Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sarkisyanı qorxudan təlimlər

05.12.17, 10:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sarkisyanın yaxınları kömək üçün İrana və Rusiyaya müraciət etməyə çağırırlar
Ermənistan ordusunun rəhbərliyi Qarabağda bu günlərdə keçirdiyi və «əks-hücum planı» adlandırdığı hərbi təlimlərdən məmnun qaldığını bildirib.
"Lragir"in yazdığına görə, təlimləri Ermənistan prezidenti Serj Sarkisyan da müşahidə edib və işğalçı erməni əsgərlərinin qarşısında patriotik çıxış da edib. Onun iddiasına görə, təlimlər həmin torpaqları erməni işğalından xilas etməyə çalışan Azərbaycana cavabdır. “Kim bizim vətənimizdən məhrum etməyə, güclü sayılaraq əlimizdən nələrisə almağa çalışırsa, bu ona cavabdır",- deyən Ermənistan prezidenti əslində üstörtülü olsa da Azərbaycanın işğal edilmiş torpaqları azad etməyə qadir olduğunu vurğulayıb.
Bunu bir sıra erməni KİV-ləri də üstörtülü qeyd edirlər. Məsələn, Ermənistanın populyar portalı "1in.am" Sarkisyanın Avropa Şurası ilə bağladığı və İrəvanda qələbə kimi dəyərləndirilən tərəfdaşlıq sazişinə, həmçinin KTMT-nin Qarabağ münaqişəsi ilə verdiyi bəyanata işarə edərək bunun əslində Azərbaycana müharibə başlamamaq üçün tövsiyyə olduğunu bildirir:
"Bakının müharibə başlamaq istəyinin legitimliyi sıxışdırılıb. Amma başqa tərəfdən, İrəvanın diplomatik qələbə saydığı məsələ yalnız statusa-kvonun saxlanmasına yönəlib və münaqişəni (Ermənistan üçün) əlverişli tənzimlənməsinə zəmanət vermir. Təsadüfi deyil ki, Serj Sarkisyan periodik olaraq ağrılı qərarlardan danışır".
Lakin Sarkisyana yaxın adamlar cəmiyyətə müharibənin hər an başlaya biləcəyini, yəni Azərbaycanın müharibə başlamaq istəyinin legitimliyinə heç nəyin təsir göstərmədiyini vurğulayırlar.
Məsələn, Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan keçirdiyi mətbuat konfransında Azərbaycanın hətta İrəvana belə hücum edə biləcəyini vurğulayıb. O, Azərbaycanın Naxçıvanda güclü hərbi potensial topladığına işarə edərək həm Ermənistanın hərbi gücünü artırmağa, həm də diplotik sahədə fəaliyyət göstərməyə çağırıb.
"Biz öz tərəfdaşlarımızı və qonşularımızı inandırmağı bacarmalıyıq",- deyə Safrstyan Ermənistanını strateji tərəfdaşı və müttəfiqi Rusiyanı, həm də həmişə onu müdafiə edən qonşusu İranı nəzərdə tutub.
