Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

BMT TŞ Suriya münaqişəsinin tərəflərini şərtsiz danışıqlara çağırıb

28.11.17, 11:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

BMT-nin Təhlükəsizlik Şurası Suriya münaqişəsinin tərəflərini noyabrın 28-ə nəzərdə tutulan Cenevrə danışıqlarının yeni mərhələsində ilkin şərtlər olmadan iştirak etməyə çağırıb. Bunu Təhlükəsizlik Şurasının hazırkı sədri Sebastyano Kardi qapalı məsləhətləşmələrdən sonra bəyan edib. “Təhlükəsizlik Şurasının üzvləri münaqişə tərəflərini Cenevrə prosesi çərçivəsində fəal iştirak etməyə və şərtsiz danışıqlar aparmaqla uğuru təmin edəcək səyləri dəstəkləməyə çağırıblar”, deyə S.Kardi bildirib.
Noyabrın 27-də BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura BMT Təhlükəsizlik Şurasında məruzə ilə çıxış edib. Mistura bildirib ki, Suriya üzrə danışıqların 8-ci raundu noyabrın 28-də Cenevrədə start götürməlidir. Onun sözlərinə görə, danışıqların növbəti raundunda Suriyanın yeni Konstitusiyasının işlənib hazırlanması və seçkilərə hazırlıqla bağlı məsələlər müzakirə ediləcək. Qeyd olunub ki, “Cenevrə-8”-ə Suriya müxalifətinin uç platforması (Qahirə, Moskva və Ər-Riyad) birgə nümayəndə heyəti ilə qatılacaq.

Bu xəbər oxundu
- - -