Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” keçirilir

28.11.17, 9:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə hökumətinin ev sahibliyi ilə Antalya şəhərində BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisi (UNOSSC) tərəfindən “Qlobal Cənub-Cənub İnkişaf Sərgisi- 2017” tədbiri təşkil olunub.
Sərginin rəsmi açılış mərasimində BMT-nin Cənub-Cənub Əməkdaşlıq üzrə nümayəndəsi və UNOSSC-in direktoru Jorge Çediyek, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov və digər şəxslər çıxış edib.
Rəhbərlik etdiyi qurumun keçdiyi inkişaf yolu barədə geniş məlumat verən Jorge Çediyek qarşıda duran vəzifələrdən danışıb.
Təhsil və texnologiya sahəsində inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsinin əhəmiyyətindən bəhs edən nazir Mövlud Çavuşoğlu BMT ilə əməkdaşlıq çərçivəsində İzmit şəhərində texnologiya bankının fəaliyyətə başlamasını böyük uğur adlandırıb. O qeyd edib ki, bu işdə Türk Şurasının rolu böyükdür.
Türk Şurası ilə BMT-nin İnkişaf Proqramı və bu qurumun ayrı-ayrı strukturları arasında əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirən baş katib Ramil Həsənov əldə olunan nəticələri tarixi uğur kimi dəyərləndirib.
Rəsmi hissədən sonra sərginin açılışı olub.
Sərginin Təşkilat Komitəsinin rəhbərliyi və digər rəsmi şəxslər Türk Şurasının stendini ziyarət ediblər. Burada Türk Şurasının cari ilin aprel-may tarixlərində təşkil etdiyi Müasir İpək Yolu üzərində ortaq turizm paketinin təqdimatı olub. Təqdimat ziyarətlərində xoş təəssürat yaradıb.
Qeyd edək ki, sərgidə 120-dən çox ölkədən 850 qonaq iştirak edir.

Bu xəbər oxundu
- - -