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanın Qarbağ konflikti ilə bağlı apardığı danışıqlar prosesi, Serj Sarkisyanın Azərbaycanın işğal etdiyi ərazilərdə hərbi təlimlər son dörd ay ərzində aparılan danışıqlar sürəcində diplomatik hərəkətlilik üst səviyyədə olsa da ilin sonuna yaxınlaşdıqca ümidlər demək olar ki, doğrulmadı. Ermənistan və Rusiya tandemi Cənubi Qafqazda sülhü və təhlükəsizliyi təhdid etmək siyasəti hələ ki davam etməkdədir. ATƏT -in Minsk qrupunun apardığı danışıqlar nəticəsiz sonlanmaqdadır: “Qeyd edim ki, Minsk qrupu həmsədrləri ilk növbədə Ermənistanın işğal olunmuş Azərbyacan ərazilərində aparılan hərbi təlimlərə son vermək üçün Yerevana çağırış etməlidir. Çünki bu hərbi təlimlər birbaşa aparılan diplomatik danışıqlara kölgə salır. Görünür Ermənistanın da siyasəti məhz bu üzrə qrularaq, danışıqları uzatmaqdan ibarətdir. Qeyd edim ki, nə qədər işğalçı Ermənistan ordusu ərazilərdən çəkilməyincə aparılan danlşıqlar səmərəsiz olacaq. Hazırda Azərbaycanın Füzuli və Cəbrayıl rayonun işğal olunmuş ərazlərində düşmən ordusu geniş hərbi təlimlər keçirir. Çünki rəsmi Yerevan çox yaxşa başa düşür ki, başlatqları mənasız danışıqlara Azərbaycan ordusu sərrast cavab verə bilər. Ona görə də Ermənistan prezidenti səviyyəsində hərbi təlimlər Azərbaycana qarşı yönəlib. Ondan əlavə Sarkisyan bu təlimlərlə daxili auditoriyaya hesablanmış mesajlar verir. Çünki gələn il onun baş nazir kimi qalmasında Qarabağda gedən proseslər mühüm əhəmiyyət kəsb edir. Təbii ki, Ermənistanın bu təxribat xarakterli hərbi təlimləri diqqətlə izlənilir və istənilən məqamda Azərbaycan ordusu cəbhə xəttini yara bilər . Çünki düşmənin hərbi hərəkətliliyi Azərbaycanı təhdid edir”.
Politoloq Mirsamir Məmmədov isə bildirib ki, Ermənistan hər zaman öz anladığı şəkildə fikir səsləndirib və Sarkisyanın bütün fikirləri və bəyanatları indiyədək sərsəm olub, heç bir cümləsində real arqument olmayıb. Çünki Ermənistan işğalçıdı və terorçu bir dövlətdir. Hər zaman da yalnız öz havadarlarına güvənərək danışıblar. Lakin Ermənistan rəhbərliyinin indiyədək söylədiyi ifadələr heç bir reallığı əks etdirmədiyi kimi, Ermənistan ordusunun maddi-texniki imkanları, döyüş hazırlığı, hərbi potensialı və döyüş qabiliyyəti barədə özlərinin səsləndirdikləri arqumentsiz iddialar yalnız mifdən ibarətdir. 2016-cı ilin 4 günlük aprel döyüşləri də bu mifi aşkarladı. Məhz bundan sonra, onsuz da aclıq və səfalət içərisində olan, ümumiyyətlə ruh düşkünlüyü içərisində olan erməni ordusunda və erməni ictimaiyyətində çox ciddi təşviş, qorxu, həyəcan yarandı ki, Sarkisyan hələ də aprel döyüşlərinin şokundan çıxa bilmir. Dövlətimizin əldə etdiyi mühüm qələbə erməni ictimaiyyətinə, erməni ordusunun imicinə və döyüş əzminə sarsıdıcı və öldürücü zərbə vurmuş oldu. Serj Sarkisyan isə bütün bunları pərdələmək üçün gözdən pərdə asmağa çalışır ki, erməni ordusu haqqında olan fikirkəri mənfidən müsbətə çevirsin. İlk öncə ruhu ölmüş erməni ictimaiyyətində dövlətə və orduya inam yaratsın və insanların ruhundakı əzginliyi aradan qaldırsın, xüsusən mənasız