Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan region üçün təhlükə mənbəyidir”

04.12.17, 10:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Minsk sammitində dövlət başçılarının imzaladığı bəyannamədə maddələrdən biri terrorçu yaraqlıların qaçqın adı ilə dövlətlərin ərazisinə daxil olma taktikasını seçə bilməsidir. Xarici yaraqlı-terrorçuların aşkarlanıb zərərsizləşdirilməsi üçün dövlətlərarası əməkdaşlığın gücləndirilməsini, eləcə də transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsini təklif edir. KTMT dövlət başçılarının qəbul etdiyi bu maddə yalnız Ermənistana aiddir”.
Bunu politoloq Mübariz Əhmədoğlu deyib.
O qeyd edib ki, Ermənistan Yaxın Şərq regionundan rəsmi məlumata görə 22 min qaçqın qəbul etmiş yeganə KTMT və MDB üzvüdür. KTMT və eləcə də MDB məkanın digər heç bir dövlətinin ərazisinə Yaxın Şərqdən bu qədər qaçqın gəlməyib. Politoloq deyib ki, hər bir dövlətə gələnlər bir neçə 10 nəfərdirlər. O vurğulayıb ki, Həmin dövlətlərin müvafiq strukturları bu adamları daim nəzarətdə saxlaya bilirlər. Bu kontekstdə digər baş verənlər diqqət çəkir. M. Əhmədoğlu vurğulayıb ki, ilk növbədə Rusiyanın Ermənistandakı hərbi bazasına qarşı planlı təzyiqlər başlanıb və RF hərbçilərinin təlimi kənd təsərrüfatı işlərinə maneçilik edir: “İkinci, Rusiya hərbi hissəsində iki hərbçinin itkin düşməsi ilə bağlı məlumatlar var. Üçüncü tərəfdən bir neçə ay öncə Rusiya hərbçisi heç nəyin üstündə öldürüldü. Sonradan bəlli oldu ki, qatil Yunanıstandan gəlmiş və Suriya mənşəli, İslamı qəbul etmiş xristiandır”. Politoloq qeyd edib ki, digər tərəfdən Rusiya hərbi bazası Ermənistanın daxilində keçirdiyi son hərbi təlimi ölkə daxilinə soxulmuş qeyri-formal silahlı qüvvələrin ləğvinə həsr olunmuşdur. Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması Avropa İttifaqı və Ermənistan rəhbərliyi arasında dəfələrlə müzakirə olunub: “Hazırda AİK-in sədri, bir az əvvəl Ermənistanın ABŞ-dakı səfiri, daha əvvəl Ermənistanın baş naziri postunda olarkən Tiqran Sərkisyan rus bazasının Ermənistan ərazisindən çıxarılmasının mümkünlüyünü iki dəfə “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Aİ rəhbərliyi ilə müzakirə etmişdi”.
Politoloq həmçinin qeyd edib ki, Ermənistan ərazisinə Suriyadan gələn qaçqınlarla bağlı daha iki məsələ Rusiya tərəfindən təhlükə kimi qəbul edilə bilər: “ Əgər gələnlər ermənidirsə, deməli, bu erməniləri Ermənistan dövləti məskunlaşdırmalıdır. Bunun üçün Ermənistanda “Evə qayıt” adlı xüsusi dövlət proqramı mövcuddur və fəaliyyətdədir. Suriyadan gələnlərin Ermənistanda məskunlaşmasını Aİ və ABŞ tərəfdən maliyyələşdirilməsi isə digər məqsədlərdən xəbər verə bilər”.
Onun sözlərinə görə, gələnlərin bir qismi döyüş təcrübəsinə malik şəxslərdir.Ölkə daxilində “qeyri-formal silahlı birləşmələr” terminini RF vəziyyətə şamil edə bilər: “Suriya ermənilərinin böyük bir qismi Dağlıq Qarabağda məskunlaşdırılıb. Rusiyalı erməni iş adamlarının Dağlıq Qarabağa marağının artması da diqqətdədir. Ermənistana təkcə Yaxın Şərq regionundan ermənilər deyil, digər millətlərin təmsilçilərinin gəlməsi istisna deyil”. M. Əhmədoğlu qeyd edib ki, Ermənistan region üçün təhlükə mənbəyidir: “Hərbi qüvvənin iştirakı olmadan Rusiya Ermənistana nəzarət edə bilməyəcək. Alternativ variant Ermənistanın Kalininqrad statusu ilə RF-in tərkibinə qatılmasıdır”.

Bu xəbər oxundu
- - -