Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ərdoğan-Putin razılaşması: casuslar Moskvaya verildi

29.11.17, 10:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə Krım tatarı olan siyasətçilərini Rusiyanın əlindən xilas etmək üçün Moskvaya öz əlində olan 2 rus casusu təhvil verib. Bu iddia ilə “Habertürk” qəzeti çıxış edib. Mətbuat Rusiyaya təhvil verilən casusların Aleksandr Smirnov və Luri Anisimov olduğunu bildirib. Məhkəmə onları 24 oktyabrda azadlığa buraxıb. Buna səbəb isə İstanbul prokurorluğu və Ədliyyə Nazirliyinin göndərdiyi məktub olub. Bundan sonra hər iki casus Rusiyaya ekstradisiya edilib.
2 rus casusun Rusiyaya verilməsindən 24 saat keçmədən Krım tatar siyasətçiləri Türkiyəyə verilib. Nəticədə Krım Tatar Məclisinin sədrinin müavinləri Əhməd Çiygöz və İlmi Ümerov Ankaraya gətirilib və buradan da Ukraynaya yola salınıblar. Türkiyənin Rusiyaya verdiyi hər iki casus çeçen komandirlərinə qarşı sui-qəsdlərdə ittiham olunub. 2015-ci ilin noyabrında Smirnov və Anisimov çeçen komandiri Vahid Edelgiriyevin öldürülməsindən sonra keçən ilin aprelində türk kəşfiyyatının keçirdiyi “Kama” adlı əməliyyat nəticəsində ələ keçiblər. Aparılan istintaq nəticəsində 2000-2015-ci illər ərzində hər iki casusun Türkiyədə 7 çeçen liderə qarşı cinayətləri təşkil edən qrupda yer aldığı müəyyənləşib.
Qeyd edək ki, oktyabrın 25-də Rusiya Krım Tatar Məclisinin nümayəndələri Axtem Çiygöz və İlmi Umerovu Türkiyəyə təhvil vermişdi. Krım tatarlarının lideri Mustafa Cəmilov məhbusların Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində azad edildiyini bildirmişdi.

Bu xəbər oxundu
- - -