Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Fərat çayının şərq sahilləri İŞİD-dən geri alınıb

04.12.17, 10:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Suriyanın kürd döyüşçüləri Fərat çayının şərq sahillərini İŞİD-in nəzarətindən geri alıb. Xalqın Müdafiəsi Birliyi (YPG) Rusiya qüvvələrinə və ABŞ-ın başçılıq etdiyi koalisiyaya Deyr Əl-Zurun geri alınmasında loqistik və havadan yardımlarına görə təşəkkürünü bildirib. Mətbuat konfransında danışan sözçü Nurəddin Mahmud bildirib ki, beynəlxalq qüdrətlərin daha artıq yardımına ehtiyac duyulurdu.
Bir gün əvvəl ABŞ müdafiə naziri Cim Mattis Birləşmiş Ştatların Suriya siyasətinin hərbi yanaşmadan diplomatik yanaşmaya keçməsinin bir hissəsi olaraq Suriyanın kürd döyüşçülərini silahla təmin etməyə son qoyacağına işarə edib. Mattisin sözləri ABŞ-ın Suriya müharibəsində mühüm müttəfiqi olan kürd YPG döyüşçüləri ilə əlaqəsinin durumuna aydınlıq gətirməyə yardım edir. Ötən həftə Türkiyə prezident Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı YPG-ni silahlandırmağa söz verdiyi bildirib.
YPG-ni terror qrupu olaraq görən Ankara ABŞ-ın kürd döyüşçüləri silahlandırmasına qarşı çıxır. Lakin Ağ Ev telefon danışığından sonra yaydığı bəyanatda daha ehtiyatlı sözlər işlədib. Bəyanatda bildirilib ki, Tramp prezident Ərdoğanı ABŞ-ın Suriyadakı tərəfdaşlarına hərbi dəstəyə etdiyi dəyişikliklər barədə məlumatlandırıb. “Rəqqa uğrunda döyüş başa çatdığı üçün, biz artıq İŞİD-in geri dönməyəcəyini təmn etmək üçün sabitləşmə mərhələsinə keçirik”, - deyə əlavə edilib.
Lakin belə görünür, Mattisin şərhləri ABŞ-ın YPG-yə qarşı duruşunu dəyişəcəyini təsdiq edir. “Hücum imkanlarına ehtiyac baxımından döyüş artıq başa çatır. Buna görə də, biz qüvvələrimizin tərkibini dəyişib, diplomatlar və Cenevrə Prosesinə dəstək vermələrinə yönəldirik”- Mattis söyləyib. Mattis deyib ki, İslam Dövləti qrupu məğlub edilib, ABŞ isə hərbi yanaşmadan diplomatik yanaşmaya üz tutacaq. O əlavə edib ki, bu yanaşma həm də ABŞ-ın regiondakı müttəfiqlərinə təsir göstərəcək.
“YPG silahlandıırlıb. Koalisiya hücum əməliyyatlarına son qoyduğu üçün, onların silahlara ehtiyacı qalmayacaq. Onların təhlükəsizliyə, polis qüvvələrinə ehtiyacı var. İŞİD-in geri gəlməməsini təmin etmək yerli qüvvələrin öhdəsindədir.” ABŞ-ın YPG-ni silahladırmağa son qoyacağı anlamına gəlib-gəlmədiyi barədə suala Mattis: “Biz prezidentin açıqladığı yol ilə irəliləcəyik” deyib. Mattisin sözləri onun Yaxın Şərqə səfərindən öncəyə təsadüf edib. Orada o, Misir, İordaniya, Küveyt və Pakistana gedəcək.

Bu xəbər oxundu
- - -