara alınıb.

Bu xəbər oxundu
- - -