təlimlərlə Azərbaycana qarşı zəif olmadığını sərgiləməyə çalışır. Təbii ki, Serj Sarkisyanın təlimləri kosmetik tədbirlərdir və sərsəm düşüncələrin, xam xəyalların nəticəsidir. Ermənistan ordusundakı hansısa hərbi təlim keçirtməsi onun döyüş qabiliyyətinə, maddi-texniki bazasına hansı təsirləri edə bilər ki, bu təlimlər də hər hansı bir işə yaramış olsun. Əvvəla Azərbaycan ordusuyla erməni ordusunu, Azərbaycan iqtisadiyyatıyla erməni iqtisadiyyatını və ən əsası Azərbaycan əsgəriylə erməni əsgərini qəti müqayisə etmək olmaz. Nisbət baxımından tərs mütanasiblik təşkil edirlər. Əvvəla Azərbaycan ordusunun hərbi büdcəsi bütün Ermənistanın dövlət büdcəsindən çoxdur. Azərbaycanın iqtisadiyyatı erməni iqtisadiyyatından ən az halda minimum 10-12 dəfə artıqdır. Rəsmi statistikaya söykənsək belədir. Azərbaycan ordusunun maddi-texniki bazası, arsenalındakı silah və sursatlar dünyanın ən müasir silahlarıdır. Hazırda Azərbaycan silah və hərbi sənayesini inkişaf etdirmiş bir ölkədir, Ermənistan isə borc bataqlığındadır. Azərbaycan isə hətta silah istehsal edib satır. Erməni əsgəri ordudan qaçarkən generallar tərəfindən güllələnərkən, bizim əsgərimiz digər döyüş yoldaşlarını qorumaq üçün özlərini bombanın üzərinə atmışlar, onlar ölümdən qaçarkən, bizim əsgərlərimiz ölümün gözünə dik baxırlar. Bizin əsgərlər döyüşüb bir çox əraziləri işğaldan azad edib general rütbəsi aldıqları halda, bizim döyüşçülərimiz, hərbi komandir və zabitlərimiz göstərdikləri igidliyə və qəhrəmanlıqlara görə mükafatlandırıldıqları halda, erməni ordusunda hətta generallar səviyyəsində cəzalandırılmalar oldu. İş o həddə çatdı ki, Serj Sarkisyan öz keçmiş hərbçi və komanda yoldaşı olan Seyran Ohanyanla yollarını ayırdı. Halbuki hər ikisi Xocalı faicəsinin canilərindəndir. Sarkisyanın Ohanyanla yollarını ayırması bir komanda üçün təhqiramizlik idi. Ermənistan rəhbərliyi o qədər pis bir duruma düşdü ki, məsələdən çıxış yolunu başqa istiqamətlərdə axtarmağa başladı ki, bu da komandaiçi parçalanmalara yol açdı. Daxildən də bir başqa hərblə üz-üzə qaldılar. Komandarası savaşın içinə düşdülər. Bu ilin aprelindəki seçkilərdə Ohanyan Sarkisyanı əhəmiyyətli dərəcədə sıxışdırdı. Halbuki bunlar vaxtilə xalqımıza qarşı birgə vuruşublar. İndi isə siyasi cəbhələrdə bölünərək bir-birilə vuruşmaqdadılar. Azərbaycanla Ermənistan arasındakı güc nisbəti ölçüləcək olsa arada bu qədər fərq var. Serj Sarkisyan aprel döyüşlərindəki dəhşətli biabrçılığı pərdələmək və ört-basdır etmək üçün, erməni ictimaiyyətinin sakitləşdirməkdən ötrü təlimlər keçirməyə çalışır. Amma bu təlimlərin ümumi vəziyyətə hər hansı bir təsiri sıfıra bərabərdir. Ermənistan hazırda demoqrafik bir vəziyyətdədir, borc bataqlığında batır və bütün ölkə səfalət içindədir. İndi bu vəziyyətin içərisində nə təlim? Hər hansısa bir hərbi təlimlə göz boyamaq xülyası yalnız xəstə erməni təxəyyülünün məhsulu ola bilər. Ermənistan ordusu aclıq və səfalət içindədir. Keçirilən təlimin heç bir önəmi yoxdur və ola da bilməz. Bütün dünya ermənistanı işğalçı ölkə olaraq tanıyır”.


Cavid

Bu xəbər oxundu
- - -