Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Hiroşimada nüvə tərksilahına həsr edilən beynəlxalq görüş

27.11.17, 12:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yaponiyanın atom bombardmanından zərər çəkmiş Hiroşima şəhərində noyabrın 27-də nüvə tərksilahına həsr edilən beynəlxalq görüş başlanıb. görüşdə nüvə silahına malik olan ölkələrlə bu silahın olmadığı ölkələr arasında getdikcə genişlənməkdə olan fikir ayrılığının aradan qaldırılması yolları müzakirə ediləcək.
Noyabrın 28-də davam edəcək görüşün təşkilatçısı Yaponiya Xarici İşlər Nazirliyidir. Görüşdə nüvə silahına malik olan ölkələrdən və həmin silaha malik olmayan dövlətlərdən olan ekspertlər, eyni zamanda, Hiroşima və Naqasaki ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Görüşün ilk gününün proqramına nüvə tərksilahı üzrə status-kvonun və nüvə silahlarının ləğvi ilə əlaqədar yol xəritəsinin qəbulu nəzərdə tutulur. Həmin gün iştirakçıların Sülh Xatirə Muzeyini ziyarət etməsi və bombardmanın canlı şahidləri ilə görüşü də gözlənilir. Yaponiya dünyada atom bombardmanına məruz qalan yeganə ölkədir. Bunu nəzərə alan yapon hökuməti bəyan edib ki, o, nüvə silahına malik olan ölkələrlə bu silahın olmadığı dövlətlər arasında körpü rolunu oynamağa çalışacaq.

Bu xəbər oxundu
- - -