Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Erməni ailələrinin dağılma səbəbi - pulsuzluq və aclıq

01.12.17, 8:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistanda ailədaxili zorakılıqlar gün keçdikcə artır. "İnsan inkişafı üzrə beynəlxalq mərkəz" ictimai birliyinin apardığı araşdırmalar belə deməyə əsas verir. Birliyin ekspertləri ailədaxili zorakılığın əsas səbəblərini açıqlayıblar - pulsuzluq.
Araşdırma zamanı müəyyən edilib ki, 9 ayda 600-dən artıq işə baxılıb. Onların demək olar ki, yarısı ilə bağlı cinayət içi açılıb. Təhqiqatçılar hesab edirlər ki, bu hələ zorakılıqla bağlı dəqiq rəqəm yox, rəsmi qeydə alınan rəqəmdir. Çoxları zorakılığı gizlədir. Amma əsas odur ki, bu hallar hər gün artır.
Ekspertlər müəyyən ediblər ki, belə ailə zorakılıqlarının əsas səbəbi ilk olaraq sosial iqtisadi vəziyyətdir. Ölkədə nəinki kasıb, ondan aşağı səviyyədə olanların sayı gün keçdikcə artır. Həm də fiziki ilə yanaşı, psixoloji zorakılıq sayaında da artım müşahidə edilir. Bu isə daha ağır formadır. Şübhəsiz ki, adilədaxilindəki problemlərdən ən çox əziyyət çəkən qadınlardır. Madiyyatla bağlı meydana çıxan zorakılıqlar sonra ailələrin dağılmasına səbəb olur. Bəzi hallarda isə buna dözüm gətirə bilməyən qadınların intiharı ilə nəticələnir.
Ekspertlər özləri etiraf edirlər ki, ailələrdə iqtisadi vəziyyət düzəlməyənə kimi zorakılıqla mübarizə çətin olacaq. Bu Ermənistan rəhbərliyi silah sursat almağa, başqalarının torpaqlarını zəbt etməyə yox, iş yeri açmağa pul ayırana kimi davam edəcək. İş olacaq, maliyyə vəziyyəti düzələcək , davalar sona çatacaq. Bu isə zorakılığın sayının düşməsinə gətirib çıxaracaq.

Bu xəbər oxundu
- - -