Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində konsert

04.12.17, 10:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Artistic Research Knowledge Network Eurasia” (Avrasiya Bədii Tədqiqat Bilik Şəbəkəsi) beynəlxalq layihə çərçivəsində konsert keçirilib.
Konsertdə Norveç Universitetinin Qriq Berqenski Akademiyasının və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tələbələri geniş proqramla çıxış etdilər.
Tədbirdə muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Şeyla Heydərova Mstislav Rostropoviçin mükafatlarından xüsusilə 1995-ci ildə İsveçdə aldığı Polyar ulduzundan, Bakıda verdiyi konsertlərdən söhbət açdı.
Muzeylə yaxından tanış olan qonaqlara kinorejissor Azər Əliyevin maestronun 70 illiyinə və Bakıda yubiley yığıncaqlarına həsr olunmuş “Bizdə hər şey var” adlı sənədli filmindən fraqmentlər təqdim olunub.
Konsert proqramda Azərbaycan və Norveç bəstəkarlarının əsərləri səsləndirilib.
Konsert proqramından sonra layihənin kordinatoru Dagfinn Bach çıxış edərək konsertin təşkilatçılarına, xüsusilə də ev-muzeyinə minnətdarlığını bildirib. O deyib: “Universitetdə işlədiyim cəmi iki ildir, amma bilirəm ki, Berqenski Universiteti ilə Musiqi Akademiyası arasında əlaqələr var. Bakıdan çox tələbələr bizim universiteti bitirib. Berqenski Universiteti Tbilis və Almatı konservatoriyaları ilə yeni bir proyektə başlayıb. Bu proyekt 3 il davam edəcək, gələn il Bakıdan 2 tələbə 1 semestrlik Berqinski Universitetinə , eyni zamanda bizdən də 2-3 həftəlik tələbələr Bakıya göndəriləcək. Həmçinin biz Almatı, Tbilisi və Bakıda “Artistic research və workshop” adlı ustad dərsi keçirməyə hazırlaşırıq. İncəsənət innovasiyaları haqqında olan proqramda doktorlar da iştirak edə biləcək. Bu layihə 26 aydır gedir və daha 10 ay da davam edəcək. Onu da qeyd etmək lazımdır ki, BMA-nın tələbləri Azərbaycanı Norveçdə çox gözəl və layiqli təmsil ediblər. Ümid edirik ki, bu davamlı olacaq”.
Tədbirdə qonaq qismində Rusiya İnformasiya Mərkəzinin nümayəndəsi, BMA-nın müəllim və tələbə heyəti, şəhər muzeylərinin nümayəndələri, Bakının musiqi ictimaiyyəti iştirak ediblər.

Bu xəbər oxundu
- - -